تك توران : اسکي شهير آذربايجانليلار درنگينده توپلانان گونئي آذربايجان ميللي فعاللاري و قوزئي آذربايجانلي اؤيرنجيلر مشروطه حرکاتيني قوتلاياراق بو گونکي گونئي آذربايجان ميللي حرکاتيني دا موزاکيره ائتديلر.
گاموح، گاماج،
يئني گاموح و باغيمسيزلاريندا بيرارايا گلمهسي ايله گئرچکلشن بو تدبيره ميللي
حرکاتا منسوب اولان باشقا تشکيلاتلار فيزيکي اولاراق دستک وئره بيلمسهلرده داها
اؤنجهدن معنوي دستکلريني بيلديرميشديلر.
تدبيرده مشروطه
حرکاتينين ماهييتي، بوگونکي گونئي آذربايجان ميللي حرکاتينا يانسيمالاري و ميللي
حرکاتين بو گونکو دورومو و چيخمازلاري قاتيلانلار طرفيندن صميمي بير اورتامدا
موزاکيره ائديلدي.
آيريجا ياخين بير
زاماندا اورتاق (موشتهرک) بير اَيلم (هحرکت) حياتا کئچيرمک اوچون ده سؤزو کئچن
تشکيلاتلار و شخصلر آراسيندا آنلاشما ساغلاندي
Türkiyənin Əskişəhərində
Məşrutə hərəkatının ildönümü qeyd edildi
Eskişehir Azərbaycanlılar
dərnəyində toplanan Güney Azərbaycan milli fəalları və Quzey Azərbaycanlı öyrəncilər
Məşrutə hərəkatını qutlayaraq bu günki Güney Azərbaycan milli hərəkatını da
müzakirə etdilər.
Gamoh, Gamac,
Yenigamoh və Bağımsızlarında biraraya gəlməsi ilə gerçəkləşən bu tədbirə Milli
hərəkata mənsub olan başqa təşkilatlar fiziki olaraq dəstək verə bilməsələrdə
daha öncədən mənəvi dəstəklərini bildirmişdilər.
Tədbirdə Məşrutə
hərəkatının mahiyəti, bugünki Güney Azərbaycan milli hərəkatına yansımaları ve
Milli hərəkatın bu günkü durumu və çıxmazları qatılanlar tərəfindən səmimi bir
ortamda müzakirə edildi.
Ayrıca yaxın bir
zamanda ortaq (müştərək) bir Əyləm (hərəkət) həyata keçirmək üçün də sözü keçən
təşkilatlar ve şəxslər arasında anlaşma sağlandı.
شكيلي بويؤت