۱۳۹۱ آذر ۲۷, دوشنبه

بیر اؤنملی یازینی آلقیشلارایارق سرت اینتقادیمیز ــ گؤنئی آزربایجان میللی مؤستقیل فعاللاری طیفی نین ، میللی تشکیلاتلار طرفیندن ( ب . م . ت ) باش کاتیبینه یازیلان یئنی مکتوبونا باخیشی


تک توران : خبرلرده یاییلان بیلگیلره اساساً گؤنئی آزربایجان میللی تشکیلاتلاری طرفیندن BMT نین با ش کاتیبی ، جناب بان کی مونا بیر مکتوب * 1 * یازیلمیشدیر .

 
مکتوبو یازان دوسلار گویا بیرلشیک بیر دیلده گؤنئی آزربایجانین موستقیلشمه آماجیله باغلی ، تک بیر سسله ، ایران آدلانان اولکه سینده یاشایان 30 میلیونا آشقین اشغال آلتدا یاشایان تورک آزربایجانلی لارین استقلالیتی حاقدا رفراندوما کئچمه حاققینی طلب ائتمیشلر .

 
بیز گؤنئی آزربایجان میللی مؤستقیل فعالاری طیفی اولاراق تشکیلاتلاریمیزین ان آزی بو قونودا بیر آرایا گلمه لرینی و داها اؤنملی استقلال طلبینی گؤنده مه گتیرمه لرینی آلقیشلاییر آنجاق بئله بیر اؤنملی قونولاردا گؤنئی آزربایجان میللی مؤستقیل فعاللارینی گؤزده آلمامالارینی و داها دوغروسو هئچه سایماقلا ، فیکیر بیرلیک ائتمه دن بیلدیری یایمالارینی شیدتله قیناییریق .


 
موستقیل میللی طیف گؤنئی آزربایجانین ان بؤیوک توپلومونو تشکیل ائده رک عزیز میللی تشکیلاتلاریمیزین داورانیشلارینی قبول ائتمیر .


 
بیز گؤنئی آزربایجان موستقیل فعالاری طیفی بو یازی واسیطه سیله بؤتؤن آدینی میللی تشکیلات قویان اؤزلیکله گؤنئیین دیشندا اولان تشکیلاتلاریمیزا خاطیرلاتمالییق کی میللی موباریزه نین آجیماسیز دوروموندا قرار تاپان ایچری موستقیل فعالاری بوندان سونرا هر هانسی بیر آلینان تاویردا ، موستقیل طیفینی آرایا قاتمایان و اونلاردان نظر آلمایان تشکیلات و جریانلارین یازیلارینی ساده جه و سادجه بیر دیرسیز کاغیت پاراسی کیمی گؤرؤر و میلتیمیزه بؤیله تقدیم ائده جکدیر .

 
» طیف فعالین مستقل حرکت ملی آزربایجان جنوبی «

25 آذر 1391





 
ــــــــــــــــــــــــــــــــــــــــــــــــــ



Bir önəmli yazını alqışlayaraq sərt intiqadımız – güney azərbaycan milli müstəqil fəalları teyfi nin milli təşkilatlar tərəfindən BMT baş katibinə yazılan yeni məktubuna baxışı



Xəbərlərdə yayılan bilgilərə əsasən güney azərbaycan milli təşkilatları tərəfindən BMT nin baş katibi , cənab BANKİMUNA bir məktub yazılmışdır .





Məktubu yazan doslar güya birləşik bir dildə güney AZƏRBAYCANın müstəqilləşmə amacilə bağlı , tək bir səslə , iran adlanan ölkəsində yaşayan 30 milyona aşqın işqal altda yaşayan türk azərbaycanlı ların istiqlaliyəti haqda refrandoma keçmə haqqını tələb etmişlər .





Biz güney AZƏRBAYCAN milli müstəqil fəalları teyfi olaraq təşkilatlarımızın ən azı bu qonuda bir araya gəlmələrini və daha önəmli istiqlal tələbini güdəmə gətirmələrini alqışlayır Ancaq belə bir önəmli qonularda güney azərbaycan milli müstəqil fəallarını gözdə almamalarını və daha doğrusu heçə saymaqla , fikir birlik etmədən bildiri yaymalarını şiddətlə qınayırıq .





Müstəqil milli teyf güney azərbaycanın ən böyük toplumunu təşkil edərək əziz milli təşkilatlarımızın davranışını qəbul etmir .





Biz güney azərbaycan milli müstəqil fəalları teyfi , bu yazı vasitəsilə bütün adını milli təşkilat qoyan , özəliklə güneyin dışında olan təşkilatlarımıza xatırlatmalıyıq ki milli mubarizənin acımasız durumunda qərar tapan iməri müstəqil fəalları bundan sonra hər hansi bir alınan tavırda , müstəqil teyfini araya qatmayan və onlardan nəzər almayan təşkilat və cəryanların yazılarını sadəcə və sadəcə bir dəyərsiz kağıt parası kimi görür və millətimizə böylə təqdim edəcəkdir .



« güney azerbaycan milli müsteqil fealları teyfi»



15 / dec / 2012