تك توران : ده يرلي ميلتيميز ، ميللي تشكيلاتلار ، ضيالي لاريميز
بيلديگينيز كيمي اؤنجه دن يايديغيميز فارس ديلينده ايكي سايی دا يازيلميش
بيلديريلر ده " ماوي آي اولدوزلو قيزيل " سيمگه اؤنريسي ني ديقـتينيزه
چاتديرميشديق . آنجاق تاسف له بيلمه ديگيميز سبب لرله بو اؤنه ري بير سيرا ميللي
سيته لر طرفينده ن بايكوت اولاراق چاپ ائديلمه ميشدير .
3 اؤنجو بيلديريني آنا ديليميزده يازاراق ميللي حركتيميزين بيرلشمه سؤره جينه
يارديم آماجي ايله حركتيميزي نئچه بايراقلي ليقدان قوتارمايا چاليشديقيميز يولدا
بير داها بؤتؤن ميلتيميزه اؤز توتوب و اوماريق كي بؤتؤ ميللي مديا لاريميز بو
يولدا بيزه يارديمجي اولسونلار .
گؤنئي آزربايجاندا ميللي بايراق مسئله سينين ياراديلماسي ايلك دفعه سايقيلي
ميللي تشكيلات لاريمزدان اولان
" گاموح " تشكيلاتي طرفينده ن اورتايا آتيلميشدير . آنجاق بو بايراق
باشقا گروپلار و تشكيلاتلارطرفينده ن آلينماياراق باشقا بايراقلارين يارانماسينا
سبب اولموشدور . سايقيلي " گايپ " تشكيلاتي طرفينده ن باشقا بير بايراق
( سيمگه ) سونرا ايسه سايقيلي ديره نيش تشكيلاتي طرفينده ن ( قارا آي اولدوزلو )
بايراقلار
( سيمگه لر ) و داها بير نئچه بايراق ميللي بايراق ( سيمگه ) آديله گؤنئي
آزربايجان ميللي حركتينه
اؤنه ريلميشدير .
آنجاق بو گؤنه ده ك سونوجا باخاراق گؤرؤنور كي ده يرلي ميللي تشكيلات
لاريميزين هئچ بيريسي باشقا تشكيلاتين بايراقيني قبول ائتمه دن مع الاسف بايراق
مسئله سي نه تكجه حل ائديلمه ييبدير و بئله گئديرسه حل ائديلمه يجك بلكه بو
ايختيلافلار حركتيميزده بويؤك چاتلاشمالارا سبب اولموشدور . يعني بئله گئديرسه نه
تكجه گؤنئي آزربايجان بيرلشيك بير يوموروق اولوب آزادليغا چاتمياجاقدير بلكه
تشكيلات لاريميزين بايراقلاري ساده جه كندي سيته لرينده قالاجاقدير . توتاليم بو سيخئنتي
لاردان دولايي گؤنئي آزربايجان ايستيقلاليتيني الده ائده رميش ، بو دفعه نظرده
آلين تبريزده ، اردبيلده و باشقا شهرلريميزين كئچيدلرينده ، محله لرده مثلا
تبريزين مارالان محلله سي بير بايراق ، قره آغاج محله سي باشقا بير بايراق و ساير
محله لرده هر كس اؤز، بيه نديگي بايراقي اله آلسينلار ، اينقيلابي بير دئوريم
حالينده ميلتيميزين سيلاحلانماسي ماجراسي احتمالي ، اولايي داهادا قورخونج حاله
گتيره جك و آلله ائله مده ن اولا بيليركي ايچ ساواشي گئتسين . كيمسه بو گؤن بيزلري
بايراق مسئله سي حاقدا سوسدوروب و بونو كيچيك بير ايختيلاف اولاراق گؤسته رمه گه
چاليشماسين . نيه كي گلجه ك تابلوسي چوخ قورخونج بير تابلوني بيزه گوسته رير . اوسته
گتيرديگيميز نده نلرده ن دولايي بيز بير سيرا " گؤنئي آزربايجان ميللي
موستقيل فعاللاري " اولاراق ميللي حركتيميزده بيرليك ياراتما آماجيلا "
ماوي آي اولدوزلو قيزيل سيمگه سيني " دؤشؤنوب و بو اؤنه ريني اورتايا
آتميشديق .
