تك توران : ایللر بویو میللی کیملیک
داواسی آپاران ایران تورکلری ،زامان ایچینده تاریخسل بیر یاناشیملا،اؤز وارلیغینا
گوونهرک و ایکینجی سوییه وطنداشلیق اولماماق عذره ،اؤزونو آزربایجانین بیر
پارچاسی سایاراق ،گونئی آذربایجان میللی حرکاتینین تئرمینی اورتایا قویوب و اؤز
حاقلارینی قوروماغا چالیشیر . بو بیر حالدادیر کی ایران رئژیمی بئلنچی مدنی و
دوغال ایستکلره قارشی چیخیب ، زامان زامان پان تورکیسم و بؤلوجو کیمی آد قویمالار
ایله اؤزونو آیاقدا ساخلاماغا چالیشمیش.
صورتله دییشیملره تانیق
اولان اورتا دوغو ،بو گونکو ایران رئژیمینین اساس دیریینی تیترتمهیه باشلامیش و
اؤز ائتگیسینی بورخماقدا ،دورومون آغیرلیغینی ،ایران رئژیمینین رئاکسیالاریندان
گؤرمک بیر اوقدرده چتین ساییلماز .یاخین گئچمیشده اورتا دوغونون بؤلگسل گوجو ساییلان
ایران ،آرتیق چوخلو یئرلردن تهلوکه آلتیندا و تهدید اولونور .
دونیا تیجاری میدانلارین
قاتیندا ایرانا ائکونومیک بلوکا قویولماسی و دییشیک اولکهلردن دؤولت ائلچیلرین
قووولماسی،ایرانین خاریجی پولیتیکاسی و اونون قونشو اولکهلرینه یاناشماغین نئجهلیگینه
دقت ائدرسک ،بو منفور رئژیمین چارهسیزلیگینه داها چوخ تانیق اولا بیلریک و بو
اوزدن ایللر بویو حاقلارینی گؤرمزدن گلن فرقلی میللتلرین علینه و اتیینه ساریلاراق،ایران
ایچینده یئنی بیر دؤنم باشلاتمیش .
ایران ایچینده یئنی بیر
دؤنمین باشلانیشی.
فراستلی سیاسی شخصلرین
ایش اوستونه گلمهسی ،آرتیق دینی لیدئرلرین دوشونجه باسقیسینین آزالماسینا ندن
اولاجاق،نیه کی ایران گئچیجی اولاراق لیبئرال اوزونو اورتایا قویماق ایستییر .بو
یئنی توتوم سون چاره اولاراق ،ایران دؤولتینین هر زامانکی تاکتیکیدیر ،آنجاق بو
سفر داها فرقلی و داها اوزون سورهلی گؤرونور .اسگیدن میللی کولتورل چالیشمالارا
و قئیری فارس دیللرین اؤرگنمهسینه خور باخان و قاداغا قویان ایران ،گونوموزده
تورک دیلینده ماهنیلارین اوخونماسینا و دیل کورسلارین آچیلماسینا گؤز یومماغی
داها اولوملو گؤرور ،حتی آتدیغی بیر نئچه آددیمینا شاهید اولموشوق .فارس دیللی و
بزن اؤزلوغونو چوخدان اونودان موغنیلر ،سیفاریش ایله تورکجه ماهنیلار اوخوماغا
باشلامیشکن ،بیر اویاندان جئب تئلئفونو آراجیلیغی ایله گؤنوللو اولانلارا
،آلداتماجالی و اوووندوروجو دورومدا دیل اؤرگتیمینه باشلمیش .بو اولانلارین نئجلیغینه
،فرقلی باخیش آچیلاری یارانا بیلر آنجاق بیر نئچه گرچییده آیدینلیغا قاووشدورماق
اولار .
