۱۳۹۰ دی ۳۰, جمعه

20يانوار آزربايجانين آد گونودور ــ عاريف کسکين

تک توران : 20 يانوار حاديثه سي سوويئت تاريخينين قارا لکه سي اولسا دا، آذربايجان معاصر تاريخينين قيزيل صحيفه لريندن بيريدير.

20 يانوار جايناقلاري قانلي اولان سوويئتين الي بوش آنجاق ايناملي آذربايجانين قارشيسيندا رذيل اولما گونودر. سوويئت قورولوشو 20 يانوار`دا بيتتي. 20 يانوار گونو سوويئت قورولوشو آذربايجان خالقينين قارشيسيندا ديز چؤکتو. سوويئت کيمي نهنگ اؤلکه 20 يانو...آر`دا باکي کوچه‌لرينده داغيلدي، محو اولدو، يوخ اولدو.

گورباچئو کيمي سؤزده دئموکراتلارين حقيقي سيماسي 20 يانوار گونو گؤرسندي. 20 يانوار نيقابلارين/ماسکالارين دوشدويو گوندور.

20 يانوار`دا آذربايجان اؤز حقيقي گوجونو تانيدي. او گون `من ده وارام` ديدي آذربايجان. آذربايجان ايستيقلاليني 20 يانوار`دا آلدي اصلينده. 20 يانوار حاديثه سي ماتم گونو دئييل، قهرمانليق گونودور. آذربايجان خالقينين 70 ايل سونرا يئنيدن موستقيل اولما آرزوسونون شاهلارا قالخديغي گوندور 20 يانوار. سوويئت تانکلارينين قارشيسينسا الي بوش اينسانلارين قهرمانجا صف توتتوغو و وطني اوچون گوله-گوله اؤلومه گئدنلرين قهرمانليق گونودور 20 يانوار. بو ميلتين مؤهتشم اؤولادلارينين يازديغي قيزيل صحيفه لردن بيريدير 20 يانوار.

قهرمانليقلاريميزي ماتم چويرمه‌يه ليم. 20 يانوار`دا شهيد اولانلار بو ميلتين آلتين اؤولادلاري اولسالار دا، اونلارا ياس توتماياليم. اونلار اؤلمه‌ديلر. اونلار آذربايجانين آدي ياشاديقجا ياشاياجاقلار. اونلار آذربايجانين عادي گئچديگي هر يئرده ياشاييرلار. اونلارين روحو آذربايجان بايراغينين دالقالانديغي هر يئرده دالقالانير. اونلارا ياس توتماياليم. دوغروسو بودور کي، ياس توتولاجاقسا بيز اؤزوموزه ياس توتاليم: قاراباغ ارمه‌نيلرين ايشقاليندا اولدوغو حالدا اؤزوموزو ديري ساييريق.

20 يانوار`ي تراژئدي اولاراق دئييل حماسه اولاراق گؤرمک لازيم. 20 يانوار سوويئتلرين تراژئديسي اولسا دا، آذربايجان خالقينين حماسه‌سيدير. آزربايجانين يئنيدن دوغولدوغو گوندور 20 يانوار. آزربايجانين آد گونودور 20 يانوار. ائله اونا گؤره اوزومو توتورام آذربايجانا و يوکسکله دئييرم کي: آد گونون موبارک اولسون.

آنکارا

20-01-2012

ـــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

Arif Kəskin

20 Yanvar hadisəsi Sovyet tarixinin qara ləkesi olsa da, Azərbaycan muaisr tarixinin qızıl səhifelərindən biridir.

20 Yanvar caynaqları qanlı olan Sovyetin əli boş ancaq inamlı Azərbaycanın qarşısında rəzil olma günüdr. Sovyet quruluşu 20 Yanvar`da bitti. 20 Yanvar günü Sovyet quruluşu Azərbaycan xalqının qarşısında diz çöktü. Sovyet kimi nəhəng ölkə 20 Yanv...ar`da Bakı küçələrində dağıldı, məhv oldu, yox oldu.

Gorbachev kimi sözdə demokratların həqiqi siması 20 Yanvar günü görsəndi. 20 Yanvar niqabların/maskaların düşdüyü gündür.

20 Yanvar`da Azərbaycan öz həqiqi gücünü tanıdı. O gün `mən də varam` didi Azərbaycan. Azərbaycan istiqlalını 20 Yanvar`da aldı əslində. 20 Yanvar hadisəsi matəm günü deyil, qəhrəmanlıq günüdür. Azərbaycan xalqının 70 il sonra yenidən müstəqil olma arzusunun şahlara qalxdığı gündür 20 Yanvar. Sovyet tanklarının qarşısınsa əli boş insanların qəhrəmanca səf tuttuğu və vətəni üçün gülə-gülə ölümə gedənlərin qəhrəmanlıq günüdür 20 Yanvar. Bu millətin möhtşəm övladlarının yazdığı qızıl səhifələrdən biridir 20 Yanvar.

Qəhrəmanlıqlarımızı matəm çəvirməyəlim. 20 Yanvar`da şəhid olanlar bu millətin altın övladları olsalar da, onlara yas tutmayalım. Onlar ölmədilər. Onlar Azərbaycanın adı yaşadiqca yaşayacaqlar. Onlar Azərbaycanın adi geçdiyi hər yerdə yaşayırlar. Onlarin ruhu Azərbaycan bayrağının dalqalandığı hər yerdə dalqalanır. Onlara yas tutmayalım. Doğrusu budur ki, yas tutulacaqsa biz özümüzə yas tutalım: Qarabağ Ərmənilərin işqalında olduğu halda özümüzü diri sayırıq.

20 Yanvar`i trajedi olaraq deyil hemasə olaraq görmək lazım. 20 Yanvar Sovyetlərin trajedisi olsa da, Azərbaycan xalqının hemasəsidir. Aəzrbaycanın yenidən doğulduğu gündür 20 Yanvar. Aəzrbaycanın ad günüdür 20 Yanvar. Elə ona grə üzümü tuturam Azərbaycana və yüksəsklə deyirəmm ki: ad günün mubarək olsun.

Ankara
20-01-2012