۱۳۹۱ تیر ۱۹, دوشنبه

Xiyabani , Pişevəri və Şəriətmədari ayaqlanmalarına ötəri baxış-umud yaşam


TEKTURAN : güney Azərbaycan toplumu sömürü altda yaşamaqdadır. Seksən ildən çox iran ölkəsinə hakim olan panfarsizm idolojisi bütün ulusal kimlikləri tapdalayaraq fars üstünlüyünün qoruqçusu olubdur. bu arada iranın yarıdan çox nufusunu oluşduran güney Azərbaycan türklər ilə iran türkləri bu çirkin siyastə qurban gedən ilk toplumlardılar. daema bu ölkədə şahlıq quraraq siyasal gücdə olan türklər bugün fələkin tərs baxışı ilə sömürü altda yaşamaqdadırlar. fars sömürgə çiliyi gücə çatandan bəri biran belə göz qırpmadan güney Azərbaycan türklərini asimilə etmək çabasında bulunubdur. istər kültürəl alanda olsun istərsə də ekonomikal alanda , güney Azərbaycan türkləri bir çox sitəm ərə məruz qalıblar. ancaq əski bir tarixə malık olan bu türklər siyasal durumun uyğun olduğu zaman panfarsizmə qarşı baş qaldıraraq öz ulusal kimliklərini qorumağa çalışıblar. bu yazıda güney Azərbaycan milli hərəkəti adı altında tanımlanan xiyabani , pişevəri və şəriətmədari baş qaldırmalarına tarixsəl bir baxışımız olacaqdır.

 ön söz
 iran neçə milliyətli bir ölkədir. tarix boyu türk ulusu bu topraqlarda yaşayıb uyqarlıqlar yaradıbdir. ancaq son yüz ildə fars şüvnizmi iş üstünə gələrək iranın neçə ulusluluğunu danaraq , bir millət , bir dil və bir kültür yaratmaq çabasında bulunubdur. iranın siyasal tarixinə baxdığımızda daema siyasal gücün türklərin əlində olması danılmaz gərçəklikdir. fəqət , bu hakim türklərin siyasal gələnə yində heç bir zaman türkçülük söyləmi üstünlük qazana bilməyibdir. bu üzdən yenicil dünyaya ayaq basdığımızda fars milliyətçiliyi bütün siyasal gücü qapsayaraq türk ulusu yenicilləşmədən ıraq qalıbdir. insancil toplumda yenicilləşmənin önəmli etgisi uluslaşmadır. bu sürəcdə bir kültürə bağlılıq hissi duyan insanlar ulus qavramı altda birləş rək yeni dünyaya uyğun uyqarlıqlar yaradıblar. Təəsüflə güney Azərbaycan ulusu hələ bu evrəni keçə bilməyərək bir çox alanda bəşəri gəlişmələrdən geridə qalıbdır. bu geriliyə baxmayaraq birsıra aydın düşünürlər siyasal tariximizi uluslaşma çabasından boş buraxmayıblar. güney Azərbaycan siyasal tarixi bir təhər uluslaşma evrimi içrə irəli gələrək bu günümüzə çatıbdir. istər şeyx məhəmməd xiyabani hərəkatında olsun istərsə pişevəri hərəkatı istərsə də şəriətmədari ayaqlanmasında bu ulus , ulusal haqqlarını qorumaq çabasında bulunubdur. bu ayaqlanmalar siyasal tariximizdə güney Azərbaycanın mərkəziyətçiliyə qarşı önəmli baş qaldırmalarıdır. bu siyasal ayaqlanmalara dayanaraq bu gün güney Azərbaycan milli hərəkəti adı ilə tanımlanan qavram , özgü siyasal gələnəyə sahib çıxa bilir. bugünkü güney Azərbaycan milli hərəkəti tam ulusçu bir devinim olsa belə siyasal gələnəyi bu ayaqlanmalara qayıdır. əslində bugünkü güney Azərbaycan milli hərəkəti bu ayaqlanmaların evrimidir. ancaq bugün dünyalıq duruma uyğun olaraq idolojik baxışlardan uzaq gəzib tam ulusçu hərəkəti kimi ortada olmağa çalışır. bu yazıda şeyx məhəmməd xiyabani , pişevəri və şəriətmədari hərəkatı incələnəcəkdir.

 quramsal çərçivə
 yuxarıda söylədiyimiz kimi güney Azərbaycan milli hərəkətinin ana idolojisi ulusçuluqdur. ulusçuluq nə dir ? nə zamandan bəri insan yaşamında etgisi olubdur ? özələlikləri nə dir ? dövlət ilə necə ilişgisi vardır ? və bu kimi soruların yanıtı ulusçuluq quramlarını oluşdurmaqdadır. ancaq ulusçuluq bir sıra quramlar toplusu olaraq son on illiklərin ürünüdür. bu qavram öncə ər insancil yaşamda oynam oynasada akademik biçimdə son zamanlar da söz qonusu olubdur. ulusçuluq bir varlıq olaraq modernizmin gəlişimi ilə dəyərləndirilməlidir. 17 - inci yüz illikdən bəri avrupa öndə olaraq ulusçuluq dünyaya yeni düzən veribdir. ulusçuluğun təməl anlayışı ulus qavramına qayıdır. ulusçuluq quramlarının mütəmayiz olduğu yer ulusun necə tanımlanmasından asılıdır. birsıra düşünürlər ulusu əbədi bir varlıq olaraq dəyərləndiririlər , birsıra isə modernizmin ürünü sayırlar birsıra da bu iki tərifdən ortaq bir tərif çıxartaraq yeni tərif ortaya qoyurlar. ancaq bütövlükdə ulusçuluq quramları , ilkiçilir , modernistlər və etno səmbolistlərə bölünmkdədir.

 ilkiçilər
ilkiçilər , ulusçuluğu bəşərin zatı bir özəlləliyi olaraq tanımlayıb ulusun tarix boyu bəşər yaşamında var olması düşüncəsindədirlər. bu baxışa görə tarix ulusların savaşından başqa bir şey dəyil. istər əskı çağda olsun istər ortaçağda istərsə də yeni çağda , ulus qavramı insanlar üçün önəmli olub iınsanlar ulus uğrunda can verməyə belə hazır olublar. bu yaxlaşım , ulusçuluq tarixin , bəşər tarixinin gəlişimi ilə eş tutaraq dil və kültürü ulusun təməl qavramları kimi dəyərləndirir. bu baxışa yaxın olan durmuş hoca oğluna görə:
" milliyətçilik ən qədim zamanlardan günümüzə qədər bu şəkildə bir adı yox ikən də hep var idi , hep də var olacaq dır , yaxşı və ya kötü , pozetiv və ya negativ , yırtıcı və ya munis , savaşcı və ya barışcı bütün şəkillərilə. Tıbıqı din kimi. çünkü o insan olmaqığımızın lazım və zərurı bir səbəb olduğu kimi nəticə sidir. " [1]
 və ya umud özkərimli milliyətçilik quramları ; eliştirəl bir baxışı kitabında ilkiçilər haqqda belə düşünür:
" bu terim millətləri keçmişdən bu günə dək sürə gələn əzəli və əbədi bir oluşum olaraq görən yaxlaşımı anlandırmaq üçün qullanılmaqdadır... ilkiçilər isə etnik topluluqların və ulusların tarixin doğal birimləri və insan denəyisinin bütünləşdirici unsurlar olduğunu vurğularlar. " [2]

modernistlər
iknici yaxlaşım modernistlərin baxışı dır. bu baxışa görə ulusçuluq yenicilliyin ürünüdür və modernizm ortaya gəlib gəlişərək , ulusçuluqda paralel bir səviyə də gəlişibdir. bu yaxlaşıma görə modernizmdən öncə ulusçuluq qavramından danışmaq olmaz , hərnə varsa texnikal devrimdən bəri ortaya gəlibdir. bu dəyərləndirmədə ulusçuluq , modernizmin siyasal alanda yansımasıdır. yәni modernizm ussal dəyərlərə üstünlük verərək ekonomikal boyutda , texnikal devrim , kültürəl alanda , aydınlanma və siyasal çapda ulusçuluq ilə özünü göstrməkdədir.
erik habezbavma görə:
" milliyətçilik modern bir olqudur. millətlərin ilk işartləri 17 yüz ilin sonlarında görülmüşsədə idoojik biçimdə bəlirli bir millət və ya etnik topluluğu sevmək olaraq tanımlana biləcək milliyətçilikdən ilk dəfə 18 yüz ildə bəhs edilmişdir. " [3]
 bu yaxlaşım çərçivəsində önəmli çalışmalardan biri bendikt əndersonun xiyali cəmaətlər teorisidir. bu teoriyə görə:
 " milliyətçilik ; liberalizm , faşızm kimi olqularla dəyildə qohumluq , din kimi olqularla bir arada düşünülürsə hər şey daha rahat olur. o halda antropolojik bir ruhla ulus haqqında bu tanımı önərirəm: millət , xiyal edilmiş bir siyasal topluluqdur , özünə eyni zamanda həm hemojenlik həmdə sınırlılıq içkin olacaq şəkildə xiyal edilmiş cəmaətdir. " [4]
umud özkərimli yə görə: " modernist yaxlaşım , milliyətçiliyin 1789 fəransə devrimi və inglizdə 1838də yaşanan sənaye devriminin bir ürünü olaraq ortaya çıxıbdır. bu baxış açısına görə ; millət və milliyətçilik , kapitalizm , sənayeləşmə , ulus - dövlətlərin qurulması , şəhrləşmə və laikləşmə kimi olaylar ilə birlikdə və ya bu olayların bir sonucu olaraq ortaya çıxar. " [5]

etno - səmbolistlər
 üçüncü yaxlaşım etno - səmbolisətlərin baxışıdır. bu baxış ilkiçilər ilə modernistlər arasında bir ortaq yol bulmağa çalışbdır. bu baxşıda adındanda bəlli olduğu kimi simgələr birinci sözü danışmaqdadır. bu yaxlaşım ilkçilir ilə modernist lərin yorumlarından yararlanaraq özəl bir teori ortaya qoyubdr. bu yaxlaşımın adı adlım sosyoloq antun. d esmit ilə bağlıdır. bu düşünürün bütün yazıları bir təhər milliyətçilik quramlarilə ilişgidədir. antoni di esmit düşüncəsində , tarixsəl bağlamda ilk millətlər modernismdən qabaq etniksəl çəkirdəklər halında idilər. başqa bir ifadə ilə desək hər ulusun təməlində etnik bir bağ bulunmaqdadır. antoni di esmit ulus qavramını belə tanımlayır:
 " tarixi bir topraq , ortaq mitlər və tarixi bəllək , ortaq bir kütləsəl kamu kültürü , topluluğun bütün fərdləri üçün keçərli ortaq yasasal haq və görülər ; topluluq fərdlərinin ölkə üzərinə azad hərəkət imkanına sahib olduqları və ortaq bir ekonomi ulus ürünlərin təşkil etməkdədir. " [6]
ulusçuluq söylminə gəldiyində antoni di esmit ulusçuluq ilə ayrı idolojilərin ayrımını belə yorumlayır:
 " - dünya hər biri öz bireyilliği , tarixi və sərnivişti bir olan millətlərə bölünmüşdür.
 - millət bütün siyasi və toplumsal gücün qaynağıdır və millətə bağlılıq hər şeyin üstündədir.
 - insanlar özgür olmaq üçün bir millət ilə özdəşməlidirlər.
 - millətlərin özgür və güvənəlik içində bulunmaları gərəkir. " [7]
 güney Azərbaycan toplumuna etno - səmbolist yaxlaşımı ilə yanaşsaq bu ulusun tarix boyu var olduğuna itiraf etməliyik. ancaq uluslaşma üçün yanlız ulusun varlığı yetərli dəyil. uluslaşma sürəcində ulus və onunla ilgidə olduğu bütün qavramlar özəlliklə dil ilə kültür siyasallaşmalıdır. güney Azərbaycan tarixinə baxdığımızda yanlız yaxın dönəmdə dilin siyasal ortama girə bilməsinə tanıq ola bilərik. iran islami devrimindən öncə özəlləliklə 21 azər hərəkatında dilin önəmi ön planda tutulsaydı da yenə idolojik baxışlar altında idi.
xulasə surətdə desək ; tarix boyu güney Azərbaycan ulusu var idi ancaq son on illiklərdə uluslaşmaya doğru yönəlirkən siyasal ulus olmaq çabasında bülünübdür. ernest gelnerin teorisi ilə yaxınlaşsaq , güney Azərbaycan adlı xiyal edilmiş cəmiət ulusçu seçginlər sarından yaratılmaqdadır.

