۱۳۹۰ مرداد ۱۵, شنبه

Azərbaycan öyrənci hərəkatının fəalı cənab Babək Hüseyni İranın məhkəmə məsulları və ölkə ictimaiyyətinə məktub ünvanlayıb.

İlk dəfə 16 yaşında milli-mədəni fəaliyyətlərinə görə tutuqlanan Hüseyni bir müddət öncə, Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il azadlıqdan məhrum edilib. Onun hazırda 21 yaşı var.

Azərbaycan öyrənci hərəkatının fəalı onun dosyesinə qanunsuz yanaşmadan, günahsız halda cəzalandırıldığından, Azərbaycan xalqına olan qərəzli münasibətdən şikayətlənib.

O yazdığı məktubda müxtəlif mövzulara toxunaraq qısaca bildirib ki, “mən 2011-ci il mart ayının 30-da (1390-cı il fərvərdin ayının 10-da) tutuqlanmışam. Buna səbəb Urmu Gölünün quruması ilə bağlı keçiriləcək olan Yığıncağa qatılmaqla bağlı bir neçə qısa mesaj göndərmişəm. Bir neçə qısa mesaj isə mənim 1 il müddətinə azadlıqdan məhrum edilməyimə səbəb olub. bu isə heç bir hüquq və din prinsiplərinə (əsllərinə) sığmır.”

Cənab Babək Hüseyni məktubunun başlanğıcında “Yaşasın Azərbaycan, Yəni sistemin əleyhinə təbliğ” cümləsini yazıb. O bildirib ki, “Yaşasın Azərbaycan” demək, Urmu Gölünün qurumamasına çalışmaq nə zamandan suç sayılmaqdadır?!

Adını çəkdiyimiz Azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin 4-cü şöbəsinin müstəntiqi cənab Haşimzadədəndə xüsusi şikayətlənib.

Məhkəmə Hökmü:
  qaynaq : günaztv sitesi