تك توران : اسکي
شهير آذربايجانليلار
درنگينين
دوزنلهديگي تدبيرده، گونئي آذربايجان ميللي فعاللارينين دا قاتيليمي
ايله، جومهوريت بايرامي عصري مزارليغيغندا، اولو اؤندر محمد امين رسولزادنين
مزاري باشيندا آنيلدي.
اسکي شهيردن يولا چيخان اوتوبوس ايلک
باشدا آنکارادا اولان محمد امين رسولزاده آدينا آنادولو ليسهسيني زيارت
ائتدي داها سونرا ساعات 11:00 اعتيباري ايله اولو اؤندرين مزاري باشيندا
آنکاراداکي گونئي آذربايجانلي ميللي فعاللارلا دا بير آرايا گلهرک جومهوريت
بايرامي تؤرهنيني ائسازدئر باشچيسي سايين جاويد آيدينين دانيشماسي
ايله باشلادي.
جاويد آيدين اولو اؤندرين سياسي حياتيني و اونون گونئي
آذربايجان مشروطه حرکاتيندا دا رول آلديغينا ديقت چکهرک، اولو اؤندرين
آذربايجان تورکلرينه صرف ائتديگي امکلري وورغولادي.
داها سونرا گونئي
آذربايجان ميللي فعالي اولان سيد بايکال و آغري قاراداغلينين دانيشمالاري
ايله داوام ائدن تؤرنه باشقا قاتيليمچيلاردا هم تورکييه جومهوريتي
وطنداشلاريندان همده آذربايجان جومهوريتي وطنداشلارين قاتيليمچيلار
و دانيشانلار اولدو.
عصري مزارليغيندا دوزنلنن تؤرندن سونرا، قوروپ، تورکييه جومهوريتي قوروجوسو موستافا کامال آتاتورکون مزاري اولان آنيتکابيري رسمي تؤرن اساسيندا زيارت ائتدي
عصري مزارليغيندا دوزنلنن تؤرندن سونرا، قوروپ، تورکييه جومهوريتي قوروجوسو موستافا کامال آتاتورکون مزاري اولان آنيتکابيري رسمي تؤرن اساسيندا زيارت ائتدي
28Mayis
Cumhuriyyət bayramı ilə bağlı
Eskişehir Azərbaycanlılar dərnəyinin düzənlədiyi
tədbirdə, Güney Azərbaycan milli fəallarının da qatılımı ilə, Cumhuriyyət
bayramı Əsri məzarlığığnda, ulu öndər Məmməd Əmin Rəsulzadənin məzarı başında
anıldı.
Eskişehirdən yola çıxan Otubus ilk başda Ankarada olan
Məmməd Əmin Rəsulzadə adına Anadolu Lisəsini ziyarət etdi daha sonra saat 11:00
etibarı ilə Ulu Öndərin məzarı başında Ankaradaki Güney Azərbaycanlı milli
fəallarla da bir araya gələrək Cumhuriyyət bayramı törənini EsAzder Başçısı
sayın Cavid Aydının danışması ilə başladı. Cavid aydın ulu öndərin siyasi
həyatını və onun Güney Azərbaycan məşrutə hərəkatında da rol aldığına diqqət
çıkərək, ulu öndərin Azərbaycan Türklərinə sərf etdiyi əməkləri vurğuladı. Daha
sonra Güney Azərbaycan milli fəalı olan Səid Baykal və Ağrı Qaradağlının
danışmaları ilə davam edən törənə başqa qatılımçılarda həm türkiyə cumhuriyyəti
vətəndaşlarından həmdə Azərbaycan cumhuriyyəti vətəndaşların qatılımçılar və
danışanlar oldu.
Əsri məzarlığında
düzənlənən törəndən sonra, qurup, Türkiyə cumhuriyyəti qurucusu Mustafa Kamal
Atatürkün məzarı olan Anıtkabiri rəsmi törən əsasında ziyarət etdi
براي بزرگنمايي روي تصاوير كليك كنيد