şeyx məhəmməd xiyabani ayaqlanması
 şeyx məhəmməd xiyabani ayaqlanması güney Azərbaycanın uluslaşma evrimində önəmli yer qapsamaqdadır. bu demokrat mullanın hərəkəti təkcə güney Azərbaycan yox bəl iran çərçevəsində demokrası istər devinimlərin parlaq örnəyi dir.
 şeyx məhəmməd xiyabani , azdaistan dövləti qurmaqla güney Azərbaycan istiqlaliyyət mücadiləsində birinci hərəkətlərdən olaraq tanımlana bilər. demokrası və azadlıq dəyərlərinə sayqı ilə yanaşan şeyx məhəmməd xiyabani təbrizi bütün azadlıq sevərlərin kəbəsi kimi görürdü. elə bu üzdən təbriz öndə olmaqla azadlıq uğrunda adım götürən bu ulusun yaratdığı dövləti azadistan dövləti olaraq adlandırdı. əgər şeyx yanlız iran bütövlüyünü düşünürdü nədən ayrı bir dövlət adı ilə ortada olmaq istəyib bu qədər mərkəziyətçiliyə qarşı çıxırdı ?
şeyx məhəmməd xiyabaninin mübarizəsi məşrutiyət devriminə qayıdır. şeyx 27 yaşında olarkən təbriz mühasirədə olduğu zaman yaraq çiynində iyaləti əncümənin üyələrindən olub təbrizin qurtarılmasında önəmli oynamı olmuşdu. məhəmmədəli şah devrildikdən sonra hələ 30 yaşı doldurmayan şeyx türk ulusu sarından millət vəkili olaraq məclisə göndərilir. məclisdə rusiyənin adlım oltimatomu qarşısında , şeyx belə bir yanıtda bülünürkən bütün millət vəkillərini özü ilə səs bir edib rus oltimatomu qarşısında dirənc göstərir:
 " bir para sorğular , yanıt istəmir. bunların açıq yanıtı əskidən verilibdir. əgər bir millətdən bağımsızlıq və azadlığın istənilməsi sorulursa ; kəsin bu ulus yox deyəcək. bu üzdən yaxşıdır ruslar öz oltimatomumlarını geri almaqla bundan artıq iranlıları incitməsinlər. " [8]
ancaq şeyx məhəmməd xiyabaninin önəmli rolu 1299 hicri. ş ayaqlanmasında idi. bu ayaqlanmanın kökləri məşrutiyət devriminə qayıdarkən istibdada qarşı önəmli üsyanlardandır. şeyx məhəmməd xiyabani məşrutiyət devriminin , doğru yoldan çaşmasını görərəkn bu hərəkata öndərəlik edib , dünən bir səngərdə azadlıq uğrunda savaşan dostlarının qanının batmasını istəmirdi. 1290 - inci günəş ilində daşnak yeprəm xan milli məclisə yügürərək millət vəkillərini milli məclisdən ixrac etdi. bu vaqiədən sonra şeyx məhəmməd xiyabani təbrizin səbzə meydanında odlu bir nütq irad edərəkn Azərbaycanlıları dirənəməyə çağırdı. xiyabani yaxşı bilirdi rusların əli ilə məclisi bağlayan məhəmmədəli şahın işi bu dəfə erməni yepremin əli və vüsüqəldülələrin əmri ilə tikrarlandı.
 bu vaqiə dən sonra yenə tehranın şum istibdadı Azərbaycan topraqlarına kölgə salmağa başladı. özəlləliklə iyaləti əncümənlərin işi yenidən yasaqlandı. bu üzdən 1920 - inci ildə şeyx məhəmməd xiyabani Azərbaycan demokrat firqəsini yaratdı.
bu firqə nin önəmli amacı isə bu iki məselə söylənilmişdi:
" - xalq rahatçılığın təmin etmək
 - məşrutiyət qanunların icrayə qoymaq "
 məşrutiyət qanunlarını icra etmək deyənədə şeyxin amacı yasaqlanan iyaləti və vilayəti əncümənlər yasasını yenidən icrayə qoyulması idi. şeyx elə bu yasaya dayanaraq təbrizdə bölgəsəl bir dövlət yaratdı. xiyabaninin yaratdığı bu dövlətin ömrü altı ay olmasına rəğmən güney Azərbaycan tarixində özəlləliklə yenicilləşmə tarixində dərin etgi buraxdı.
 dediyimiz kimi xiyabani ayaqlanmasının önəmli amacı ulusun bilincində dəyişikliklər üz verərək yeniləşməsi idi. bu üzdən xiyabani özü deyir ki:
" birinci tərəqi vəsiləsi , təcədüd və təzəlik ruhu olmaqdır və bir huşlu və oyıaq millət daima təcədüd və təzəliyə sarı getməlidir. " [9]
 nədənəsə yanlız bir demokrat və yenicil dövlət ilə uolusu yenicilligyə sarı uğratmaq olar. təcədüd ruhu özəlləliklə üçüncü dünya ölkələrində dövlət sarından ulusa sunulmalıdır. azadıstan dövləti elə bu üzdən yarandı. şeyx məhəmməd xiyabaninin güney Azərbaycan çərçivəsində qürdüğü dövlətin birinci işlərindən çeşitli şəhərlər özəlləliklə təbriz şəhrində " cəmiət nəşr məarifin " təsisi ilə uşaqlar üçün yenicil oxullar açmaq idi. [10]
 şeyxin düşüncəsini ulus içrə yayan önəmli arac isə öncə təcədüd gündəliyi sonra azadıstan qəzetəsi idi. bu dərgilərin əsas işini iran yeni şerin binövrəsin qoyan təqi rəfət ohdələnmişdi. ancaq ən çox təcədüd qəzetəsi ışıq üzü gördü. bu qəzetin birinci sayısı həftə üçü 16 cəmadiəlsani 1335 hicri. qəməri də çapdan çıxıb və guya 1338 hicri. qəməri ilin zihəcəsinə qədər dəvam etmişdi. [11]
 bu qəzet şeyxin özgürlük , demokrası və yenicillik haqda alovlu sözlərini qapsayırdı. şeyx məhəmməd xiyabani 1299 - inci günəş ilində güney Azərbaycanı altı ay bağımsız edərək yenicil qavramları bu ulus içrə yerəlləlşdirmək istədi. xiyabaninin qurduğu azadıstan dövləti güney Azərbaycanın çağdaşlaşma çabalarına sıiyasal yön verən ilkin göstrgədir. xiyabaninin amacı güney Azərbaycanlı bireyi yeni dünya dəyərlər ilə eyitərək mutluluğa qovuşdurmaq idi. nə yazıq sömürgəçilik buna izin verməyib altı ay Azərbaycanlıların özgürlüyünü yaraq gücü ilə basdıraraq şeyxi şəhid etməklə bu özgürlüyə son qoydu.
 şeyx məhəmməd xiyabaninin düşüncəsi , bu ulusun yenicilləşərək azadlığa qovşması idi. elə bu yoldada diktatorluq yandaşları sarından şəhid oldu.

 Azərbaycan demokrat firqəsi və 21 azər hərəkatı
güney Azərbaycanın uluslaşma çabası içrə önəmli ayaqlanmalardan biri də 21 azər 1324 - inci günəş ilində Azərbaycan demokrat firqəsi sarından qurulan dövlətdir. bu dövlətin başında iran tarixinin adlım sıyasətçisi , on bir il rizaxan zındanlarında düşüncə tutsaqı olan seyyid cəfər pişevəri dayanırdı. bu ayaqlanmanın açıq və təməl istəyi güney Azərbaycanın mərkəz sömürüsündən qurtularaq özgü bir yönətimə yiyələnməsi idi. Azərbaycan demokrat firqə si nin bir illik hakimiyəti güney Azərbaycan tarixində ən açıq surətdə dövlətçilik təcürbə sidir.
seyyid cəfər pişevəri iranın o günkü siyasal durumundan faydalanaraq təbriz millət vəkili seçilir ancaq bu ulu öndərin itibarnaməsi yanlız Azərbaycan sevdası olduğu üzündən tehran məclisində rəd olunur. seyyid cəfər pişevəri Azərbaycan haqlarını tehranda qorumaqdan usanaraq öz anayurduna müraciət edib 12 - şəhrivər 1324 - inci günəş ilində bir sıra ayrı düşünürlərlə Azərbaycan demokrat firqəsinin təməl daşını qoyub bir bildiri vasitəsi ilə mövcüdiyyət elan edir.
 Azərbaycan demokrat firqəsində bulunan insanlar özəlliklə firiydün ibrahimi tam Azərbaycan mehvər düşünürdülər. bu üzdən uluslaşmanın təməl daşı sayılan dil qonusuna sonsuz önəm verirdilər. bunun ən açıq və kəsgin tanığı firqənin 16 dey 1324 də təsvib etdirdiyi yasadır.
bu yasaya görə:
" xalqımızı dövlət dəstqahına yaxınlaşdırmaq və umumun ihtiyacatın sadə bir surətdə anlamaq və həmçinin milli dil və milli mədəniyətimizin tərəqi və təkamül yollarını təmizləmək üçün , Azərbaycan milli hüküməti özünün 16 dey ( 1324 ) tarixi cələsəsində aşağıdakı qərarları qəbül etmişdir:
 - bu gündən etibarən Azərbaycan da Azərbaycan dili ( türkcə ) rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar , həmçinin xalq qoşunları hisə lərinə verilən fərmanlar və qanun layihələri mütləqa Azərbaycan dilində ( türkcə ) yazılmalıdır.
 - bütün idarələr öz işlərini Azərbaycan dilində ( türkcə ) yazmağa məcburdurlar. bu dildə yazılmayan dəftər və mədarik rəsmi hesab olunmayacaqdır.
 - məhəkmələrdə işlərin cərəyanı tamamı ilə Azərbaycan dilinidə ( türkcə ) aparılmalı və bu dili bilməyənlər üçün mütərcim təyin olunmalıdır.
 - Azərbaycanın bütün idarə , müəssisə və ticartxanalarının tabloları mütləqa Azərbaycan dilində ( türkcə ) yazılmalıdır.
 - rəsmi iclaslar və yığıncaqlar , suxnranlıqlar və müzakirələr Azərbaycan dilində ( türkcə ) olmalıdır.
 - Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və umumi dövləti idarələrdə xidmət edənlər Azərbaycan dilində ( türkcə ) yazıb oxumağı və danışmağı öyrənməlidirlər.
- məarif vizarəti , idarə məmurlarını Azərbaycan dili ( türkcə ) ilə aşına etmək məqsədi ilə ayrı dillərdən savadı olanlar üçün idarələrin nəzdində böyüklər üçün məxsus kılaslarda hazır olanlarlın ış muddəti bir saat azalmalıdır.
 - Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar. lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabr Azərbaycan dilini ( türkcə ) rəsmi dövləti dil olaraq işlətməlidirlər.
 - Azərbaycan da yaşayan xırda millətlərə xususi milli məktəblərindəki təlim öz ana dillərindən olduğu halda Azərbaycan dilinin ( türkcə ) tədrisi məcbüridir.
 - Azərbaycan milli hükümti , məarif vəzirinin məktb lərdə dərslərin Azərbaycan dilində ( türkcə ) olması haqqındakı qərarını təsvib və təyid edib mədrsələrin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır.
Azərbaycan milli dövlətinin baş vəziri – pişevəri " [12]
 12 şəhrivər bildirisindən sonra Azərbaycan demokrat firqəsi kütlə içrə yayılmağa başladı. firqənin varlığı ulus sarından iyimsrcəsinə qarşılanaraq minlərcə insan firqəyə qatıldı. gedərək firqə güney Azərbaycanda tək oynam oynayan siyasal varlığa çevrildi. bu üzdən ayrı siyasal axımlar özəlliklə tudə partıyasının Azərbaycan şübəsi firqəyə qatılmanı ən uyğun iş hesab edərək rəsmən işlərin dayandırıb firqəyə qatıldılar. artıq Azərbaycan demokrat firqəsi güney Azərbaycanda birinci sözü qonuşurdu. firqənin bir sıra qurucuları öncələr sol idolojisi qayğısı çəkən olsaydılarsada bugündən etibarən tam Azərbaycan milli mənafeini düşünməyə başladılar. öncə ər firqə bütün iranı özü ilə yol bir etmək istəyirdi ancaq ümüdü ayrı xalqlardan kəsilərək tam bir bağımsız dövlət qurmaq amacına gəldi. firqənin gücü qarşısında Azərbaycan sılahları gücləri firqəyə qatıldılar. firqə ulusçuluq söylminə sarılaraq güney Azərbaycan ulusuna müxtariyət və özgürlük istəyində bulundu. firqənin çabaları sonucunda 21 azər 1324 - inci ilində güney Azərbaycan dövləti rəsmiyət tapdı. bir il sürən bu bağımsız dövlət , ulusçuluğun büyülü gücündən yararlanaraq bu ölkəyi bütün yönlərdən gəlişməyə doğru uğratdı. anadildə oxullar açılaraq türkcə dövlətin rəsmi dili oldu. öyrəncilər bütün sınıflarda türkcə dilində yazıb oxumağa başladılar. təbriz biliyurdu açılıb neçə ayrı kültürəl dərnklər quruldu. xıyavanlar asfalt edilərək şəhərlərin simasi bütünlüklə dəyişildi. iranda birinci dəfə olaraq ərzi islahat gərçəklşdirilərək işçilər öz haqlarına çatdılar. qadınların toplumdakı yerlərinə daha artıq önəm verilərək birinci kez olaraq doğu dünyasında qadınlara oy qollanmaq haqqı verildi. ancaq təsüflə yenə güney Azərbaycanın gəlişməsin tehran hakimiyəti təhəmül etməyərək çeşitli yönlərdən daş atmağa başladı. örnək olaraq , ekonomikal gəlişmə sahə sində firq nin bu proqramlarına rastlaşırıq:
 " - maliyat qanunlarını nəzərdən keçirmək və maliyə idarəsinin dəxl və xərcini təftiş etdikdən sonra , çox tez bir surətdə milli büdcə layihəsini milli məclisə təqdim etmək. ümümiyətlə malı siyasətin gəlir və məxaric əsasını məmləkətin tərəqi və təkamoli üzərində qərarlaşdırmaq.
 - ticarət və iqtisad sahəsində milli hükümətimiz birinci nobədə milli sənayemizə əhəmiyyət verib mocud karxanaları düzgün yoluna qoyacaq ikinci nobədə yeni karxanalar açmaqla , məmləkətin sənayeinə olan ihtiyacatını təmin edəcəkdir. Ticarət sahəsində dövlətimiz Azərbaycan ticarət mərkəzi ola bilməsi üçün tədbirlər görəcək və yollar arayacaqdır.
 - yolların təmir və ihdası , post və tilgiraf və tilfon kimi irtibat vəsayetinin genişləndirib , müasir hala salınması hükümətimizn əsas vəzifələrindəndir.
 - işsızlıklə ciddi mübarizə etmək üçün ciddi tədbirlər görmək , əl sənayei , yol işləri , karxnalar təsisi , fəlahət və ticarətin artması vəsilə ərindən ciddi sürətə istifadə etməyi lazım görür.
 - xüsüsi malikkyət haqqında Azərbaycan milli hüküməti məmləkətin bütün sahə ləri üçün xüsüsi malikiyəti qəbül edib , məmləkətin və xalqın iqtsadiyatının tərəqisinə və xalqın rifahe halına səbəb olan hər cür xüsüsi iqdamata kömək edə cəkdir. " [13]
 bu kez tehranda əyləşən siyastçilər öz aralarında olan dərin idolojik ayrımlara baxmayaraq güney Azərbaycanı tapdalamaqda oy bir oldular. demokrasini yanlız fars millətinə istəyən bu siyastçilər Azərbaycanın silah gücü ilə yenidən işğal olunmasın istədilər. güney Azərbaycan bu durumuda silahlanıb özündən müdafiə etməyi danılmaz haq bilirdi. ancaq bütün dünyanı öz diqqəti altına çəkn güney Azərbaycan soyuq savaşın başlanğıcına qurban getdi. Azərbaycan demokrat firqəsi iş üstündə olduğu zaman yenicə dünyalıq savaş bitib soyuq savaş başlanmaq ərəfəsində idi. seyyid cəfər pişevərinin sovet siyastçilər ilə yaxşı münasibətlərindən qorxan amrika , sovetə ciddi bir oltimatomda bulundu. demək soyuq savaş elə güney Azərbaycandan başlandı. bu oltimatom sonucu sovet dövləti pişevəriyə yarımçılıq dəstəyindən vaz keçərək güney Azərbaycan fars şovnizmi önündə yanlız qaldı. fars ordusu güney Azərbaycanı fəth etmək adı ilə yola düşüb 21 azər 1325 - inci ildə vəhşicə sinə bir daha bu topraqları fars sömürüsü altına çəkdi. fars ordusu Azərbaycana gəldiyində bu ölkənin on yeddi mindən çox insanını qətlam etdi. firqənin başçıları ard arda tutuqlanaraq edam dirəkələrinə tapşırırdılar. Azərbaycanın igid oğlu firiydün ibrahiminin igidcəsinə edam səhnəsi heç bir zaman unutulan dəyil. güney Azərbaycan yenə qanlı çəkmələr aracıllığı ilə tehran yönətimi altına keçdi. seyyid cəfər pişevəri quzey Azərbaycana sarı yönləndi. ancaq orada bir pılanlanmış otomobil qəzası sonucu dünyasını dəyişdi.
21 azər hərəkatı güney Azərbaycan siyasal tarixində bağımsızlığa can atan ilkin devinimlərdən sayılır. bu hərəkatin təməl daşını kültürəl istəklər oluşduraraq tam anlamı ilə kütlə içrə ulusal ruhu diriltmək istəyirdi. ən az güney Azərbaycanın bu dönəmdə bir illik bağımsızlığı güney Azərbaycan siyasal tarixini dövlətçilik təcrübəsinə yiyələndiridi. demək olar Azərbaycanın dahi övladı seyyid cəfər pişevəri öz siyasi nübüği ilə bu hərəkəti gərçkləşdirdi. seyyid cəfər pişevəri iranın siyasal düzənini yaxşıca analız edərək vətən sevərlik namına yola çıxarkən bu dövləti yaratdı. bir sıra düşman görüşlü deyişlər bu hərəkatı sovet hükümtinə bağlamaq istəyir. halbuki dünyalıq güclərin yaratdığı imkanlardan faydlanaraq dünyalıq güclərə söykənmək hər bir siyasal hərəkətin zatında var. bir ulusun siyasal seçginləri necə dünyalıq güclərdən faydalan bilərlər ? sorusu bütün devinimlər içrə tartışılan bir sorudur. o günkü durumda isə sol idolojisi sömürgəçilikdən yaxa qurtarmağı təşviq edirdi. güney Azərbaycana tay bir çox sömürü altda yaşayan ölkə sol idolojisinin yaratdığı bu özəl siyasal ətməsferdən faydalanaraq öz siyasal haqlarını qorumağa çalışdılar. dünyalıq güclərlə alverə keçmək heç bir zaman onların ətəyinə düşmək anlamına gəlməz.
 21 azər hərəkatı tam anlamı ilə ulusçu bir devinim idi. bunun tanığı sətir bə sətir pişevərinin Azərbaycan qəzetəsində yazdığı yazılar , Azərbaycan demokrat firqəsinin məramnaməsi , milli hükümətin yapdığı işlər və dil və kültürə verildiyi önəmdir. necə ki pişevəri milli məclisin açılışında bu sözləri söylməkdə bulunur:
 " milli məclisin təşkili münasibəti ilə: […] millətimiz çox uzun müdətdən bəri öz milliyətini his edir. aşkar və qeyr aşkar , zəman və məkana görə özünün azadlıq və müxtariyəti yolunda mübarizə aparmışdır. lakın bunların hamısı bu üç ay müdətində aparılan mübarizəyə qətən bərabr tutula bilməz. indi Azərbaycanlı aydın bir sürətdə aparılan seçgilər və onlarda müzakirə edilən məselələr vasitəsi ilə həqiqi bir xalq və tam mənası ilə mədəni və həsas bir millət səviyəsinə yetişmişdir. min illərlə tarixə malık olan iran dövlətinin arxasında bugün on min nəfər tapmaq olmaz. cavan dövlətimiz isə başını ucaldıb iftixar ilə deyə bilər ki bu gün onun arxasında mılyonlar kişi və qadınlar qan töküb , ölüb öldürməyə fəxərlə hazırdılar. bu iş millətin qəlbindən çıxmışsada , firqəmizin , onu təşkil etməkdə böyük xidməti olmuşdur. […] biz gərək özümüzü millətimizə və bütün dünya millətlərinə tanıdıb ölkəmizi idarə etməyə layıq olduğumuzu sübüt edək. bunuda milli məclisimizdən gözləyirik. " [14]
 21 azər hərəkatı fars ordusu sarından qanlıca basdırıldı. ancaq bu ulusun bağımsızlıq uğrunda dirənişi tarixin səhifələrinə heç bir zaman unutulan dəyil. 21 azər hərəkatını bir cümlədə özətləşdirsək seyyid cəfər pişevərinin bu sözü ilə ifadə etmək olar:
 " Azərbaycan tehran ilə bir yerdə əsir hindistan olmaqdansa , özü üçün azad irlənd olmağı tərcih verir. "

