۱۳۹۱ مهر ۱۵, شنبه

انتشار خبر مربوط به فردین مراد پور فعال ملی - مدنی آزربایجان در روزنامه هاي جمهوري آزربايجان شمالي


تك توران : فردين مرادپور از جمله فعالين ملي آزربايجاني در بند است كه به صورت ناجوتنمردانه مجبور به تحمل 6 سال حبس از طرف قوه قضاييه !! كشور ايران نام شده است .
بر اساس اخبار دريافتي فردين مرادپور از 4 روز پيش در پي حمله وحشيانه عناصر اطلاعاتي در زندان تبريز دست به اعتصاب غذا زده است .

چاپ خبر مربوط به فردين مرادپور در روزنامه " خالق جبه سي "


http://www.xalqcebhesi.az/?p=109156&fb_source=message


Milli fəal Fərdin Muradpurun səhhəti ağırlaşıb

İranda həbsdə saxlanan gənc milli fəal Fərdin Muradpurun səhhəti ağırlaşıb. Gözündə və
ürəyində ciddi problemlər yaranan milli fəala müalicə almağa və dərman qəbul etməyə, eləcə də ailəsilə əalqə saxlamağa icazə verilmir. Görmə qabiliyyətini itirmək təhlükəsilə üzləşmiş Fərdin Muradpurun azadlığa buraxılması üçün elektron imzatoplama kampaniyası başladılıb. Soydaşımıza dəstək olmaq istəyən hər kəs bu linkə daxil olmaqla Fərdin Muradpur üçün imza ata bilərlər:


http://www.gopetition.com/petitions/fardin-muradpour/sign.html


Xatırladaq ki, Fərdin Muradpur 1990-cı ildə Təbrizdə doğulub. 12-13 yaşlarından Güney Azərbaycan Milli Hərəkatına qoşulub. İlk dəfə 14 yaşında həbs olunan Fərdin Muradpur davamlı olaraq təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilən milli faəl 2006-cı il may hadisələrində polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan soydaşımız 13 gün xəstəxanada müalicə alıb. Tam sağalmamış «Ettelaat» əməkdaşları tərəfindən gecə saatlarında təcridxanaya aparılıb. Orada 26 gün təkadamlıq kamerada saxlanılan Fərdin Muradpur işgəncəylə keçən 65 gün sonra Təbriz zindanına köçürülüb. 2009-cu ildə zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılıb. Məhkəmə qərarıyla 6 il həbs cəzası alan milli fəal ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətdə, hakimiyyətə qarşı çıxmaqda günahlandırılıb. 22 ay Təbriz həbsxanasında narkomanlarla və cinayətkarlarla bir bölümdə saxlanıb. Saxlanma şəraitsizliyindən və gördüyü işgəncələrdən Fərdin Muradpurun səhhəti ağırlaşıb və görmə qabiliyyəti zəifləyib. Hazırda gözlərindən əziyyət çəkən milli fəalın müalicəsinə və dərman qəbul etməsinə icazə verilmir. Görmə qabiliyyətini itirmək təhlükəsilə üz-üzə qalan Fərdin Muradpurun hazırda ürəyində də ciddi problem yaranıb. Ona ailəsilə əlaqə saxlamağa da icazə verilmir. Fərdin Muradpurun tək özü deyil, ailəsi də təqiblərə məruz qalır. Valideynləri də 37 gün «Ettelaat»da saxlanıb. Qardaşı Mürtəza da Fərdin Muradpurla eyni ildə həbs edilib və ağır işgəncələrə məruz qalıb


انتشار خبر مربوط به فردین مراد مبارز جوا ن حرکت ملی در سایت دونیا آذربایجانلیلاری کونقرئسی ( داک(

http://d-a-k.org/index.php?option=com_content&view=article&id=103193%3Amilli-fal-frdin-muradpurun-shhti-arlab&catid=111%3Aguneyazerbaycan&Itemid=356&fb_source=message