۱۳۹۱ مهر ۱, شنبه

Konqressmen "Dana Rohrabacher"a Açıq Məktub :

TEKTURAN : Hörmətli "Dana Rohrabacher" Birləşmiş Ştatlar Konqressmeni

12 Oktyabr 1813 tarixində, böyük Azərbaycan millətinin iradəsi xaricində ana yurdum olan böyük Azərbaycan, Çar Rusiyası və Qacar dövlətləri arasında bölüşdürülərək millətimin taleyi acılar və ayrılıqlara tərk edilmişdir. Bu hadisədən 112 il sonra isə bir dövlət çevrilişi nəticəsində, millətim
in Güney Azərbaycan ərazisində yaşayan parçası çox ağır asemilasiya siyasətlərinə məruz qılınıb kimliyi bütünüylə inkar edilmiş ,milli təhqirlər və şovinist davranışlarla baş başa qalmışdır.


Əziz millətim bu tarixdən etibarən dəfələrlə öz milli iradəsi və millət ruhuna dayanaraq azadlığı uğruna mübarizə səngərlərinə sığınıb hürriyyət və istiqlalını müdafiə etmişdir ancaq hər dəfə dikta rejimi və xarici güclərin manelər törətdiyi səbəbiylə millətimin öz qədərini öz iradəsiylə bəlirləmə çabaları uğursuzluqla sonuclanmışdır.

Bütün bu səylərə rəğmən,İrandakı faşist sistemlər tərəfindən dəfələrlə qətliam və soyqırımlara uğramış bu millətim, özgürlük və mübarizəyə olan inamını itirmədən bir millətlər zindanı olan İranda böyük inqilablar və xalq hərəkətlərini başlatmışdır ancaq hər səfərində keçmişdən daha bətər, sistemdən uzaqlaşdırılıb qurulan yeni hakimiyyət ,Güney Azərbaycan olan yurdumun torpaqlarını , İran adlanan ölkənin içərisində parçalayıb oralarda Azərbaycan adı və kimliyinin silinməsi doğrultusunda ciddi addımlar atmışdır. Bu nədənlə sizin də Güney Azərbaycan olaraq qeyd etdiyiniz Batı Azərbaycan və Doğu Azərbaycan əyalətləri , İran əsarəti altında inləyən Güney Azərbaycan Torpaqlarının sadəcə üçdə bir hissəsini qapsadığını bəyan etmək istəyirəm.

Hörmətli konqressmen , bu məktub vəsiləsiylə sizi və məfkürəsində demokrasiya qavramını daşıyan digər əməkdaşlarınızı, əziz millətimin bir səsi olaraq Güney Azərbaycanımın sahib olduğu milli və insancıl dəyərləri uğrunda apardığı qızğın və alovlu istiqlal mübarizəsinin səsini ölkənizdə duyurduğunuz və müdafiə etdiyinizdən ötürü , alğışlayıb təşəkkürlərimi sunaraq Birləşmiş Ştatlar və qurulacaq olan Bütöv Azərbaycan xalqlarının sonsuz barış və dostluq içərisində yaşamasını ümid edirəm.




Güney Azərbaycanlı yazar və Güney Azərbaycan Milli Hərəkətinin Aktivisti


Mahboub AMRAHY(Alpay)

21 Sentyabr 2012
ANKARA