hezbe xəlqe müsəlman və şəriətmədari hərəkatı
 güney Azərbaycanın fars santralizminə qarşı ən önəmli ayaqlanmalarından biri hezbe xəlqe müsəlman və ayətüllah seyyid kazım şəriətmədarinin hərəkətidir. ayətüllah şəriətmədari dünya şiələrinin mərcə təqlidi olaraq iran islami devriminin boya başa çatmasında önəmli rolu olmuşdur. bu aydın ayətüllah , qum şəhərində olmağına baxmayaraq Azərbaycanlı olduğundan dolayı , Azərbaycan türkləri içrə böyük etgisi var idi. təbriz və Azərbaycanın bir çox nüfüsü bu ayətüllahdan təqlid edərək şəriət yolunda xərcləmək istədikləri paraları ayətüllah şəriətmədarinin beytinə göndərirdilər. ayətüllah şəriətmədarinin iran islam devrimində danılmaz yeri var , ancaq öz ulusuna söykənərək santiralizmə qarşı çıxıb vilayət fəqih ilkəsini qəbül etməmədiyi üzündən , xümeyni yandaşları sarından şiddətlə təhqir edildi. şəriətmədari hərəkatını yanlız bağımsızlıq uğrunda yaranan devinim kimi bilməsək də bu devinimin özəl özələliyi bölgəsəl olmaq idi. şəriətmədari ayaqlanmasında bütün şüarlar türkcə olub və Azərbaycan iranın mehvəri kimi bəlirtilirdi. iran islamı devrimindən öncə ayətüllah xümeyni , şəriətmədarinin sonsuz yardımından faydalanmasına baxmayaraq , devrim təsbit olandan sonra şəriətmədarinin reformist düşüncələrinə qarşı gəldi. bu üzdən şəriətmədari yandaşları və xümeyni yandaşları arasında böyük bir çatışma başladı. şəriətmədari reformist və özgürlük sevən bir ayətüllah olaraq iranı poloral bir səviyədə yönətilməsi tərəfdarı idi. Digər yandan diktaturluqla dolu vılayət fəqih ilkəsini , islamda heç bir kökü olmayan quram kimi söyləyirdi. bu ixtilaflar sonucunda , təbriz şəriətmədari yandaşları sarından fəth edildi. ancaq fars mərkəziyətçi qüvələr buna dözə bilməyib rəsmi sürətdə xümeyninin əmri ilə təbrizi bombardman etmək təhdidində bulundular. xümeyniyə mənsüb qüvələr bu təhdiddən sonra təbrizə sarı yönəlib qanlı səviyədə təbrizi yatırtmağa çalışdılar. o günlərə şahıd olan bir sıra fəalların deyişinə görə ən qanlı çatışmalar , radio - telviziyon binası önündə , mənsur meydanı , daş mağazalar da üz verərək xümeyni yandaşları ağır yaraqlar özələliklə ar-pi-ci dən də faydalanırdılar. ayətüllah şəriətmədari bu durumu görərək Azərbaycanda bir soyqırım üz verməsin deyə öz yandaşlarını barışa çağırıd. bu çağırış sonucu təbriz xümeyni yandaşları əlinə düşdü. şəriətmədarinin bir çox yandaşları və hezbe xəlq müsəlman üyələri tutuqlanaraq uzun müddət həbslərə məhəküm oldular ; bir çoxuda isə edam dirəkələrinə tapşırıldılar.
 düktür yalçın sarı kaya , şəriətmədari ayaqlanmasına , iranda milliyətçilik və bölgəyə yansımaları kitabında belə yaxınlaşır:
" devrimin gərçkləşməsində etgili olan mərc təqlid din adamlarının sayısı çox dəyildir. hətta sadəcə üç ism verildiyində bunların birinin xümeyni birinin talqanı birinin də şəriətmədari olduğu görülməkdədir. şəriətmədari ılımlı bir anayasaçı olaraq tanımlanan 1905 təbriz doğumlu şiə türk din adamıdır. 19 yaşında quma gedərək orada şeyx əbdülkərim haeri yəzdinin yenidən canlandırdığı qum hozəsinə qatılmışdır. xümeyni ilə sınıf arxadaşı sayılır. qumda müctəhid olmuş və nəcəfə dönmüş və burada daha yüksək təhsilə dəvam etmişdir. pişevərinin girişiminin də gərçəkləşdiyi illərdə 15 il Azərbaycanda dərs vermişdir. ayətüllah bürücerdi tərəfindən quma çağrılmış ancaq Azərbaycanla bağlarını qoparmamışdır. 1962 - 1963 illərində gərçkləşən şaha qarşıtı üsyanda önəmli rol oynadığı söylənir: hətta bu dönəmdə xümeyninin həyatının qurtardığı əda edilir. şəriətmədarinin şaha qarşıtı kütləsəl göstril ri dəstklədiyini və 1906 - 1907 anayasanın kəsin biçimdə uyğulanmasını tələb etdiyini ancaq bu tələbin onun xümeyni ilə fərqliliğini ortaya quymaqda olub məcthidlərin gücə ortaq olduğu anayasalı bir münarşiyə razi göstrdiyini isbat etdiyini bəlirtir. iran islam cümhüriyətinin quruluş aşamasında türklər etgin rol oynamışlardır. 1978 ili 7 ocaq tarixində qumda meydana gələn və 20 mədrsə öyrəncisinin öldürülməsinə yol açan olaylar , devrim sürəcinin ilk kütləsəl olaylarının səbəbi qəbül edilir. bu olaydan sonrakı ikinci olay təbrizdə gərçəklşmiş qumda ölənlərin qırxıncı günü anılırkən 1978 şubatının 18 - 19 - unda təbrizdə meydana gələn ayaqlanma bir anda təbrizin kontrolunun şahın əlındən çıxmasına nədən olmuşdur. təbrizdə öncə üniversitədə göstərilər yoğunlaşmış sonra əsnaf , nisan ayında öyrəncilərə dəstk vermişdir. öncəki olayların qırxıncı günündə yapılan göstrilərdə bir öyrənci daha öldürülüncə göstrilən boyutu biraz daha böyümüşdür. olaylar , urmiyə , zəncan və həmədan kimi Azərbaycan şəhərlərinə yayılmışdır. 10aralıqda təbrizdə devrim sürəcində ki ən böyük göstrilərdən biri olan 700000 kişi in qatıldığı yürüş gərçklşmişdir. Azərbaycandakı olaylar 16 ocaqda şaə öۀkə yi tərk edə nə qədər dəvam etmişdir. şahın ölkəyi tərk etməsindən 1 gün sonra Azərbaycan türkcəsində uduz qəzetəsi yayınlanmaya başlanmışdır. qəzetə etnik haqlardan bəhs etmiş və türkcə qullanımın azad olması tələbini yazmışdır.
1979 sonrasında milli kültür alanında önəmli bir addım atılmışdır. bu " varlıq " dərgisidir. qəlb cərrah türküloq düktür cəvad heyət və həmid nütqi editorlüyündə yayın həyatına başlayan varlıq adıyla həm türkcəyi həm də türklüyün varlığını vurğulamaqdaydı. ərəb əlifbası ilə Azərbaycan türkcəsi və farsca olaraq yaynlanmaya başlayan varlıqda türkiyə və süvet Azərbaycanından yazı və şerlərədə yer verilmişdir. varlığı sol eyilimli yoldaş təqib etmiş bunları daha düzənsiz çıxan türkcə yayınlar olaraq mullanəsrəldin , dədə qorqud , koroğlu , çənlibel və Azərbaycansəsi izləmişdir.
 1979 aralıq ayında təbriz üsyanı bəhanə edilərək parti qapatılmış şəriətmədari ev həbsində gözətim altında qaldıqdan bir sürə sonra vəfat etmişdir. şəriətmədari yeni rəjimdə din adamlarının yönətimə qatılamlarını eleşdirmişdir. iran milliyətçiliyi perspektivindən yapdığı yuruda həmid əhmədi , şəriətmədarinin Azərbaycan türklərindən dəstk görmədiyini ima etməkdə , " azərilərin " şəriətmədari ev həbsində ikəndə hərhansı bir göstəri yapmadıqlarını əda etməkdədir. bu kültürəl boyutun eşiyində Azərbaycanda hərəkətli bir siyasi fəaliyətdə sürmüşdür. xümeynisətlərin islam cümhüriyəti partisini qurmalarının həmən ardından şəriətmədari tərəfdarlarıda Azərbaycanda müsəlman xalqın cəmhüriyətçi partisini qurmuşlardır. müsəlman xalqın cümhüriyətçi partisi nehzət azadi ilə birlikdə bütün irandakı ən önəmli siyasal mərkz qonumuna gələcəkdir. bu halda islam cümhüriyəti partisi , cibheye milli , tudə , nehzət azadi və hezbe xəlq müsəlman eşiyində ciddi bir siyası örgütlənmə olmayıb , hezbe xəlq müsəlman bunların içində doğrudan bölgəsəlliyə və Azərbaycana vurğu yapan tək hərəkətdir. 1979 şubatında qurulan və hezbe xəlqe müsəlman olaraq anılacaq parti çox şəhərdə təşkılatlanmışdır. yayın organı farsca yayın yapan xəlq müsəlman qəzetəsidir. parti də tehranın Azərbaycanlı əsnafı da etgili biçimdə yer almışdır. tehranda uzmanlar məclisi toplandığı zaman , hezbe xəlq müsəlmanın Azərbaycan qolu iyalətlər məclisinin qurulması fikrini dəstkləmişdir. ötə yandan bu dönəmdə qürülmüş olan ənücmən Azərbaycan da təhranla konfedral ilişgi qurulmasını tələb edəcək qədər iləriyə gedir və yönətsəl yarqısal , ekonomik və hətta güvənlik işlərinin doğrudan Azərbaycan əlində olmasını istəyirdi. sadəcə hezbe xəlq müsəlman tərəfdarları dəyil şəriətmədaridə belzat müxtariyət istədiyini bəyan etmişdir. bu dönəmin tipik özələliyi xümeyninin önəmli hər qonudakı qərarında , qarşısında şəriətmədariyi və onun arxasında da Azərbaycanlıları gördüyü dönəmdir. anayasa məseləsi zədələşməyi duruğa çıxarmışdır.
 şəriətmədarinində etgisi ilə Azərbaycan türklərinin çoxu 2 aralıq anayasa refrandomunu baykot etmişlərdir. ancaq mərkəzin kontrolundakı təbriz radiosu şəriətmədarinin anayasının olumlu oylanması üçün fətva çıxardığı xəbərini yaymışdır. bunun üzərinə refrandom günü təbrizdə böyük bir protesto göstərisi yapılacaqdır. bu arada 5 aralıqda şəriətmədarinin evinə bir saldırı düzənləndi və hezbe xəlq müsəlman tərəfdarları bu olayla daha da öfkləndilər. bu saldırı yi rəsmi yetgililər əfğanıstanlılara atmaya çalışsada hərkəs arxasında xümeyniyi görmkdə idi. 6 aralıqda bir başqa protesto yapıldı. bu göstridən sonra göstricilər radionun və sivil havaalanının kontrolunu ələ keçirdilər. hətta bu dönəmdə hava qüvətləri mənsublarının da şəriətmədari yanlısı göstrilərə qatıldığı bəlirtilir. olaylar təbrizlə sınırlı dəyildi , ərdbildə hezbe xəlq müsəlman tərəfdarları tam hükümət təsislərini kontrol altına aldılar. hətta cəza evində ki tutuqlular azad buraxılıb yerinə devrim muhafizlərini həbs etdilər. hezbe xəlq müsəlman mərkəzin varlığına yönəlik silahlı və milli bir Azərbaycan hərəkəti halına gəlmişdi. olaylar üzərinə , xümeyni bir tərəfdən şəriətmədarinin evinə bir uzlaşma ziyarəti gərçəkləşdirdi digər tərəfdəndə əgər üsyançılar təbrizi buraxmazsa bombalarız təhdidində bulundu. şəriətmədari yeni yaşanan qanlı kürd olaylarının bir bənzərinin olmaması üçün uzlaşma yolunu tərcih etdi. şəriətmədarinin istəyi ilə Azərbaycandakı hezbe xəlq müsəlman kontrolu bir anda sona ərdırıldı. ancaq hezbe xəlq müsəlmanlılar qısa sürə sonra bunun bir xümeyni oyunu olduğunu anlayıb təbrizdəki xəbrləşmə küləsinin kontrolunu təkrar ələ keçirdilər 5 həftə hezbe xəlq müsəlmanlıların əlində qaldı. bu arada şəriətmədari tərəfdarları 700 min kişilik bir göstəri daha yapıldı. devrim muhafizləri ilə hezbe xəlq müsəlmanlılar arasında çatışmalar çıxdı və xümeyni Azərbaycan eşiyindən bölgəyə birliklər soq etmək zorunda qaldı , 12 ocaq da 11 hezbe xəlq müsəlman lideri edam edildi. bundan sonra şəriətmədari siyasətdən qeyrerəsmi olaraq sınırlanmış və ölənə qədər xümeyni tərəfindən ev həbsinə tütülmüşdür. makey , şəriətmədarinin Azərbaycanlıların lideri olaraq xümeyni üçün mücahedin xələqdən daha böyük bir təhlükə olduğunu , qütbzadə kimi cəzalandırlmayacağı üçün xümeyninin yönləndirməsi ilə radikal din adamları tərəfindən ixrac edildiyi yorumunu yapar. " [15]