1-همراهئ اول-این گؤردوغو بو ایش ،سؤزده ساده گؤرونسهده ،اونون وئردیغی سونوچلار
،ایران دؤولتی اوچون چوخ ماراقلی و اؤنملیدیر .دوغال اولاراق آسئمیلاسیون سیاسئتی
اویغولانان ایران کیمی اولکهلرده ،میللی کیملیگینی قورویان اینسانلارین سایماغی
اولوناسی بیر ایش دییل ،حتی ایران رئژیمیده بوندا آجیزدیر .تئکونلوژی سایهسینده
،کیمین تورک و کیمین تورک اولمادیغیدا ایراندا بللی اولماقدادیر .کیملیگی بللی
ائدن بو تئکنولوژی ،موبیلئ یا جئپ تئلئفونودور .تبی کی کیملیگینی سئون بیرسی ،اؤز
دیلینه دوشگون اولدوغو بللیدیر و دوغما دیلینده تحصیل آلمادیغی اوچون ،موبیل
واسطهسی ایله دیل اؤرگنمیی بؤیوک بیر قنیمت سایاراق ،(ز) حرفینی سمس اولاراق یازیب
گؤندرمغی ،ان اوجوز و راحت بیر یول گؤرور .
دؤولته باغلی اولان بو فیرما
،الده اولان سانال اؤرگنجیلرین ساییسینی دؤولته راحتجا آچیقلییا بیلر .دؤولته
ماراقلی اولان ایسه ،الده اولان بو اؤرگنجیلرین ساییسی و تبی تئکنولوژی سایهسینده
الده ائتدیغی آدرئسلر و باشقا بیلگیلردیر ،بو قونو هر هانگی بیر تهدید و یاخود
تهلوکهیه ندن ساییلماز ،آنجاق ایران رئژیمی اوچون لازیم اولان میللتچی قیسیمین ساییسی
و یاشادیقلاری جوغرافیادیر.نظرده آلدیغی فرضی دوشمهنین و آلا بیلجغی تهلوکنی
اؤنلمک اوچون لازیم اولان بلگهلر و بیلگیلر الده اولاجاقدیر .
2-بو قونویا باشقا جورده یاناشماق اولار و اودا بودور کی اگر سانال اؤرگنجیلرین
ساییسی آز اولورسا ،بوندان سونرا نه ائدجغینی داها راحت بیلهجک و ان اؤنملیسی
بودور کی ادعا ائدهجک کی ،30میلیوندان چوخ تورک وار و دیل اؤرگنمک ایستیر و
اونون رسمی اولماسینی طلب و ادعا ائدیرسینیز ،آنجاق بیزیم الیمیزده اولان ایستاتوسلارا
گؤره دیله ماراق گؤسترنلرین ساییسی ،یئترلی اولمادیغی اوچون ،دیل اؤرگتیم سیستئمینی
اویقولاماق مومکون دییلدیر، تبی کی بو سؤزو ایران رئژیمین پیسکولوژیسینی بیلهرک
اورتایا قویماق اولار و بونو گئچرلی ندن کیمی سونماق اولماز .
3-توپلومسال دوشونجهلری (افکار ائ اومومی ) یؤنلندیرمک و میللی کیملیک داواسیندان
جایدیرماق و فرقلی باخیش آچیلارین یارانماسی ،بوتون سینسیلیغی و اینجلیغی ایله
دیرلی و ثابت دوشونجهلری ایستابیلسیز و سیباتسیز قیلاجاقدیر . هابئله میللی-سیاسی
تشکیلاتلارین ان چوخ زورلاناجاغی بیر دؤنم باشلییا بیلر ،بو او حالدادیر کی ایندیلیکدهده
،ایستیقلالچی ،فئدئرالچی و ایرانچی دوشونجهلرین ان چوخ ووروشدوغو نوقتهدیر .سون
زامانلارین ان پوپولار شوارلاریندان بیریسی ،سئلف دئتئرمیناتیون دیر ،بو هسساس
دؤنمده گوجلو اولان ایدئولوژی قازاناجاقدیر .بونلارین آراسیندا ان راحت الده
اولان ایسه ایرانچیلیقدیر و اولا بیلر کی داها اولوملو گؤرونسون .
