تك توران : بیلدیگینیز کیمی سون گؤن لرده بیرلشمه هایکیریسی ، گؤنئی آزربایجان میللی
حرکتینده بیر چوخ دیرلی ضیالی و میللی تشکیلاتلار طرفیندن منطقه نین کیریتیک
زامانیندا اولدوقو آندا سسلنمیشدیر .
میللی فعالار و تشکیلاتلار طرفیندن گلن میللی بیرلیک آدیندا میللی بیرلشیک
بیر جبهه اولوشماسی سیگنالی ، تبی کی چوخ سدویندیریجی بیر اولایدیر .
بونا اساسن گؤنئی آزربایجان میللی مستقیل فعاللاری طیفی ، مسئله نی
دمکراتیک دیرلر اساسیله اؤزلیکله میللی فعاللار و تشکیلاتلارین دؤشؤنجه سی نی
آلماق اؤزره بیر اویلاما ( نظرسنجی ) یاپاراق گؤنده مه گتیرمیشدیر .
بیز بو مسئله نی موستقیل طیف فیسبوک صحیفه سینده تام آچیق شکیلده بیلدیردیک
. سونوج اولاراق مسئله بیر نئچه دیرلی فعالار طرفیندن آلینیب و اولوملو
آچیقلامالار گلمیشدیر . بونونلا بئله بعضی دیرلی میللی فعالار طرفیندن ایمیل
باکسیمیزا سئویندیرجی مکتوبلار گؤندریلمیشدیر .
آنجاق بؤتؤن فیکیرلری دیرلندیردیکدن سونرا مجبورن گرکیر نتیجه نی آلداتیجی
یوروملارلا یوخ ، ان آزی اؤزومؤزو آلداتمادان چوخ آچیق و نئت بؤتؤن
اینسانلاریمیزلا پایلاشاق .
بیز بو مسئله نی تانیدیغیمیز بیر نچه میللی سیته لرله پایلاشمیش و
اونلاردان ایسته گیمیز بو اولموشدور کی کئچمیش ایختیلافلاری بیر آرایا بوراخاراق
بو اؤنملی مسئله ده دویارلیقلی اولسونلار .
نه یازیق کی بو مسئله بیر نئچه میللی قوروم سیته لری طرفیندن باشقا تاسفله
بیریلری طرفیندن آلینمادی . حقیقتلری میلتیمیزله آچیقلامادان بیرلیگه دوغرو آتیلان
سلوقانلار / شعارلار ، تبی کی ایناندیریجی اولمایاجاقدیر .
آنجاق سونوجدا بونو دئمه لییک کی گؤرؤشن تابلو گؤستریر کی ان آزی بیرلیگه
دوغرو قرارلی اولان میللی فعالارین بیر چوخو موستقیل دؤشؤنجه لی دوسلاردیر و بو
مسئله بیزیم اؤچؤن چوخ سئویندیریجی دیر .
سونوندا آرتیرمالییق کی بیزم بو اویلامادان هدفیمیز موستقیل طیفین میللی
جبهه یاراتماق و بئله بعضن عدالتسیز یوروملایان قوروملارین طرفیندن گلن تخریبلر
اساسیله یوخ بلکه حقیقتن میللی حرکتیمیزده دورومو اویلاما و میللی بیرلیگه نه قدر
حاضیر اولدوقوموزو بیلدیرمکدیر .
اینشالله اینانیریق کی گلجگی ایی دؤشؤنن هر بیر میللی فعال ایستر موستقیل
ایستر تشکیلاتی دوسلاریمیز گئده رک بیرلیگین نه قدر اؤنملی اولدوقونو دؤشؤنه جک
دیرلر .
موستقیل طیف هر زامان حاضیردیر کی ایسته نیلن حالدا هر بیر میللی قوروملا
دانیشقا گیرسین نیه کی بیزیم بو گؤنه دک هر بیر قوروما سرت ائله شدیریمیز اولسادا
آنجاق سونوجدا هدفیمیز بیرلیکدیر و حرکتیمیزده موستقیل اولاراق هئچ بیر میللی
قوروملا دؤشمانچیلیقیمیزیوخدور .
« گؤنئی آزربایجان میللی موستقیل فعاللاری طیفی »
سه شنبه 27 تیرماه1391
لینک صفحه فیسبوک :
bildiri : milli birligə doğru açdıqımız oylama sonucu
bildiginiz kimi son günlərdə birləşmə haykırısı , güney
azərbaycan milli hərəkətində bir çox dəyərli
ziyalı və milli təşkilatlar tərəfindən məntqənin kiritik
zamanında olduqu anda səslənmişdir . milli fəallar və təşkılatlar tərəfindən
gələn milli birlik adında milli birləşik bir cəbhə oluşması signalı
, təbi ki çox sevindirici bir olaydır . buna əsasən güney
azərbaycan milli müstəqil fəalları teyfi , məseləni
demokratık deyərlər əsasilə özəliklə milli fəallar və təşkılatların düşüncəsini
almaq üzrə bir oylama ( nəzərsənci ) yaparaq gwöndəmə
gətirmişdir . biz bu məseləni müstəqil teyf facebook səhifəsində
tam açıq şəkildə bildirdik . sonuc olaraq məselə bir neçə deyerli fəalar
tərəfindən alınıb və olumlu açıqlamalar gəlmişdir . bununla belə bəzi deyerli milli
fəalar tərəfindən mail baksımıza sevindirci məktublar göndrilmişdir . ancaq bütün
fikirləri dəyərləndirdikdən sonra məcburən gərkir nəticəni aldatıcı
yurumlarla yox , ən azı özümüzü aldatmadan çox açıq və net bütün iınsanlarımızla
paylaşaq . biz bu məseləni tanıdığımız bir nəçə milli sitələrlə paylaşmış və
onlardan istəgimiz bu olmuşdur ki keçmiş ıxtılafları bir araya buraxaraq bu
önəmli məselədə duyarlıqlı olsunlar . nə yazıq ki bu məselə bir neçə milli qurum
sitələri tərəfindən başqa tədüflə biriləri tərəfindən alınmadı
. həqiqətləri millətimizlə açıqlamadan birligə doğru atılan sloqanlar / şuarlar
, təbi ki iınandırıcı olmayacaqdır . ancaq sonucda bunu deməliyk ki görüşən
tablo göstərir ki ən azı birligə doğru qərarlı
olan milli fəaların bir çoxu müstəqil düşüncəli doslardır və
bu məselə bizim üçöwn çox sevindiricidir . sonunda artırmalıyq ki bizm bu oylamadan
hədfimiz müstəqil teyfin milli cəbhə yaratmaq və
belə bəzn ədalətsiz yorumlayan qurumların tərəfindən gələn təxriblər əsasilə
yox bəlkə həqiqətən milli hərəkətimizdə durumu
oylama və milli birligə nəqədər hazır olduqumuzu bildirmkdir . inşallah inanırıq
ki gəlcəgi iyi düşünən hər bir milli fəal istər
müstəqil istər təşkilatı doslarımız gedərək birligin nə qədər
önəmli olduqunu düşünəcəkdirlər . müstəqil teyf hər zaman hazırdır
ki istənilən halda hər bir milli qurumla danışqa girsin niə ki bizim bu günə
dək hər bir quruma sərt eləşədirimiz olsada ancaq sonucda hədfimiz birlikdir və
hərəkətimizdə müstəqil olaraq heç bir milli qurumla düşmançılıqımız
yoxdur .
« güney azərbaycan milli müstəqil
fəalları teyfi »
17/ july / 2012