qaynaqlar:


خيياباني،پيشئوري و شرعيتمداري آياقلانمالارينا اؤتري باخيش-اومود ياشام

اؤزت
گونئي آذربايجان توپلومو سؤمورو آلتدا ياشاماقدادير. سئکسن ايلدن چوخ ايران اؤلکه‌سينه حاکيم اولان پانفارسيزم ايدولوژيسي بوتون اولوسال کيمليکلري تاپدالاياراق فارس اوستونلوگونون قوروقچوسو اولوبدور. بو آرادا ايرانين ياريدان چوخ نوفوسونو اولوشدوران گونئي آذربايجان تورکلر ايله ايران تورکلري بو چيرکين سيياسته قوربان گئدن ايلک توپلوملارديلار. دائما بو اؤلکه‌ده شاهليق قوراراق سيياسال گوجده اولان تورکلر بوگون فله‌کي ن ترس باخيشي ايله سؤمورو آلتدا ياشاماقداديرلار. فارس سؤمورگه چيليگي گوجه چاتاندان بري بيران بئله گؤز قيرپمادان گونئي آذربايجان تورکلريني عاصيميله ائتمک چاباسيندا بولونوبدور. ايستر کولتورل آلاندا اولسون ايسترسه ده ائکونوميکال آلاندا،گونئي آذربايجان تورکلري بير چوخ سيتم اره معروض قاليبلار. آنجاق اسکي بير تاريخه ماليک اولان بو تورکلر سيياسال دورومون اويغون اولدوغو زامان پانفارسيزمه قارشي باش قالديراراق اؤز اولوسال کيمليکلريني قوروماغا چاليشيبلار. بو يازيدا گونئي آذربايجان ميللي حرکتي آدي آلتيندا تانيملانان خياباني،پيشئوري و شرعيتمداري باش قالديرمالارينا تاريخسل بير باخيشيميز اولاجاقدير.

اؤن سؤز
ايران نئچه ميللييتلي بير اؤلکه‌دير. تاريخ بويو تورک اولوسو بو توپراقلاردا ياشاييب اويقارليقلار ياراديبدير. آنجاق سون يوز ايلده فارس شوونيزمي ايش اوستونه گله‌رک ايرانين نئچه اولوسلولوغونو داناراق،بير ميلت،بير ديل و بير کولتور ياراتماق چاباسيندا بولونوبدور. ايرانين سيياسال تاريخينه باخديغيميزدا دائما سيياسال گوجون تورکلرين الينده اولماسي دانيلماز گرچکليکدير. فقط،بو حاکيم تورکلرين سيياسال گلنه يينده هئچ بير زامان تورکچولوک سؤيله‌مي اوستونلوک قازانا بيلمه‌ييبدير. بو اوزدن يئنيجيل دونيايا آياق باسديغيميزدا فارس ميللييتچيليگي بوتون سيياسال گوجو قاپساياراق تورک اولوسو يئنيجيللشمه‌دن ايراق قاليبدير. اينسانجيل توپلومدا يئنيجيللشمه‌نين اؤنملي ائتگيسي اولوسلاشمادير. بو سورجده بير کولتوره باغليليق حيس اي دويان اينسانلار اولوس قاورامي آلتدا بيرلش رک يئني دونيايا اويغون اويقارليقلار ياراديبلار. تسوفله گونئي آذربايجان اولوسو هله بو ائوره‌ني کئچه بيلميه‌رک بير چوخ آلاندا بشري گليشمه‌لردن گئريده قاليبدير. بو گئريلييه باخماياراق بيرسيرا آيدين دوشونورلر سيياسال تاريخيميزي اولوسلاشما چاباسيندان بوش بوراخماييبلار. گونئي آذربايجان سيياسال تاريخي بير تهر اولوسلاشما ائوريمي ايچره ايره‌لي گله‌رک بو گونوموزه چاتيبدير. ايستر شئيخ محمد خياباني حرکاتيندا اولسون ايسترسه پيشئوري حرکاتي ايسترسه ده شرعيتمداري آياقلانماسيندا بو اولوس،اولوسال حاقلاريني قوروماق چاباسيندا بولونوبدور. بو آياقلانمالار سيياسال تاريخيميزده گونئي آذربايجانين مرکزييتچيلييه قارشي اؤنملي باش قالديرمالاريدير. بو سيياسال آياقلانمالارا داياناراق بو گون گونئي آذربايجان ميللي حرکتي آدي ايله تانيملانان قاورام،اؤزگو سيياسال گلنه‌يه صاحيب چيخا بيلير. بوگونکو گونئي آذربايجان ميللي حرکتي تام اولوسچو بير دئوينيم اولسا بئله سيياسال گلنگي بو آياقلانمالارا قاييدير. اصلينده بوگونکو گونئي آذربايجان ميللي حرکتي بو آياقلانمالارين ائوريميدير. آنجاق بوگون دونياليق دوروما اويغون اولاراق ايدولوژيک باخيشلاردان اوزاق گزيب تام اولوسچو حرکتي کيمي اورتادا اولماغا چاليشير. بو يازيدا شئيخ محمد خياباني،پيشئوري و شرعيتمداري حرکاتي اينجلنه‌جکدير.

قورامسال چرچيوه
يوخاريدا سؤيله‌ديگيميز کيمي گونئي آذربايجان ميللي حرکتينين آنا ايدولوژيسي اولوسچولوقدور. اولوسچولوق نه دير؟نه زاماندان بري اينسان ياشاميندا ائتگيسي اولوبدور؟اؤزله‌ليکلري نه دير؟دؤولت ايله نئجه ايليشگيسي واردير؟و بو کيمي سورولارين يانيتي اولوسچولوق قوراملاريني اولوشدورماقدادير. آنجاق اولوسچولوق بير سيرا قوراملار توپلوسو اولاراق سون اون ايلليکلرين اورونودور. بو قاورام اؤنجه ار اينسانجيل ياشامدا اوينام اويناسادا آکادئميک بيچيمده سون زامانلار دا سؤز قونوسو اولوبدور. اولوسچولوق بير وارليق اولاراق مودئرنيزمين گليشيمي ايله ديرلنديريلمه‌ليدير. 17 - اينجي يوز ايلليکدن بري آوروپا اؤنده اولاراق اولوسچولوق دونيايا يئني دوزن وئريبدير. اولوسچولوغون تمل آنلاييشي اولوس قاورامينا قاييدير. اولوسچولوق قوراملارينين موتماييز اولدوغو يئر اولوسون نئجه تانيملانماسيندان آسيليدير. بيرسيرا دوشونورلر اولوسو ابدي بير وارليق اولاراق ديرلنديريريلر،بيرسيرا ايسه مودئرنيزمين اورونو ساييرلار بيرسيرا دا بو ايکي تعريفدن اورتاق بير تعريف چيخارتاراق يئني تعريف اورتايا قويورلار. آنجاق بوتؤولوکده اولوسچولوق قوراملاري،ايلکيچيلير،مودئرنيستلر و ائتنو سمبوليستلره بؤلونمکده‌دير.