باشقا باخیش آچیلاریدا اولا
بیلر کی اونلاریدا آنالیز ائتمک مومکوندور و اورتادا موتلق بیر دوغرولوق و یاخود یانلیشلیق
یوخدور ،لاکین موتلق بیر قونو وار ،و اودا بودور کی ایران دؤوتی ،اؤز اراضی بوتؤولوگونو
قوروماق اوچون هر جور ساختاکارلیغا ، یوموشالماغا و پوینت اوتوزماغا حاضردیر .
آمئریکا پرئسیدئنت سئچگیلرینین
دؤنمی یاخینلاشماقدا و بو ارفهده ،دونیادا کی بوتون سوپئر گوجلرین فرقلی سیاسی
چیخیشلاری،شوپههلی تئرورلار ،گؤروشمهلر ،رئکلام گؤرونوشلو بیاناتلار و زنجیر
کیمی بیر بیرینه باغلی اولان اولایلار ،گونون سیاستینی تعیین ائتمکدهدیر ،آنجاق
بو اولایلارین چوخو هئچده تسادوفی ساییلمیر .سون گونلرده ،پرده آرخاسی بعضی
گؤروشمهلر اولوندو و بو قئیری رسمی گؤروشلرین گرچک اوزونو آچیقلاماغا چالیشان سیتهلر
و قزتلردن آنلامق اولار .آمئریکا جونگرئسسمان ی دانا روهراباجهئر این بیاناتی و
آردیجا قوزئی آذربایجان پرئسیدئنتی ایله گؤروشمهلری اولوملو و بؤیوک بیر سوییهده
گونئی مسئلهسی گوندمه گلمیش .
بیر یاندان ،ایسرایلین ایرانا
قارشی ایهتیمالی ساواشا حاضر اولدوغو و تئزلیکله اؤز سلاحلی قوهلرینی بؤلگهده یئرلشدیرمه
ایستیی ،بعضی باشقا گیزلی گؤروشمهلره و آنلاشمالارا ندن اولدو و دیگر یاندان ،ایراندا
یاشییان کوردلرین ایکی بیرلشمز سیاسی اؤرگوتلری بو گون بیرلشمه سولوقانلاری
وئرمکدهدیرلر .`هیزبی کومئلئ` و `هیزبی دئموکراتئ کوردوستانئ ایرانین` سؤزچولرینین
دئدیکلرینه گؤره ،بیر بیرلری ایله ایرانا قارشی هر جور امکداشلیغا حاضر اولدوقلارینی
بیلدیرمیشلر.
بو قونویا آمئریکا و ایسرایلین
موداخیلهسی ،ایرانین اونلارا قارشی توتدوغو سیاست و دیگر یاندان گونئی آزربایجانین
بو دورومدان نئجه فایدالانماغی ،بیزه 3 سئچنک بوراخماقدا .1- آمریکایا آرخالانیب
و اونا باغلاناراق ،آمئریکانین گلهجکدکی موستمیرهسی کیمی باغیملی گونئی
آذربایجانی یارادماق .2- ایرانین منفور سیاستینه اویاراق ،بیر ایرانلی کیمی قالیب
ایسرایله قارشی ساواشاق و یئنهده قانیمیزی و جانیمیزی وئردیکدن سونرا ،هر زامان
کی کیمی ایران موستمیرهسی قالاق . 3-یادا کی هئچ بیر یانا باغیملی اولمادان
،باغیمسیز اولاراق گونئی آزربایجانین دؤولتچیلیغینه دوغرو آددیم آتاق .
İllər boyu Milli kimlik davası aparan İran Türkləri ,zaman içində tarixsəl bir yanaşımla,öz varlığına güvənərək və ikinci səviyə vətəndaşlıq olmamaq üzrə ,özünü Azərbaycanın bir parçası sayaraq ,Güney Azərbaycan milli hərəkatının termini ortaya qoyub və öz haqlarını qorumağa çalışır . bu bir haldadır ki İran rejimi belənçı mədəni və doğal istəklərə qarşı çıxıb , zaman zaman Pan türkism və bölücü kimi ad
qoymalar ilə özünü ayaqda saxlamağa çalışmış.
