۱۳۹۰ شهریور ۲۳, چهارشنبه

Meysəm Azadı-nın tutuqlanmadan öncə son yazısı Urmu gölü (İndisə bir zaman yaşam bağışlayan şor gölə borcumuzu ödəmək vaxtıdır.)


  Meysem Azadi  Milli çalışqan Tehranın mərkəzi Qərargahında Əsgərlik Dövrünü geçirirkən 3 sentyabir 201-də Tutuqlanib.

    Meysəm Azadi Əslən Muğanlidir və Elktronik məhəndisilik üzərə Urmu Bilim yurdunda məzun olub. Məlumata görə, Meysəm Azadi Tehran ittilatında iki gün saxlanıldıqdan sonra dünən (5 sentyabr , 15 şəhrivər) Urmuya intiqal edilib.



«Nalədən ney kimi avaze eşqim bolənd

Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd»

Füzuli



Dünyanın hər tərəfini hay-kuy börümüş. telviziyadakı xəbərlərdə hər tərəfdə gündə bir fəlakət ya sevinc xəbəri yayımlanır. bir tərəfdə daşqın, bir tərəfdə basqın. bir tərəfdə isə avrupa ligasının yarışları...vətəndaşlarımızın çoxları dünyanın ən öndə gedən siyasi, ictimayi, fəlsəfi, idman...məsələrini lap orada, o çevrədə yaşayanlardan da yaxşı izləyirlər. birisi yenicə nobel ədəbiyat mükafatını qazanmış Herta müller ilə maraqlanır. birisi Deyvid bekham-ın köynəyinin neçə dollara satış ilə və kimiləri dünyanın çeşidli yerlərində təhlükəli təbi fəlakətlərlə. avrupadakı meşə yanğıları ilə, ozon layəsinin aradan getməsiylə...və az da dəyil yer kürəsində baş verən bu təbi fəlakətlər. həm də çox uzaqda dəyil
.



Baxın, bu olaylarla ilgilənən vətəndaşlarımızdan, daha kiçik meqyasda şəhərdaşlarımızdan, gəlin «bəs burda, sizin çevrənizdə nələr baş verir?» soruşaq. burdamı- Urmu şəhərindən 35-40 km güneyə doğru getdikdə elə bu fəlakətlərin bizlərin yaşamında daha etgili olanı baş vermirmi? və elə bu yaşadığımız, boy atdığımız şəhərimiz, özəl gözəlliyini burdan almırmı?



Urmu-dan güneyə doğru addımlayırıq. hər nədən öncə sərin külək əsimi yanaqlarımızı qızardaraq, tarix qatlarından baş qaldırıb, qəhrəman ata-analarımızın, çevrəsində yurd saldığı qocaman bir gölə yaxınlaşdığımızı muştuluqlayacaq. ancaq yetişdikcə gözlərin şaşıracaqdır. sən bir Urmulu olsan və neçə illər öncə gölün böyüklüğünü, dalğalarının gücünü görübmüşsənsə, o zaman təbiətin də ölümünə daha artıq inanacaqsan. Urmulu olmasansa onda gölün çevrəsini börümüş dehşətli duzlaq sənə ağır və acınaqlı gələcəkdən aydınca danışacaq. hə bu həmən dadlı-duzlu şor göldür. Məşrutəni xatırladan kazımxan daşı ilə belə və yabancılara üsyan qaldıran üsman yumruğu ilə yenə də dayanıb və addım-addım ölümə addımlayır. Türk dünyasının adlım yazarı, Çəngiz aytmatof «Gün var əsrə bərabər» romanında «Aral gölü quruyan gündə, insanlıq kökünün qurumasına inanıram» demiş. necə dəyərlidir məncə bu sözü «Urmu gölü quruyan gündə, insanlıq gülünün solduğunu düşünürəm» deyə tekrarlayaq.



Ən azı Urmu gölü bizim üçün adicə bir göl dəyil. o qədim Türk xalqının danılmaz tarixi sənədidir. babalarımızın qovuşduğu yerdir. çevrəsində keçmişimizi və gələcəyimizi börümüş. bir tərəfiysə Həsənli təpəsini bağrına basan Sulduz, bir tərəfi azadlıq döyüşcüsü qocaman Təbriz və quzeyinə gəldikdə səfi-əddin saz ilə dünya-ya qardaşlıq nəğməsi paylayan cənnət Urmu şəhərimiz. elə Zərduş-tun soşiyanti (su şahi) da burdan baş qaldıracaqdır və Tanrı qoxusunu verən insanlıq toxumunun səmərəsini, bu torpaqdan bitəcəkdir. Urmu gölü bütün keçmişlərimizdə yaşayan Urartu, Arattə, Manna, Qutti, Lulubi, atalarımızın yaşamlarının, büsbütün Azərbaycan kimliyinin şahidi kimi yaşamalıdır. indisə bir zaman yaşam bağışlayan şor gölə borcumuzu ödəmək vaxtıdır.