ايلکيچيلر
ايلکيچيلر،اولوسچولوغو بشرين زاتي بير اؤزلله‌ليگي اولاراق تانيملاييب اولوسون تاريخ بويو بشر ياشاميندا وار اولماسي دوشونجه‌سينده‌ديرلر. بو باخيشا گؤره تاريخ اولوسلارين ساواشيندان باشقا بير شئي دييل. ايستر اسکي چاغدا اولسون ايستر اورتاچاغدا ايسترسه ده يئني چاغدا،اولوس قاورامي اينسانلار اوچون اؤنملي اولوب ايينسانلار اولوس اوغروندا جان وئرمه‌يه بئله حاضير اولوبلار. بو ياخلاشيم،اولوسچولوق تاريخين،بشر تاريخينين گليشيمي ايله ائش توتاراق ديل و کولتورو اولوسون تمل قاوراملاري کيمي ديرلنديرير. بو باخيشا ياخين اولان دورموش هوجا اوغلونا گؤر:
" ميللييتچيليک ان قديم زامانلاردان گونوموزه قدر بو شکيلده بير آدي يوخ ايکن ده هئپ وار ايدي،هئپ ده وار اولاجاق دير،ياخشي و يا کؤتو،پوزئتيو و يا نئگاتيو،ييرتيجي و يا مونيس،ساواشجي و يا باريشجي بوتون شکيللريله. تيبيقي دين کيمي. چونکو او اينسان اولماقيغيميزين لازيم و ضروري بير سبب اولدوغو کيمي نتيجه سيدير. " [1]
و يا اومود اؤزکريملي ميللييتچيليک قوراملاري؛ائليشتيرل بير باخيشي کيتابيندا ايلکيچيلر حاقدا بئله دوشونور:
" بو تئريم ميلتلري کئچميشدن بو گونه دک سوره گلن ازه‌لي و ابدي بير اولوشوم اولاراق گؤرن ياخلاشيمي آنلانديرماق اوچون قوللانيلماقدادير... ايلکيچيلر ايسه ائتنيک توپلولوقلارين و اولوسلارين تاريخين دوغال بيريملري و اينسان دئنگيسينين بوتونلشديريجي اونسورلار اولدوغونو وورغولارلار. " [2]

مودئرنيستلر
ايکنيجي ياخلاشيم مودئرنيستلرين باخيشي دير. بو باخيشا گؤره اولوسچولوق يئنيجيلليگين اورونودور و مودئرنيزم اورتايا گليب گليشه‌رک،اولوسچولوقدا پارالئل بير سوييه ده گليشيبدير. بو ياخلاشيما گؤره مودئرنيزمدن اؤنجه اولوسچولوق قاوراميندان دانيشماق اولماز،هرنه وارسا تئخنيکال دئوريمدن بري اورتايا گليبدير. بو ديرلنديرمه‌ده اولوسچولوق،مودئرنيزمين سيياسال آلاندا يانسيماسيدير. يني مودئرنيزم اوسسال ديرلره اوستونلوک وئره‌رک ائکونوميکال بويوتدا،تئخنيکال دئوريم،کولتورل آلاندا،آيدينلانما و سيياسال چاپدا اولوسچولوق ايله اؤزونو گؤسترمکده‌دير.
ائريک هابئزباوما گؤر:
" ميللييتچيليک مودئرن بير اولقودور. ميلتلرين ايلک ايشارتلري 17 يوز ايلين سونلاريندا گؤرولموشسه‌ده ايدووژيک بيچيمده بليرلي بير ميلت و يا ائتنيک توپلولوغو سئومک اولاراق تانيملانا بيله‌جک ميللييتچيليکدن ايلک دفعه18 يوز ايلده بهس ائديلميشدير. " [3]
بو ياخلاشيم چرچيوه‌سينده اؤنملي چاليشمالاردان بيري بئنديکت اندئرسونون خييالي جماتلر تئوريسيدير. بو تئورييه گؤر:
" ميللييتچيليک؛ليبئراليزم،فاشيزم کيمي اولقولارلا دييلده قوهوملوق،دين کيمي اولقولارلا بير آرادا دوشونولورسه هر شئي داها راحات اولور. او حالدا آنتروپولوژيک بير روحلا اولوس حاقيندا بو تانيمي اؤنريرم: ميلت،خييال ائديلميش بير سيياسال توپلولوقدور،اؤزونه عئيني زاماندا هم هئموژئنليک همده سينيرليليق ايچکين اولاجاق شکيلده خييال ائديلميش جماتدير. " [4]
اومود اؤزکريملي يه گؤر: " مودئرنيست ياخلاشيم،ميللييتچيليگين 1789 فرانسه دئوريمي و اينگليزده 1838ده ياشانان صنايع دئوريمينين بير اورونو اولاراق اورتايا چيخيبدير. بو باخيش آچيسينا گؤره؛ميلت و ميللييتچيليک،کاپيتاليزم،صنايعلشمه،اولوس - دؤولتلرين قورولماسي،شهرلشمه و لايکلشمه کيمي اولايلار ايله بيرليکده و يا بو اولايلارين بير سونوجو اولاراق اورتايا چيخار. " [5]

ائتنو - سمبوليستلر
اوچونجو ياخلاشيم ائتنو - سمبوليستلرين باخيشيدير. بو باخيش ايلکيچيلر ايله مودئرنيستلر آراسيندا بير اورتاق يول بولماغا چاليشبدير. بو باخشيدا آدينداندا بللي اولدوغو کيمي سيمگه‌لر بيرينجي سؤزو دانيشماقدادير. بو ياخلاشيم ايلکچيلير ايله مودئرنيست لرين يوروملاريندان يارارلاناراق اؤزل بير تئوري اورتايا قويوبدر. بو ياخلاشيمين آدي آدليم سوسيولوق آنتون. د ائسميت ايله باغليدير. بو دوشونورون بوتون يازيلاري بير تهر ميللييتچيليک قوراملاريله ايليشگيده‌دير. آنتوني دي ائسميت دوشونجه‌سينده،تاريخسل باغلامدا ايلک ميلتلر مودئرنيسمدن قاباق ائتنيکسل چکيردکلر حاليندا ايديلر. باشقا بير ايفاده ايله دئسک هر اولوسون تمه‌لينده ائتنيک بير باغ بولونماقدادير. آنتوني دي ائسميت اولوس قاوراميني بئله تانيملايير:
" تاريخي بير توپراق،اورتاق ميتلر و تاريخي بللک،اورتاق بير کوتلسل کامو کولتورو،توپلولوغون بوتون فردلري اوچون کئچرلي اورتاق ياساسال هاق و گؤرولر؛توپلولوق فردلرينين اؤلکه اوزرينه آزاد حرکت ايمکانينا صاحيب اولدوقلاري و اورتاق بير ائکونومي اولوس اورونلرين تشکيل ائتمکده‌دير. " [6]
اولوسچولوق سؤيلمينه گلديگينده آنتوني دي ائسميت اولوسچولوق ايله آيري ايدولوژيلرين آيريميني بئله يوروملايير:
" - دونيا هر بيري اؤز بيرئييلليغي،تاريخي و سرنيويشتي بير اولان ميلتلره بؤلونموشدور.
- ميلت بوتون سياسي و توپلومسال گوجون قايناغيدير و ميلته باغليليق هر شئيين اوستونده‌دير.
- اينسانلار اؤزگور اولماق اوچون بير ميلت ايله اؤزدشمه‌ليديرلر.
- ميلتلرين اؤزگور و گوونه‌ليک ايچينده بولونمالاري گره‌کي ر. " [7]
گونئي آذربايجان توپلومونا ائتنو - سمبوليست ياخلاشيمي ايله ياناشساق بو اولوسون تاريخ بويو وار اولدوغونا ايتيراف ائتمه‌ليگيک. آنجاق اولوسلاشما اوچون يانليز اولوسون وارليغي يئترلي دييل. اولوسلاشما سورجينده اولوس و اونونلا ايلگيده اولدوغو بوتون قاوراملار اؤزلليکله ديل ايله کولتور سيياساللاشماليدير. گونئي آذربايجان تاريخينه باخديغيميزدا يانليز ياخين دؤنمده ديلين سيياسال اورتاما گيره بيلمه‌سينه تانيق اولا بيلريک. ايران ايسلامي دئوريميندن اؤنجه اؤزلله‌ليکله 21 آذر حرکاتيندا ديلين اؤنه‌مي اؤن پلاندا توتولسايدي دا يئنه ايدولوژيک باخيشلار آلتيندا ايدي.
خولاسه صورتده دئسک؛تاريخ بويو گونئي آذربايجان اولوسو وار ايدي آنجاق سون اون ايلليکلرده اولوسلاشمايا دوغرو يؤنه‌ليرکن سيياسال اولوس اولماق چاباسيندا بولونوبدور. ائرنئست گئلنئرين تئوريسي ايله ياخينلاشساق،گونئي آذربايجان آدلي خييال ائديلميش جمعيت اولوسچو سئچگينلر ساريندان ياراتيلماقدادير.

شئيخ محمد خياباني آياقلانماسي
شئيخ محمد خياباني آياقلانماسي گونئي آذربايجانين اولوسلاشما ائوريمينده اؤنملي يئر قاپساماقدادير. بو دئموکرات موللانين حرکتي تکجه گونئي آذربايجان يوخ بل ايران چرچئوه‌سينده دئموکراسي ايستر دئوينيملرين پارلاق اؤرنگي دير.
شئيخ محمد خياباني،آزدايستان دؤولتي قورماقلا گونئي آذربايجان ايستيقلاليت موجاديله‌سينده بيرينجي حرکتلردن اولاراق تانيملانا بيلر. دئموکراسي و آزادليق ديرلرينه سايقي ايله ياناشان شئيخ محمد خياباني تبريزي بوتون آزادليق سئورلرين کعبهسي کيمي گؤروردو. ائله بو اوزدن تبريز اؤنده اولماقلا آزادليق اوغروندا آديم گؤتورن بو اولوسون ياراتديغي دؤولتي آزاديستان دؤولتي اولاراق آدلانديردي. اگر شئيخ يانليز ايران بوتؤولوگونو دوشونوردو ندن آيري بير دؤولت آدي ايله اورتادا اولماق ايسته‌ييب بو قدر مرکزييتچيلييه قارشي چيخيردي؟
شئيخ محمد خيابانينين موباريزه‌سي مشروطييت دئوريمينه قاييدير. شئيخ 27 ياشيندا اولارکن تبريز موهاسيره‌ده اولدوغو زامان ياراق چيينينده اييالتي انجومه‌نين اويه‌لريندن اولوب تبريزين قورتاريلماسيندا اؤنملي اوينامي اولموشدو. محمده‌لي شاه دئوريلديکدن سونرا هله 30 ياشي دولدورمايان شئيخ تورک اولوسو ساريندان ميلت وکيلي اولاراق مجليسه گؤندريلير. مجليسده روسييه‌نين آدليم اولتيماتومو قارشيسيندا،شئيخ بئله بير يانيتدا بولونورکن بوتون ميلت وکيللريني اؤزو ايله سس بير ائديب روس اولتيماتومو قارشيسيندا ديرنج گؤسترير:
" بير پارا سورغولار،يانيت ايستمير. بونلارين آچيق يانيتي اسکيدن وئريليبدير. اگر بير ميلتدن باغيمسيزليق و آزادليغين ايسته‌نيلمه‌سي سورولورسا؛کسين بو اولوس يوخ دئيه‌جک. بو اوزدن ياخشيدير روسلار اؤز اولتيماتوموملاريني گئري آلماقلا بوندان آرتيق ايرانليلاري اينجيتمه‌سينلر. " [8]
آنجاق شئيخ محمد خيابانينين اؤنملي رولو 1299 هيجري. ش آياقلانماسيندا ايدي. بو آياقلانمانين کؤکلري مشروطييت دئوريمينه قاييدارکن ايستيبدادا قارشي اؤنملي عوصيانلارداندير. شئيخ محمد خياباني مشروطييت دئوريمينين،دوغرو يولدان چاشماسيني گؤره‌رکن بو حرکاتا اؤندره‌ليک ائديب،دونن بير سنگرده آزادليق اوغروندا ساواشان دوستلارينين قانينين باتماسيني ايستميردي. 1290 - اينجي گونش ايلينده داشناک يئپرم خان ميللي مجليسه يوگوره‌رک ميلت وکيللريني ميللي مجليسدن ايخراج ائتدي. بو واقيه‌دن سونرا شئيخ محمد خياباني تبريزين سبزه مئيدانيندا اودلو بير نوتق ايراد ائده‌رکن آذربايجانليلاري ديرنمه‌يه چاغيردي. خياباني ياخشي بيليردي روسلارين الي ايله مجليسي باغلايان محمده‌لي شاهين ايشي بو دفعهائرمني يئپرئمين الي و ووسوقلدوله‌لرين امري ايله تيکرارلاندي.
بو واقيه دن سونرا يئنه تئهرانين شوم ايستيبدادي آذربايجان توپراقلارينا کؤلگه سالماغا باشلادي. اؤزلله‌ليکله اييالتي انجومنلرين ايشي يئنيدن ياساقلاندي. بو اوزدن 1920 - اينجي ايلده شئيخ محمد خياباني آذربايجان دئموکرات فيرقه‌سيني ياراتدي.
بو فيرقه نين اؤنملي آماجي ايسه بو ايکي مسئله سؤيله‌نيلميشدي:
" - خالق راحاتچيليغين تمين ائتمک
- مشروطييت قانونلارين ايجرايه قويماق "
مشروطييت قانونلاريني ايجرا ائتمک دئينه‌ده شئيخين آماجي ياساقلانان اييالتي و ويلايتي انجومنلر ياساسيني يئنيدن ايجرايه قويولماسي ايدي. شئيخ ائله بو ياسايا داياناراق تبريزده بؤلگسل بير دؤولت ياراتدي. خيابانينين ياراتديغي بو دؤولتين عؤمرو آلتي آي اولماسينا رغمن گونئي آذربايجان تاريخينده اؤزلله‌ليکله يئنيجيللشمه تاريخينده درين ائتگي بوراخدي.
دئديگيميز کيمي خياباني آياقلانماسينين اؤنملي آماجي اولوسون بيلينجينده دييشيکليکلر اوز وئره‌رک يئنيلشمه‌سي ايدي. بو اوزدن خياباني اؤزو دئيير کي:
" بيرينجي ترقي وسيلسي،تجدود و تزه‌ليک روحو اولماقدير و بير هوشلو و اويياق ميلت دايما تجدود و تزه‌ليگه ساري گئتمه‌ليدير. " [9]
ندنسه يانليز بير دئموکرات و يئنيجيل دؤولت ايله اوولوسو يئنيجيلليگيه ساري اوغراتماق اولار. تجدود روحو اؤزلله‌ليکله اوچونجو دونيا اؤلکه‌لرينده دؤولت ساريندان اولوسا سونولماليدير. آزاديستان دؤولتي ائله بو اوزدن ياراندي. شئيخ محمد خيابانينين گونئي آذربايجان چرچيوه‌سينده قوردوغو دؤولتين بيرينجي ايشلريندن چئشيتلي شهرلر اؤزلله‌ليکله تبريز شهرينده " جمعيت نشر ماريفين " تسيسي ايله اوشاقلار اوچون يئنيجيل اوخوللار آچماق ايدي. [10]
شئيخين دوشونجه‌سيني اولوس ايچره يايان اؤنملي آراج ايسه اؤنجه تجدود گونده‌ليگي سونرا آزاديستان قزئته‌سي ايدي. بو درگيلرين اساس ايشيني ايران يئني شعرين بينؤوره‌سين قويان تقي رفعت اوهدلنميشدي. آنجاق ان چوخ تجدود قزئته‌سي ايشيق اوزو گؤردو. بو قزئتين بيرينجي ساييسي هفته اوچو 16 جماديلساني 1335 هيجري. قمري ده چاپدان چيخيب و گويا 1338 هيجري. قمري ايلين زيهجه‌سينه قدر دوام ائتميشدي. [11]
بو قزئت شئيخين اؤزگورلوک،دئموکراسي و يئنيجيلليک هاقدا آلوولو سؤزلريني قاپساييردي. شئيخ محمد خياباني 1299 - اينجي گونش ايلينده گونئي آذربايجاني آلتي آي باغيمسيز ائده‌رک يئنيجيل قاوراملاري بو اولوس ايچره يئرلللشديرمک ايسته‌دي. خيابانينين قوردوغو آزاديستان دؤولتي گونئي آذربايجانين چاغداشلاشما چابالارينا سييياسال يؤن وئرن ايلکين گؤسترگه‌دير. خيابانينين آماجي گونئي آذربايجانلي بيرئيي يئني دونيا ديرلر ايله ائييته‌رک موتلولوغا قوووشدورماق ايدي. نه يازيق سؤمورگه‌چيليک بونا ايزين وئرمه‌ييب آلتي آي آذربايجانليلارين اؤزگورلوگونو ياراق گوجو ايله باسديراراق شئيخي شهيد ائتمکله بو اؤزگورلويه سون قويدو.
شئيخ محمد خيابانينين دوشونجه‌سي،بو اولوسون يئنيجيللشه‌رک آزادليغا قووشماسي ايدي. ائله بو يولدادا ديکتاتورلوق يانداشلاري ساريندان شهيد اولدو.