Surətlə dəyişimlərə tanıq olan orta doğu ,bu günkü İran rejiminin əsas dirəyini titrətməyə başlamış və öz etgisini
burxmaqda ,durumun ağırlığını ,İran rejiminin reaksiyalarından görmək bir oqədərdə çətin sayılmaz .yaxın geçmişdə orta doğunun bölgəsəl gücü sayılan İran ,artıq çoxlu yerlərdən təhlükə altında və təhdid olunur .
Dünya ticari meydanların qatında İrana ekonomik bloka qoyulması və dəyişik ülkələrdən dövlət elçilərin qovulması,İranın xarici politikası və onun qonşu ülkələrinə yanaşmağın necəliyinə diqqət edərsək ,bu mənfur rejimin çarəsizliyinə daha çox tanıq ola bilərik və bu üzdən illər boyu haqlarını görməzdən gələn fərqlı millətlərin əlinə və ətəyinə sarılaraq,İran içində yeni bir dönəm başlatmış .
İran içində yeni bir dönəmin başlanışı.
Fərasətlı siyasi şəxslərin iş üstünə gəlməsi ,artıq dini liderlərin düşüncə basqısının azalmasına nədən olacaq,niyə ki İran geçici olaraq Liberal üzünü ortaya qoymaq istəyir .bu yeni tutum son çarə olaraq ,İran dövlətinin hər zamanki taktikidir ,ancaq bu səfər daha fərqlı və daha üzün sürəli görünür .əsgidən milli kültürəl çalışmalara və qeyri fars dillərin örgənməsinə xor baxan və qadağa qoyan İran ,günümüzdə Türk dilində mahnıların oxunmasına və dil kursların açılmasına göz yummağı daha olumlu görür ,hətta atdığı bir neçə addımına şahid olmuşuq .Fars dilli və bəzən özluğunu çoxdan unudan muğənilər ,sifariş ilə Türkcə mahnılar oxumağa başlamışkən ,bir oyandan ceb telefonu aracılığı ilə gönüllü olanlara ,aldatmacalı və ovundurucu durumda dil örgətiminə başlmış .bu olanların necəliğinə ,fərqlı baxış açıları yarana bilər ancaq bir neçə gərçəyidə aydınlığa qavuşdurmaq olar .
1-Həmrahe əvvəl-in gördüğü bu iş ,sözdə sadə görünsədə ,onun verdiği sonuçlar ,İran dövləti üçün çox maraqlı və önəmlidir .doğal olaraq Asemilasion siyaseti uyğulanan İran kimi ülkələrdə ,milli kimliyini qoruyan
insanların saymağı olunası bir iş dəyil ,hətta İran rejimidə bunda acizdir .tekonloji sayəsində ,kimin Türk və kimin Türk olmadığıda iranda bəlli olmaqdadır .kimliyi bəlli edən bu teknoloji ,Mobile ya cep telefonudur .təbi ki kimliyini sevən birsi ,öz dilinə düşgün olduğu bəllidir və doğma dilində təhsil almadığı üçün ,mobil
vasitəsi ilə dil örgənməyi böyük bir qənimət sayaraq ,(Z) hərfini sms olaraq yazıb göndərməği ,ən ucuz və rahat bir yol
görür .
Dövlətə bağlı olan bu firma
,əldə olan sanal örgəncilərin sayısını dövlətə rahatca açıqlıya bilər .dövlətə maraqlı olan isə ,əldə olan bu örgəncilərin sayısı və təbi teknoloji sayəsində əldə etdiği adreslər və başqa bilgilərdir ,bu qonu hər hangi bir təhdid və yaxud təhlükəyə nədən sayılmaz ,ancaq İran rejimi üçün lazım olan millətçi qısımın sayısı və yaşadıqları coğrafiyadır.nəzərdə aldığı fərzi düşmənin və ala biləcəği təhlükəni önləmək üçün lazım olan bəlgələr və bilgilər əldə olacaqdır .