بايراق آنلايشـيميز :
1- بيزجه گؤنئي
آزربايجان بؤيوك بؤتو آزربايجانيميزين آيريلماز بير پارچاسي اولاراق، فارس
راسيسمينه قارشي آپارديغي مجادله سينده ميللي بايراقا يوخ بلكه ميللي واحد سيمگه
يه نيازي واردير. نيه كي بيزيم ميللي بايراقيميز واحيد آزربايجانين بايراقي
ساييلان 1918 اينجي ايلينده بابالاريميز طرفينده ن قالديريلميش ميللي بايراقدير و
تام آرزيميز گؤنئي و قوزئي آزربايجانين بيرلشمه سي و بير بايراق آلتيندا ياشاماسي
دير .
2- اونجه ده كي
گتيرديگيميز فاكتلارا اساسن بئله دوشؤنؤرؤك ميللي تشكيلات لاريميزين اؤنه رديگي
سيمگه و بايراقلار هئچ بير زامان باشقا طيف لر طرفينده ن آلينماياجاقدير و بايراق
مسئله سي بئله ليكله حل ائديلمه يه جكدير .
3- ميللي
بايراقيميزي ( اؤچ رنگلي آي اولدوزلو بايراق ) ميللي بايراق دوشونه رك ، ميللي
بايراقيميزا هر هانسي بير اوخشار سيمگه ني ميللي بايراقيميزي ساختا و دئيشديرمه
آنلاميندا سانيريق .
4- بيز بؤتؤ
تشكيلاتلاريمزدان ايستيريك اؤنه رديگيميز سيمگه يه دستك وئره رك بؤتؤ آكسيالاردا
اؤزه ليكله آزربايجانين ديشيندا
اولان آكسيونلاردا ميللي سيمگه ني ، ميللي ( اؤچ رنگلي ) بايراقيميزلا ائشيت و
برابر گؤتؤرسونلر .
5- بيزيم بؤتؤ
تشكيلاتلارين بايراقينا سونسوز درجه سايقيميز وار و اونلاردان ايسته ميريك
بايراقلاريني سيليب ائشيگه آتسينلار ، انشالله آزربايجانيميز آزاد اولاندان سونرا
ميللتيميز بؤتو بايراقلاري و بوتو دوشونجه لري اينجه ليه رك بلكه اونلارين
بايراقلارينا دستك وئره جك لر.
6- بو اؤنه ري
هيچ بير تشكيلاتا قارشي چيخما يا حركتيميزده داها آرتيق بير ايختيلاف سالما
آماجيله اؤنريلمه ميشدير بلكه بو اؤنه ري تشكيلاتلاريميزي بيرلشديرمه آماجي ايله
اورتايا آتيلميشدير . اؤنه رينين اؤزه ليگي اونون موستقيل ميللي فعالار طرفيندن
اؤنه ريلمه سيدير.
بير سيرا گؤنئي آزربايجان ميللي
موستقيل فعاللاري
Maviayulduzlu
qızıl bayraq haqda 3 uncu bildiri –güneyazərbaycan milli müstəqil fəallari
dəyərli millətimiz , milli
təşkılatlar , ziyalı larımız
bildiginiz kimi öncə dən
yaydığımız fars dilində iki sayda yazılmış bildirilərdə "maviayulduzlu qızıl" simgə önərisini diqqətinizə çatırmışdıq . ancaq təsüflə
bilmədigimiz səbblərlə bu önəri bir sıra milli sitələr tərəfindən boycat olaraq
çap edilməmişdir .
3 öncü bildirini ana dilimizdə
yazaraq milli hərəkətimizin birləşmə sörəcinə yardım amacı ilə hərəkətimizi neçə
bayraqlılıqdan qutarmaya çalışdıqımız yolda bir daha bütün millətimizə üz tutub
və umarıq ki bütov milli mədıa larımız bu yolda bizə yardımcı olsunlar .