آذربايجان دئموکرات فيرقه‌سي و 21 آذر حرکاتي
گونئي آذربايجانين اولوسلاشما چاباسي ايچره اؤنملي آياقلانمالاردان بيري ده 21 آذر 1324 - اينجي گونش ايلينده آذربايجان دئموکرات فيرقه‌سي ساريندان قورولان دؤولتدير. بو دؤولتين باشيندا ايران تاريخينين آدليم سيياستچيسي،اون بير ايل ريزاخان زيندانلاريندا دوشونجه توتساقي اولان سئيييد جفر پيشئوري دايانيردي. بو آياقلانمانين آچيق و تمل ايستگي گونئي آذربايجانين مرکز سؤموروسوندن قورتولاراق اؤزگو بير يؤنتيمه يييلنمه‌سي ايدي. آذربايجان دئموکرات فيرقه سي نين بير ايلليک حاکيمييتي گونئي آذربايجان تاريخينده ان آچيق صورتده دؤولتچيليک تجوربه سيدير.
سئيييد جفر پيشئوري ايرانين او گونکو سيياسال دوروموندان فايدالاناراق تبريز ميلت وکيلي سئچيلير آنجاق بو اولو اؤندرين ايتيبارنامه‌سي يانليز آذربايجان سئوداسي اولدوغو اوزوندن تئهران مجليسينده رد اولونور. سئيييد جفر پيشئوري آذربايجان هاقلاريني تئهراندا قوروماقدان اوساناراق اؤز آنايوردونا موراجيعت ائديب 12 - شهريور 1324 - اينجي گونش ايلينده بير سيرا آيري دوشونورلرله آذربايجان دئموکرات فيرقه‌سينين تمل داشيني قويوب بير بيلديري واسيطه‌سي ايله مؤوجوديت ائلان ائدير.
آذربايجان دئموکرات فيرقه‌سينده بولونان اينسانلار اؤزلليکله فيرييدون ايبراهيمي تام آذربايجان محور دوشونوردولر. بو اوزدن اولوسلاشمانين تمل داشي ساييلان ديل قونوسونا سونسوز اؤنم وئريرديلر. بونون ان آچيق و کسگين تانيغي فيرقه‌نين 16 دئي 1324 ده تسويب ائتديرديگي ياسادير.
بو ياسايا گؤر:
" خالقيميزي دؤولت دستقاهينا ياخينلاشديرماق و عومومون ايهتيياجاتين ساده بير صورتده آنلاماق و همچنين ميللي ديل و ميللي مدنييتيميزين ترقي و تکامول يوللاريني تميزله‌مک اوچون،آذربايجان ميللي هوکومتي اؤزونون 16 دئي ( 1324 ) تاريخي جلسه‌سينده آشاغيداکي قرارلاري قبول ائتميشدير:
- بو گوندن اعتيبارن آذربايجان دا آذربايجان ديلي ( تورکجه ) رسمي دؤولت ديلي حساب اولونور. دؤولتين قرارلاري و رسمي ائلانلار،همچنين خالق قوشونلاري هيسه لرينه وئريلن فرمانلار و قانون لاييهه‌لري موطلقا آذربايجان ديلينده ( تورکجه ) يازيلماليدير.
- بوتون ايداره‌لر اؤز ايشلريني آذربايجان ديلينده ( تورکجه ) يازماغا مجبوردورلار. بو ديلده يازيلمايان دفتر و مداريک رسمي حساب اولونماياجاقدير.
- محکمه‌لرده ايشلرين جرياني تامامي ايله آذربايجان ديلينيده ( تورکجه ) آپاريلمالي و بو ديلي بيلمه‌يهنلر اوچون موترجيم تعيين اولونماليدير.
- آذربايجانين بوتون ايداره،موسسيسه و تيجارتخانالارينين تابلولاري موطلقا آذربايجان ديلينده ( تورکجه ) يازيلماليدير.
- رسمي ايجلاسلار و ييغينجاقلار،سوخنرانليقلار و موزاکيره‌لر آذربايجان ديلينده ( تورکجه ) اولماليدير.
- آذربايجانلي اولماييب باشقا ديل ايله دانيشانلار و عومومي دؤولتي ايداره‌لرده خيدمت ائدنلر آذربايجان ديلينده ( تورکجه ) يازيب اوخوماغي و دانيشماغي اؤيرنمه‌ليديرلر.
- ماريف ويزارتي،ايداره مأمورلاريني آذربايجان ديلي ( تورکجه ) ايله آشينا ائتمک مقصدي ايله آيري ديللردن ساوادي اولانلار اوچون ايداره‌لرين نزدينده بؤيوکلر اوچون مخصوص کيلاسلاردا حاضير اولانلارلين ايش موددتي بير ساعات آزالماليدير.
- آذربايجاندا ياشايان باشقا ميلتلر اؤز ايشلريني اؤز آنا ديللرينده آپارماغا هاقليديرلار. لاکين اونلار اؤز رسمي ائلانلاري و يازيلاريندا اؤز ميللي ديللري ايله برابر آذربايجان ديليني ( تورکجه ) رسمي دؤولتي ديل اولاراق ايشلتمه‌ليديرلر.
- آذربايجان دا ياشايان خيردا ميلتلره خوسوسي ميللي مکتبلرينده‌کيتعليم اؤز آنا ديللريندن اولدوغو حالدا آذربايجان ديلينين ( تورکجه ) تدريسي مجبوريدير.
- آذربايجان ميللي هوکومتي،ماريف وضعيرينين مکتب لرده درسلرين آذربايجان ديلينده ( تورکجه ) اولماسي حاقينداکي قراريني تسويب و تييد ائديب مدرسه‌لرين ميللي ديله کئچمه‌سيني بوتون موعليم و موعليمه‌لره بير ميللي وضعيفه کيمي تاپشيرير.
آذربايجان ميللي دؤولتينين باش وضعيري – پيشئوري " [12]
12 شهريور بيلديريسيندن سونرا آذربايجان دئموکرات فيرقه‌سي کوتله ايچره ياييلماغا باشلادي. فيرقه‌نين وارليغي اولوس ساريندان ايييمسرجه‌سينه قارشيلاناراق مينلرجه اينسان فيرقه‌يه قاتيلدي. گئده‌رک فيرقه گونئي آذربايجاندا تک اوينام اوينايان سيياسال وارليغا چئوريلدي. بو اوزدن آيري سيياسال آخيملار اؤزلليکله توده پارتيياسينين آذربايجان شوبه‌سي فيرقه‌يه قاتيلماني ان اويغون ايش حساب ائده‌رک رسمن ايشلرين دايانديريب فيرقه‌يه قاتيلديلار. آرتيق آذربايجان دئموکرات فيرقه‌سي گونئي آذربايجاندا بيرينجي سؤزو قونوشوردو. فيرقه‌نين بير سيرا قوروجولاري اؤنجه‌لر سول ايدولوژيسي قايغيسي چکن اولسايديلارسادا بوگوندن اعتيبارن تام آذربايجان ميللي معنافئيني دوشونمه‌يه باشلاديلار. اؤنجه ار فيرقه بوتون ايراني اؤزو ايله يول بير ائتمک ايسته‌ييردي آنجاق اومودو آيري خالقلاردان کسيله‌رک تام بير باغيمسيز دؤولت قورماق آماجينا گلدي. فيرقه‌نين گوجو قارشيسيندا آذربايجان سيلاهلاري گوجلري فيرقه‌يه قاتيلديلار. فيرقه اولوسچولوق سؤيلمينه ساريلاراق گونئي آذربايجان اولوسونا موختارييت و اؤزگورلوک ايستگينده بولوندو. فيرقه‌نين چابالاري سونوجوندا 21 آذر 1324 - اينجي ايلينده گونئي آذربايجان دؤولتي رسمييت تاپدي. بير ايل سورن بو باغيمسيز دؤولت،اولوسچولوغون بويولو گوجوندن يارارلاناراق بو اؤلکگي بوتون يؤنلردن گليشمه‌يه دوغرو اوغراتدي. آناديلده اوخوللار آچيلاراق تورکجه دؤولتين رسمي ديلي اولدو. اؤيرنجيلر بوتون سينيفلاردا تورکجه ديلينده يازيب اوخوماغا باشلاديلار. تبريز بيلييوردو آچيليب نئچه آيري کولتورل درنکلر قورولدو. خيياوانلار آسفالت ائديله‌رک شهرلرين سيماسي بوتونلوکله دييشيلدي. ايراندا بيرينجي دفعهولاراق عرضي ايصلاحات گرچکلشديريله‌رک ايشچيلر اؤز هاقلارينا چاتديلار. قادينلارين توپلومداکي يئرلرينه داها آرتيق اؤنم وئريله‌رک بيرينجي کئز اولاراق دوغو دونياسيندا قادينلارا اوي قوللانماق حاقي وئريلدي. آنجاق تسوفله يئنه گونئي آذربايجانين گليشمه‌سين تئهران حاکيمييتي تهمول ائتميه‌رک چئشيتلي يؤنلردن داش آتماغا باشلادي. اؤرنک اولاراق،ائکونوميکال گليشمه ساحهسينده فيرق نين بو پروقراملارينا راستلاشيريق:
" - مالييات قانونلاريني نظردن کئچيرمک و مالييه ايداره‌سينين دخل و خرجيني تفتيش ائتديکدن سونرا،چوخ تئز بير صورتده ميللي بودجه لاييهه‌سيني ميللي مجليسه تقديم ائتمک. اومومييتله مالي سيياستين گلير و مخاريج اساسيني مملکتين ترقي و تکامولي اوزرينده قرارلاشديرماق.
- تيجارت و ايقتيصاد ساحه سينده ميللي هوکومتيميز بيرينجي نوبه‌ده ميللي صنايعميزه اهميت وئريب موجود کارخانالاري دوزگون يولونا قوياجاق ايکينجي نوبه‌ده يئني کارخانالار آچماقلا،مملکتين صنايعينه اولان ايهتيياجاتيني تمين ائده‌جکدير. تيجارت ساحه سينده دؤولتيميز آذربايجان تيجارت مرکزي اولا بيلمه‌سي اوچون تدبيرلر گؤره‌جک و يوللار آراياجاقدير.
- يوللارين تمير و ايهداسي،پوست و تيلگيراف و تيلفون کيمي ايرتيباط وسايئتينين گئنيشلنديريب،موعاصير حالا سالينماسي هوکومتيميزن اساس وضعيفه‌لريندندير.
- ايشسيزليکله جيدي موباريزه ائتمک اوچون جيدي تدبيرلر گؤرمک،ال صنايعي،يول ايشلري،کارخنالار تسيسي،فلاهت و تيجارتين آرتماسي وسيله اريندن جيدي سورعته ايستيفاده ائتمگي لازيم گؤرور.
- خوسوسي ماليککيت حاقيندا آذربايجان ميللي هوکومتي مملکتين بوتون ساحهلري اوچون خوسوسي ماليکييتي قبول ائديب،مملکتين و خالقين ايقتساديياتينين ترقيسينه و خالقين ريفاهئ حالينا سبب اولان هر جور خوسوسي ايقداماتا کؤمک ائده جکدير. " [13]
بو کئز تئهراندا اَيلشن سيياستچيلر اؤز آرالاريندا اولان درين ايدولوژيک آيريملارا باخماياراق گونئي آذربايجاني تاپدالاماقدا اوي بير اولدولار. دئموکراسيني يانليز فارس ميلتينه ايسته‌ين بو سيياستچيلر آذربايجانين سيلاه گوجو ايله يئنيدن ايشغال اولونماسين ايسته‌ديلر. گونئي آذربايجان بو دورومودا سيلاهلانيب اؤزوندن مودافيعهئتمگي دانيلماز هاق بيليردي. آنجاق بوتون دونياني اؤز ديقتي آلتينا چکن گونئي آذربايجان سويوق ساواشين باشلانغيجينا قوربان گئتدي. آذربايجان دئموکرات فيرقه‌سي ايش اوستونده اولدوغو زامان يئنيجه دونياليق ساواش بيتيب سويوق ساواش باشلانماق عرفه سينده ايدي. سئيييد جفر پيشئورينين سووئت سيياستچيلر ايله ياخشي موناسيبتلريندن قورخان آمريکا،سووئته جيدي بير اولتيماتومدا بولوندو. دئمک سويوق ساواش ائله گونئي آذربايجاندان باشلاندي. بو اولتيماتوم سونوجو سووئت دؤولتي پيشئورييه ياريمچيليق دستگيندن واز کئچه‌رک گونئي آذربايجان فارس شوونيزمي اؤنونده يانليز قالدي. فارس اوردوسو گونئي آذربايجاني فتح ائتمک آدي ايله يولا دوشوب 21 آذر 1325 - اينجي ايلده وحشيجه سينه بير داها بو توپراقلاري فارس سؤموروسو آلتينا چکدي. فارس اوردوسو آذربايجانا گلديگينده بو اؤلکه‌نين اون يئددي ميندن چوخ اينسانيني قطعلام ائتدي. فيرقه‌نين باشچيلاري آرد آردا توتوقلاناراق اعدام ديرکه‌لرينه تاپشيريرديلار. آذربايجانين ايگيد اوغلو فيرييدون ايبراهيمينين ايگيدجه‌سينه اعدام صحنهسي هئچ بير زامان اونوتولان دييل. گونئي آذربايجان يئنه قانلي چکمه‌لر آراجيلليغي ايله تئهران يؤنتيمي آلتينا کئچدي. سئيييد جفر پيشئوري قوزئي آذربايجانا ساري يؤنلندي. آنجاق اورادا بير پيلانلانميش اوتوموبيل قزاسي سونوجو دونياسيني دييشدي.
21 آذر حرکاتي گونئي آذربايجان سيياسال تاريخينده باغيمسيزليغا جان آتان ايلکين دئوينيملردن ساييلير. بو حرکاتين تمل داشيني کولتورل ايستکلر اولوشدوراراق تام آنلامي ايله کوتله ايچره اولوسال روحو ديريلتمک ايسته‌ييردي. ان آز گونئي آذربايجانين بو دؤنمده بير ايلليک باغيمسيزليغي گونئي آذربايجان سيياسال تاريخيني دؤولتچيليک تجروبه‌سينه يييلنديريدي. دئمک اولار آذربايجانين داهي اؤولادي سئيييد جفر پيشئوري اؤز سياسي نوبوغي ايله بو حرکتي گرچکلشديردي. سئيييد جفر پيشئوري ايرانين سيياسال دوزه‌نيني ياخشيجا آناليز ائده‌رک وطن سئورليک نامينا يولا چيخارکن بو دؤولتي ياراتدي. بير سيرا دوشمان گؤروشلو دئييشلر بو حرکاتي سووئت هوکومتينه باغلاماق ايسته‌يير. حالبوکي دونياليق گوجلرين ياراتديغي ايمکانلاردان فايدلاناراق دونياليق گوجلره سؤيکنمک هر بير سيياسال حرکتين زاتيندا وار. بير اولوسون سيياسال سئچگينلري نئجه دونياليق گوجلردن فايدالان بيلرلر؟سوروسو بوتون دئوينيملر ايچره تارتيشيلان بير سورودور. او گونکو دورومدا ايسه سول ايدولوژيسي سؤمورگه‌چيليکدن ياخا قورتارماغي تشويق ائديردي. گونئي آذربايجانا تاي بير چوخ سؤمورو آلتدا ياشايان اؤلکه سول ايدولوژيسينين ياراتديغي بو اؤزل سيياسال اتمسفئردن فايدالاناراق اؤز سيياسال هاقلاريني قوروماغا چاليشديلار. دونياليق گوجلرله آلوئره کئچمک هئچ بير زامان اونلارين اتگينه دوشمک آنلامينا گلمز.
21 آذر حرکاتي تام آنلامي ايله اولوسچو بير دئوينيم ايدي. بونون تانيغي سطير به سطير پيشئورينين آذربايجان قزئته‌سينده يازديغي يازيلار،آذربايجان دئموکرات فيرقه‌سينين مرامنامه‌سي،ميللي هوکومتين ياپديغي ايشلر و ديل و کولتوره وئريلديگي اؤنمدير. نئجه کي پيشئوري ميللي مجليسين آچيليشيندا بو سؤزلري سؤيلمکده بولونور:
" ميللي مجليسين تشکيلي موناسيبتي ايل: […] ميلتيميز چوخ اوزون مودتدن بري اؤز ميللييتيني هيس ائدير. آشکار و غئير آشکار،زمان و مکانا گؤره اؤزونون آزادليق و موختارييتي يولوندا موباريزه آپارميشدير. لاکين بونلارين هاميسي بو اوچ آي مودتينده آپاريلان موباريزه‌يه قطعه ن برابر توتولا بيلمز. ايندي آذربايجانلي آيدين بير سورعتده آپاريلان سئچگيلر و اونلاردا موزاکيره ائديلن مسئله‌لر واسيطه‌سي ايله حقيقي بير خالق و تام معناسي ايله مدني و هساس بير ميلت سوييه‌سينه يئتيشميشدير. مين ايللرله تاريخه ماليک اولان ايران دؤولتينين آرخاسيندا بوگون اون مين نفر تاپماق اولماز. جاوان دؤولتيميز ايسه باشيني اوجالديب ايفتيخار ايله دئيه بيلر کي بو گون اونون آرخاسيندا ميليونلار کيشي و قادينلار قان تؤکوب،اؤلوب اؤلدورمه‌يه فخرله حاضيرديلار. بو ايش ميلتين قلبيندن چيخميشسادا،فيرقه‌ميزين،اونو تشکيل ائتمکده بؤيوک خيدمتي اولموشدور. […] بيز گرک اؤزوموزو ميلتيميزه و بوتون دونيا ميلتلرينه تانيديب اؤلکه‌ميزي ايداره ائتمه‌يه لاييق اولدوغوموزو سوبوت ائدک. بونودا ميللي مجليسيميزدن گؤزله‌ييريک. " [14]
21 آذر حرکاتي فارس اوردوسو ساريندان قانليجا باسديريلدي. آنجاق بو اولوسون باغيمسيزليق اوغروندا ديره‌نيشي تاريخين صحيفه لرينه هئچ بير زامان اونوتولان دييل. 21 آذر حرکاتيني بير جومله‌ده اؤزتلشديرسک سئيييد جفر پيشئورينين بو سؤزو ايله ايفاده ائتمک اولار:
" آذربايجان تئهران ايله بير يئرده اسير هينديستان اولماقدانسا،اؤزو اوچون آزاد ايرلند اولماغي ترجيه وئرير. "