2-Bu qonuya başqa cürdə yanaşmaq olar və oda budur ki əgər sanal örgəncilərin sayısı az olursa ,bundan sonra nə edəcəğini daha rahat biləcək və ən önəmlisi budur ki iddia edəcək ki ,30milyondan çox Türk var və dil örgənmək istir və onun rəsmi olmasını tələb və iddia edirsiniz ,ancaq bizim əlimizdə olan
statuslara görə dilə maraq göstərənlərin sayısı ,yetərli olmadığı üçün ,dil örgətim sistemini uyqulamaq mümkün dəyildir, təbi ki bu sözü İran rejimin piskolojisini bilərək ortaya qoymaq olar və bunu geçərlı nədən kimi sunmaq olmaz .
3-Toplumsal düşüncələri (əfkar e umumi ) yönləndirmək və milli kimlik davasından caydırmaq və fərqlı baxış açıların yaranması ,bütün sinsiliği və incəliği ilə dəyərlı və sabit düşüncələri istabilsiz və sibatsız qılacaqdır . habelə milli-siyasi təşkilatların ən çox zorlanacağı bir dönəm başlıya bilər ,bu o haldadır ki indilikdədə ,istiqlalçı ,federalçı və İrançı düşüncələrin ən çox vuruşduğu nüqtədir .son zamanların ən popular şuarlarından birisi ,Self determination dır ,bu həssas dönəmdə güclü olan ideoloji qazanacaqdır .bunların arasında ən rahat əldə olan isə İrançılıqdır və ola bilər ki daha olumlu görünsün .
Başqa baxış açılarıda ola bilər ki onlarıda analız etmək mümkündür və ortada mutləq bir doğruluq və yaxud yanlışlıq yoxdur ,lakin mutləq bir qonu var ,və oda budur ki İran dövəti ,öz ərazi bütövlüyünü qorumaq üçün hər cür saxtakarlığa , yumuşalmağa və point utuzmağa hazırdır .
Amerika President seçgilərinin dönəmi yaxınlaşmaqda və bu ərəfədə ,dünyada ki bütün super güclərin fərqlı siyasi çıxışları,şüphəli terorlar ,görüşmələr ,reklam görünüşlü bəyanatlar və zəncir kimi bir birinə bağlı olan olaylar ,günün siyasətini təyin etməkdədir ,ancaq bu olayların çoxu heçdə təsadufi sayılmır .son günlərdə ,pərdə arxası bəzi görüşmələr olundu və bu qeyri rəsmi görüşlərin gərçək üzünü açıqlamağa çalışan sitələr və qəzətlərdən anlamq olar .Amerika Congressman i Dana Rohrabacher in
bəyanatı və ardıca Quzey Azərbaycan presidenti ilə görüşmələri olumlu və böyük bir səviyədə Güney məsələsi gündəmə gəlmiş .
Bir yandan ,İsrailin İrana qarşı ihtimali savaşa hazır olduğu və tezliklə öz silahlı quvvələrini bölgədə yerləşdirmə istəyi ,bəzi başqa gizli görüşmələrə və anlaşmalara nədən oldu və digər yandan ,İranda yaşıyan Kürdlərin iki birləşməz siyasi örgütləri bu gün birləşmə soluqanları verməkdədirlər .`hizbi Komele` və `hizbi Demokrate Kürdüstane İranin` sözçülərinin dediklərinə görə ,bir birləri ilə İrana qarşı hər cür əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Bu qonuya Amerika və İsrailin mudaxiləsi ,İranın onlara qarşı tutduğu siyasət və digər yandan Güney Azərbaycanın bu durumdan necə faydalanmağı ,bizə 3 seçənək buraxmaqda .1- Amrikaya arxalanıb və ona bağlanaraq ,Amerikanın gələcəkdəki müstəmirəsi kimi bağımlı Güney Azərbaycanı yaradmaq .2- İranın mənfur siyasətinə uyaraq ,bir İranlı kimi qalıb İsrailə qarşı savaşaq və yenədə qanımızı və canımızı verdikdən sonra ,hər zaman ki kimi İran müstəmirəsi qalaq . 3-yada ki heç bir yana bağımlı olmadan ,bağımsız olaraq Güney Azərbaycanın dövlətçiliğinə doğru addım ataq .