güney azərbaycanda milli bayraq
məseləsinin yaradılması ilk dəfə sayqılı milli təşkılatlarıməzdan olan "
gamoh " təşkılatı tərəfindən ortaya atılmışdır . ancaq bu bayraq başqa guruplar
və təşkilatlar tərfindən alınmayaraq başqa bayraqların yaranmasına səbəb
olmuşdur . sayqılı " gaip " təşkılatı tərəfindən başqa bir bayraq (
simgə ) sonra isə sayqılı dirəniş təşkılatı tərəfindən ( qara ay olduzlu )
bayraqlar ( simgələr ) və daha bir neçə bayraq milli bayraq ( simgə ) adilə güney
azərbaycan milli hərəkətinə önərilmişdir . ancaq bu gönədək sonuca baxaraq görünür
ki
dəyərli milli təşkılatlarımızın
heç birisi başqa təşkılatın bayraqını qəbul etmədən mələsef bayraq məseləsi nətəkcə
həl edilməyibdir və belə gedirsə həl edilməyəcək bəlkə bu ıxtılaflar
hərəkətimizdə böyük çatlaşmalara səbəb olmuşdur . yәni belə gedirsə nə təkcə güney
azərbaycan birlşik bir yumruq olub azadlığa çatmıacaqdır bəlkə təşkılatlarımızın
bayraqları sadəcə kəndi sitə lərində qalacaqdır . tutalım bu sıxıntılardan dolayı
güney azərbaycan ıstıqlalını əldə edərəmiş , bu dəfə nəzərdə alın təbrizdə ,
ərdbildə və başqa şəhərlərimizin keçidlərində , məhələ lərdə məsəla təbrizin
maralan məhəlləsi bir bayraq , qarağac məhələsi başqa bir bayraq və sayır
məhələlərdə hər kəs öz , bəyəndigi bayraqı ələ alsınlar , ınqılabı bir devrim
halində millətimizin sılahlanması macərası ihtimali , olayı dahada qorxunc halə
gətirəcək və allah eləmədən ola bilirki ıç savaşı getsin . kimsə bu gön bizləri
bayraq məselə haqqda susdurub və bunu kiçik bir ıxtılaf olaraq göstərəməgə
çalışmasın . niə ki gələcək tablosu çox qorxunc bir tablonu bizə güstərir .
üstə gətirdigimiz nədənələrdən dolayi biz bir sıra " güney azərbaycan milli müstəqil
fəalları " olaraq milli hərəkətimizdə birlik yaratma amacilə " mavi
ay olduzlu qızıl simgə sini " düşünüb və bu önərini ortaya atmışdıq .
bayraq anlayş:
1 – bizcə güney azərbaycan böyük bütöv
azərbaycanımızın ayrılmaz bir parçası olaraq , fars rasisminə qarşı apardığı mucadiləsində
milli bayraqa yox bəlkə milli vahid simgəyə nıazı vardır. niə ki bizim milli
bayraqımız vahid azrbaycanın bayraqı sayılan 1918 inci ilində babalarımız
tərəfindən qaldırılmış milli bayraqdır və tam arzımız güney və quzey
azrbaycanın birləşməsi və bir bayraq altında yaşamasıdir .
2 – öncədəki gətirdigimiz faktlara
əsasən belə düşünürük milli təşkılatlarımızın önərədigi simgə və bayraqlar heç
bir zaman başqa teyflər tərəfindən alınmayacaqdır və bayraq məseləsi beləliklə
həl edilməyəcəkdir .
3 - milli bayraqımızı ( üç rənəgli
ay olduzlu bayraq ) milli bayraq düşünə rək , milli bayraqımıza hər hansı bir
oxşar simgəni milli bayraqımızı saxta və deyşdirmə anlamında sanırıq .
4 - biz bütöv təşkılatlarıməzdan
istəyirik önərədigimiz simgəyə dəstk verərək bütöv aksıalarda özəliklə azərbaycanın
dışında olan aksiyonlarda milli simgəni , milli( üç rənəgli ) bayraqımızla eşit
və bərabr götörsünlər .
5 - bizim bütöv təşkılatların
bayraqına sonsuz dərcə sayqımız var və onlardan
istəmirik bayraqlarını silib eşigə
atsınlar , inşallah azərbaycanımız azad olandan sonra milltimiz bütöv
bayraqları və bütöv düşüncələri incəliəyərək bəlkə onların bayraqlarına dəstk
verəcəkdirlər.
6 - bu önəri hiç bir təşkılata
qarşı çıxma ya hərəkətimizdə daha artıq bir ıxtılaf salma amacilə önrilməmişdir
bəlkə bu önəri təşkılatlarımızı birlşdirmə amacı ilə ortaya atılmışdır . önərinin
özəlligi onun müstqil milli fəallar tərəfindən
önərilməsidir.