هئزبئ خلقئ موسلمان و شرعيتمداري حرکاتي
گونئي آذربايجانين فارس سانتراليزمينه قارشي ان اؤنملي آياقلانمالاريندان بيري هئزبئ خلقئ موسلمان و آيتوللاه سئيييد کازيم شرعيتمدارينين حرکتيدير. آيتوللاه شرعيتمداري دونيا شيه‌لرينين مرجه تقليدي اولاراق ايران ايسلامي دئوريمينين بويا باشا چاتماسيندا اؤنملي رولو اولموشدور. بو آيدين آيتوللاه،قوم شهرينده اولماغينا باخماياراق آذربايجانلي اولدوغوندان دولايي،آذربايجان تورکلري ايچره بؤيوک ائتگيسي وار ايدي. تبريز و آذربايجانين بير چوخ نوفوسو بو آيتوللاهدان تقليد ائده‌رک شرعيت يولوندا خرجله‌مک ايسته‌ديکلري پارالاري آيتوللاه شرعيتمدارينين بئيتينه گؤندريرديلر. آيتوللاه شرعيتمدارينين ايران ايسلام دئوريمينده دانيلماز يئري وار،آنجاق اؤز اولوسونا سؤيکنه‌رک سانتيراليزمه قارشي چيخيب ويلايت فقيه ايلکه‌سيني قبول ائتممه‌ديگي اوزوندن،خومئيني يانداشلاري ساريندان شيددتله تهقير ائديلدي. شرعيتمداري حرکاتيني يانليز باغيمسيزليق اوغروندا يارانان دئوينيم کيمي بيلمه‌سه ک ده بو دئوينيمين اؤزل اؤزله‌ليگي بؤلگسل اولماق ايدي. شرعيتمداري آياقلانماسيندا بوتون شوعارلار تورکجه اولوب و آذربايجان ايرانين محوري کيمي بليرتيليردي. ايران ايسلامي دئوريميندن اؤنجه آيتوللاه خومئيني،شرعيتمدارينين سونسوز يارديميندان فايدالانماسينا باخماياراق،دئوريم تسبيت اولاندان سونرا شرعيتمدارينين رئفورميست دوشونجه‌لرينه قارشي گلدي. بو اوزدن شرعيتمداري يانداشلاري و خومئيني يانداشلاري آراسيندا بؤيوک بير چاتيشما باشلادي. شرعيتمداري رئفورميست و اؤزگورلوک سئون بير آيتوللاه اولاراق ايراني پولورال بير سوييه‌ده يؤنتيلمه‌سي طرفداري ايدي. ديگر ياندان ديکتاتورلوقلا دولو ويلايت فقيه ايلکه‌سيني،ايسلامدا هئچ بير کؤکو اولمايان قورام کيمي سؤيله‌ييردي. بو ايختيلافلار سونوجوندا،تبريز شرعيتمداري يانداشلاري ساريندان فتح ائديلدي. آنجاق فارس مرکزييتچي قووه‌لر بونا دؤزه بيلمه‌ييب رسمي سورعتده خومئينينين امري ايله تبريزي بومباردمان ائتمک تهديدينده بولوندولار. خومئينييه منسوب قووه‌لر بو تهديددن سونرا تبريزه ساري يؤنه‌ليب قانلي سوييه‌ده تبريزي ياتيرتماغا چاليشديلار. او گونلره شاهيد اولان بير سيرا فعاللارين دئييشينه گؤره ان قانلي چاتيشمالار،راديو - تئلويزييون بيناسي اؤنونده،منصور مئيداني،داش ماغازالار دا اوز وئره‌رک خومئيني يانداشلاري آغير ياراقلار اؤزله‌ليکله آر-پي-جي دن ده فايدالانيرديلار. آيتوللاه شرعيتمداري بو دورومو گؤره‌رک آذربايجاندا بير سويقيريم اوز وئرمه‌سين دئيه اؤز يانداشلاريني باريشا چاغيريد. بو چاغيريش سونوجو تبريز خومئيني يانداشلاري الينه دوشدو. شرعيتمدارينين بير چوخ يانداشلاري و هئزبئ خلق موسلمان اويه‌لري توتوقلاناراق اوزون مودت حبسلره محکوم اولدولار؛بير چوخودا ايسه اعدام ديرکه‌لرينه تاپشيريلديلار.
دوکتور يالچين ساري کايا،شرعيتمداري آياقلانماسينا،ايراندا ميللييتچيليک و بؤلگه‌يه يانسيمالاري کيتابيندا بئله ياخينلاشير:
" دئوريمين گرچکلشمه‌سينده ائتگيلي اولان مرج تقليد دين آداملارينين ساييسي چوخ دييلدير. حتّي سادجه اوچ ايسم وئريلديگينده بونلارين بيرينين خومئيني بيرينين تالقاني بيرينين ده شرعيتمداري اولدوغو گؤرولمکده‌دير. شرعيتمداري ايليملي بير آناياساچي اولاراق تانيملانان 1905 تبريز دوغوملو شيه تورک دين آداميدير. 19 ياشيندا قوما گئده‌رک اورادا شئيخ ابدولکريم هائري يزدينين يئنيدن جانلانديرديغي قوم هوزه‌سينه قاتيلميشدير. خومئيني ايله سينيف آرخاداشي ساييلير. قومدا موجتهيد اولموش و نجفه دؤنموش و بورادا داها يوکسک تحصيله دوام ائتميشدير. پيشئورينين گيريشيمينين ده گرچکلشديگي ايللرده 15 ايل آذربايجاندا درس وئرميشدير. آيتوللاه بوروجئردي طرفيندن قوما چاغريلميش آنجاق آذربايجانلا باغلاريني قوپارماميشدير. 1962 - 1963 ايللرينده گرچکلشن شاها قارشيتي عوصياندا اؤنملي رول اويناديغي سؤيله‌نير: حتّي بو دؤنمده خومئينينين حياتينين قورتارديغي ادا ائديلير. شرعيتمدارينين شاها قارشيتي کوتلسل گؤستريل ري دستکله‌ديگيني و 1906 - 1907 آناياسانين کسين بيچيمده اويغولانماسيني طلب ائتديگيني آنجاق بو طلبين اونون خومئيني ايله فرقليليغيني اورتايا قويماقدا اولوب مجتهيدلرين گوجه اورتاق اولدوغو آناياسالي بير مونارشييه راضي گؤسترديگيني ايثبات ائتديگيني بليرتير. ايران ايسلام جومهورييتينين قورولوش آشاماسيندا تورکلر ائتگين رول اويناميشلاردير. 1978 ايلي 7 اوجاق تاريخينده قومدا مئيدانا گلن و 20 مدرسه اؤيرنجيسينين اؤلدورولمه‌سينه يول آچان اولايلار،دئوريم سورجينين ايلک کوتلسل اولايلارينين سببي قبول ائديلير. بو اولايدان سونراکي ايکينجي اولاي تبريزده گرچکلشميش قومدا اؤلنلرين قيرخينجي گونو آنيليرکن 1978 شوباتينين 18 - 19 - اوندا تبريزده مئيدانا گلن آياقلانما بير آندا تبريزين کونترولونون شاهين اليندن چيخماسينا ندن اولموشدور. تبريزده اؤنجه اونيوئرسيته‌ده گؤستريلر يوغونلاشميش سونرا اسناف،نيسان آييندا اؤيرنجيلره دستک وئرميشدير. اؤنجه‌کياولايلارين قيرخينجي گونونده ياپيلان گؤستريلرده بير اؤيرنجي داها اؤلدورولونجه گؤستريلن بويوتو بيراز داها بؤيوموشدور. اولايلار،اورمييه،زنجان و همدان کيمي آذربايجان شهرلرينه ياييلميشدير. 10اراليقدا تبريزده دئوريم سورجينده کي ان بؤيوک گؤستريلردن بيري اولان 700000 کيشي اين قاتيلديغي يوروش گرچکلشميشدير. آذربايجانداکي اولايلار 16 اوجاقدا شاه اؤۀکه يي ترک ائده نه قدر دوام ائتميشدير. شاهين اؤلکگي ترک ائتمه‌سيندن 1 گون سونرا آذربايجان تورکجه‌سينده اودوز قزئته‌سي يايينلانمايا باشلانميشدير. قزئته ائتنيک هاقلاردان بهس ائتميش و تورکجه قوللانيمين آزاد اولماسي طلبيني يازميشدير.
1979 سونراسيندا ميللي کولتور آلانيندا اؤنملي بير آدديم آتيلميشدير. بو " وارليق " درگيسيدير. قلب جراح تورکولوق دوکتور جواد هئيت و هميد نوتقي ائديتورلوگونده يايين حياتينا باشلايان وارليق آدييلا هم تورکجگي هم ده تورکلوگون وارليغيني وورغولاماقدايدي. عرب اليفباسي ايله آذربايجان تورکجه‌سي و فارسجا اولاراق ياينلانمايا باشلايان وارليقدا تورکييه و سووئت آذربايجانيندان يازي و شعرلره‌ده يئر وئريلميشدير. وارليغي سول ائييليملي يولداش تقيب ائتميش بونلاري داها دوزنسيز چيخان تورکجه يايينلار اولاراق موللانسرلدين،دده قورقود،کوروغلو،چنليبئل و آذربايجانسه‌سي ايزله‌ميشدير.
1979 آراليق آييندا تبريز عوصياني بهانه ائديله‌رک پارتي قاپاتيلميش شرعيتمداري ائو حبسينده گؤزتيم آلتيندا قالديقدان بير سوره سونرا وفات ائتميشدير. شرعيتمداري يئني رژيمده دين آداملارينين يؤنتيمه قاتيلاملاريني ائلئشديرميشدير. ايران ميللييتچيليگي پئرسپئکتيويندن ياپديغي يورودا هميد احمدي،شرعيتمدارينين آذربايجان تورکلريندن دستک گؤرمه‌ديگيني ايما ائتمکده،" آذريلرين " شرعيتمداري ائو حبسينده ايکنده هرهانسي بير گؤستري ياپماديقلاريني ادا ائتمکده‌دير. بو کولتورل بويوتون ائشيگينده آذربايجاندا حرکتلي بير سياسي فعالييتده سورموشدور. خومئينيستلرين ايسلام جومهورييتي پارتيسيني قورمالارينين همن آرديندان شرعيتمداري طرفدارلاريدا آذربايجاندا موسلمان خالقين جمهورييتچي پارتيسيني قورموشلاردير. موسلمان خالقين جومهورييتچي پارتيسي نئهزت آزادي ايله بيرليکده بوتون ايرانداکي ان اؤنملي سيياسال مرکز قونومونا گله‌جکدير. بو حالدا ايسلام جومهورييتي پارتيسي،جيبهئيئ ميللي،توده،نئهزت آزادي و هئزبئ خلق موسلمان ائشيگينده جيدي بير سيياسي اؤرگوتلنمه اولماييب،هئزبئ خلق موسلمان بونلارين ايچينده دوغرودان بؤلگسللييه و آذربايجانا وورغو ياپان تک حرکتدير. 1979 شوباتيندا قورولان و هئزبئ خلقئ موسلمان اولاراق آنيلاجاق پارتي چوخ شهرده تشکيلاتلانميشدير. يايين اورگاني فارسجا يايين ياپان خلق موسلمان قزئته‌سيدير. پارتي ده تئهرانين آذربايجانلي اسنافي دا ائتگيلي بيچيمده يئر آلميشدير. تئهراندا اوزمانلار مجليسي توپلانديغي زامان،هئزبئ خلق موسلمانين آذربايجان قولو اييالتلر مجليسينين قورولماسي فيکريني دستکله‌ميشدير. اؤته ياندان بو دؤنمده قورولموش اولان انوجمن آذربايجان دا تهرانلا کونفئدرال ايليشگي قورولماسيني طلب ائده‌جک قدر ايلرييه گئدير و يؤنتسل يارقيسال،ائکونوميک و حتّي گوونليک ايشلرينين دوغرودان آذربايجان الينده اولماسيني ايسته‌ييردي. سادجه هئزبئ خلق موسلمان طرفدارلاري دييل شرعيتمداريده بئلزات موختارييت ايسته‌ديگيني بيان ائتميشدير. بو دؤنمين تيپيک اؤزله‌ليگي خومئينينين اؤنملي هر قونوداکي قراريندا،قارشيسيندا شرعيتمداريگي و اونون آرخاسيندا دا آذربايجانليلاري گؤردويو دؤنمدير. آناياسا مسئلسي زدلشمگي دوروغا چيخارميشدير.
شرعيتمدارينينده ائتگيسي ايله آذربايجان تورکلرينين چوخو 2 آراليق آناياسا رئفراندومونو بايکوت ائتميشلردير. آنجاق مرکزين کونترولونداکي تبريز راديوسو شرعيتمدارينين آناياسينين اولوملو اويلانماسي اوچون فتوا چيخارديغي خبريني يايميشدير. بونون اوزرينه رئفراندوم گونو تبريزده بؤيوک بير پروتئستو گؤستريسي ياپيلاجاقدير. بو آرادا 5 آراليقدا شرعيتمدارينين ائوينه بير سالديري دوزنلندي و هئزبئ خلق موسلمان طرفدارلاري بو اولايلا داها دا اؤفکلنديلر. بو سالديري يي رسمي يئتگيليلر افغانيستانليلارا آتمايا چاليشسادا هرکس آرخاسيندا خومئينيگي گؤرمکده ايدي. 6 آراليقدا بير باشقا پروتئستو ياپيلدي. بو گؤستريدن سونرا گؤستريجيلر راديونون و سيويل هاواالانينين کونترولونو اله کئچيرديلر. حتّي بو دؤنمده هاوا قووتلري منسوبلارينين دا شرعيتمداري يانليسي گؤستريلره قاتيلديغي بليرتيلير. اولايلار تبريزله سينيرلي دييلدي،اردبيلده هئزبئ خلق موسلمان طرفدارلاري تام هوکومت تسيسلريني کونترول آلتينا آلديلار. حتّي جزا ائوينده کي توتوقلولار آزاد بوراخيليب يئرينه دئوريم موحافيزلريني حبس ائتديلر. هئزبئ خلق موسلمان مرکزين وارليغينا يؤنه‌ليک سيلاهلي و ميللي بير آذربايجان حرکتي حالينا گلميشدي. اولايلار اوزرينه،خومئيني بير طرفدن شرعيتمدارينين ائوينه بير اوزلاشما زيارتي گرچکلشديردي ديگر طرفدنده اگر عوصيانچيلار تبريزي بوراخمازسا بومبالاريز تهديدينده بولوندو. شرعيتمداري يئني ياشانان قانلي کورد اولايلارينين بير بنزرينين اولماماسي اوچون اوزلاشما يولونو ترجيه ائتدي. شرعيتمدارينين ايستگي ايله آذربايجانداکي هئزبئ خلق موسلمان کونترولو بير آندا سونا ارديريلدي. آنجاق هئزبئ خلق موسلمانليلار قيسا سوره سونرا بونون بير خومئيني اويونو اولدوغونو آنلاييب تبريزده‌کيخبرلشمه کوله‌سينين کونترولونو تکرار اله کئچيرديلر 5 هفته هئزبئ خلق موسلمانليلارين الينده قالدي. بو آرادا شرعيتمداري طرفدارلاري 700 مين کيشيليک بير گؤستري داها ياپيلدي. دئوريم موحافيزلري ايله هئزبئ خلق موسلمانليلار آراسيندا چاتيشمالار چيخدي و خومئيني آذربايجان ائشيگيندن بؤلگه‌يه بيرليکلر سوق ائتمک زوروندا قالدي،12 اوجاق دا 11 هئزبئ خلق موسلمان ليدئري اعدام ائديلدي. بوندان سونرا شرعيتمداري سيياستدن غئيرئرسمي اولاراق سينيرلانميش و اؤلنه قدر خومئيني طرفيندن ائو حبسينه توتولموشدور. ماکئي،شرعيتمدارينين آذربايجانليلارين ليدئري اولاراق خومئيني اوچون موجاهئدين خلقدن داها بؤيوک بير تهلوکه اولدوغونو،قوتبزاده کيمي جزالانديرلماياجاغي اوچون خومئينينين يؤنلنديرمه‌سي ايله راديکال دين آداملاري طرفيندن ايخراج ائديلديگي يورومونو ياپار. " [15]

