۱۳۹۱ مرداد ۲۰, جمعه

اردبیل آصلانی « عباس لسانی » ایفتیخاریمزدیر ــ طیف فعالین مستقل حرکت ملی آزربایجان جنوبی


تك توران : گؤنئی آزربایجان میللی حرکاتیندا جاندان چالیشان و یاشایشلارینی میللتیمیز اوغروندا تهلوکیه آتان چوخلو سایدا میللی قهرمانلاریمیز موباریزه میدانیندا بؤتؤن سیناولاری اورتادا قویاراق آدلارینی آزربایجانین پارلاق تاریخینه یازمیشلار .


شوبهه سیز کی گنج میللی حرکاتیمیزدا " عباس لسانی " جینابلارینین آدی ، میللی قهرمانلاریمیزین ان اؤنؤنده گئدیر .
عباس لسانی کیمی بؤیؤک بیر شخصیتین موباریزه یاشامی کیمسه یه گیزلی دئیلدیر کی بیریلری اونو اؤزه گتیرسین و یا خود اونون آدیندان سوء استعمال ائتسین . بیزده اؤزؤموزه بو حاقی قائیل دئیلیک .

گؤنئی آزربایجان میللی موستقیل فعالاری طیفی بونا راغمن کی بو گؤنه دک عباس بئی له مستقیم یا غیر مستقیم اولاراق هیچ بیر ایلیشکیده اولمایبدیر آنجاق موستقیل طیف ، تعریفلدیگی قوراللار اؤزره حرکتیمیزده اولان هر بیر صادق فعالین حاقیندان مودافعه ائتمه گی اؤزونه میللی گؤرو سایاراق بوتؤن میللی شخصیتلریمزی ساووناجاقدیر و اونلار حاقدا عدالتسیز و تخریبچی پروپاگاندالاری ایستر حاکمیت طرفیندن ایستر بیر سیرا آدینی میللی فعال !! قویوب موستقیل شخصیت لری شانتاژ و تخریب ائدن گؤجلرین اؤنؤنده دایاناجاقدیر .

بو یازی واسیطه سیله عباس لسانی جینابلاریندان اؤز حمایه میزی گؤستریریک و اونلارا کی بیله رک و یا بیلمه یه رک میدانا دؤشؤب موستقیل صادق شخصیتلریمیزی تخریب ائدیرلر بیر سؤزو دئیریک : آی هیچ زامان بولوت آلتدا قالمایاجاقدیر
« طیف فعالین مستقل حرکت ملی آزربایجان جنوبی »

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ
ərdəbil aslanı " abbas lisani " iftixarımızdır _ Güney azerbaycan milli müsteqil feallari teyfi

Güney azerbaycan milli hərəkatında candan çalışan və yaşayışlarını millətimiz uğrunda təhlikiyə atan çoxlu sayda milli qəhrəmanlarımız mubarizə meydanında bütün sınavları ortada qoyaraq adlarını azerbaycanın parlaq tarixinə yazmışlar .
Şübhəsiz ki gənc milli hərəkatımızda " abbas lisani " cinablarının adı milli qəhrəmanlarımızın ən önündə gedir .
Abbas lisani kimi böyük bir şəxsıyətin mubarizə yaşamı kimsəyə gizli deyildir ki biriləri onu üzə gətirsin və ya xud onun adından su istimal etsin . bizdə özümüzə bu haqqı qayil deyilik .
Güney azerbaycan milli müsteqil fealları teyfi buna rağmən ki bu günədək abbas bəylə müsteqim ya qeyri müsteqim olaraq heç bir ilişkidə olmayıbdır ancaq müsteqil teyf , təriflədigi qurallar üzrə hərəkətimizdə olan hər bir sadiq fəalın haqqından mudafiə etməyi özünə milli görəv sayaraq bütün milli şəxsiyətlərimizi savunacaqdır və onlar haqda ədalətsiz və təxribçi propaqandaları istər hakimiyət terəfindən istər bir sıra adlarını milli fəal !! qoyub milli müsteqil şəxsiyətləri şantaj və təxrib edən güclərin önündə dayanacaqdır .
Bu yazı vasitəsilə abbas lisanı cinablarından öz himayəmizi göstəririk və onlara ki bilərək və ya bilməyərək meydana düşüb müsteqil sadiq şəxsiyətlərimizi təxrib edirlər bir söz deyirik : Ay heç zaman bulut altda qalmayacaqdır .

«  Güney azerbaycan milli müsteqil feallari teyfi»