قايناقلار:
[1] دورموش حوجا اوغلو ایله میللیتچیلیک اوزه رینه سؤیله شی، ملاقاتی یاپان: سینان دمیر تورک، سییاسی اکسن، ایل 1، 17-23 اکسیم 2003، ص11
[2] اومود اؤزکریملی، میللیتچیلیک قوراملاری؛ ائلیشتیرل بیر باخیش، ایستانبول 1999، ص 76
[3] ایراندا میللیتچیلیک و بؤلگه یه یانسیمالاری، دکترا تئزی، یالچین ساری کایا، 2007، قورامسال چرچئوه بؤلومو
[4] بندیکت اندرسون، خیالی جماعتلر: میللیتچیلیگین کؤکنلری و یاییلماسی، ایستانبول، 1995، ص18-21
[5] اومود اؤزکریملی، میللیتچیلیک قوراملاری؛ ائلیشتیرل بیر باخیش، ایستانبول 1999
[6] آنتونی دی اسمیت، میللی کیملیک، چئویرن: تورال سینان اوغلو، ایستانبول 2006،ص31-32
[7] آنتونی دی اسمیت، میللی کیملیک، چئویرن: تورال سینان اوغلو، ایستانبول 2006،ص31-32
[8] علی آذری، قیام شیخ محمد خیابانی در تبریز، ص29
[9] نوید آزربایجان، ویژه نامه نوروز، 1380
[10] جنبش آزادیستان، شیخ محمد خیابانی، عبدالحسین ناهیدی آذر، ص47
[11] جنبش آزادیستان، شیخ محمد خیابانی، عبدالحسین ناهیدی آذر، ص229
[12] سؤزوموز وئبلگی-www.sozomuz.blogspot.com
[13] گذشته چراغ راه آینده است، پژوهش جامی
[14] آزربایجان قزئته سی، نؤمره 74، 1945
[15] ایراندا میللیتچیلیک و بؤلگه یه یانسیمالاری، دکتر یالچین ساری کایا، دکترا تئزی، 2007، ایراندا آزربایجان تورک میللیتچیلیگین تاریخی گلیشیمی بؤلومو