۱۳۹۱ بهمن ۲۷, جمعه

CİNSİYƏT VƏ MİLLƏT, İKİNCİ BÖLÜM: MİLLƏTİN BİYOLOJİK YENİDƏN ÜRƏTİMİ VƏ QADINLAR

Tekturan : Qadınlar, milli və etnik sürəcləri fərqli şəkillərdə etgiləməkdə və bunlardan etgilənməkdədir. Bu bölüm qadınların sözdə "doğal" roluna -uşaq doğmaq- ən çox uyğun gələn bu ilişkinin boyutuna və bunun həm millət qurğularına həm də qadınların toplumsal qonumlanışlarına yönəlik təzəmmünlərinə odaqlanmaqdadır. Paola Tabet`in (1996) qarşıya qoyduğu kimi, "doğal" və "kontrollu" ürəmə şəklində bir ikilik oluşdurula bilməz: Sözdə doğal biyolojik ürəmə, onu quran bəlli toplumsal, siyasi və iqtisadi bağlamlar içində
gerçəkləşməktədir. Bu bölümün iddiası, qadınların öz etnik və milli birliklərindəki və yaşadıqları və/və ya vətəndaşı olduqları dövlətlərdəki qonumlanışlarının və bu etnik və milli camaatlara və dövlətlərə qarşı yükümlülüklərinin, onların ürəmə haqlarını etgilədiyi və bəzən də bu haqların üzərində mülkiyət sahibi ola bildiyidir.
Ancaq çeşitli milliyyətçi söyləmlərdə qadınları "topluluğun daşıyıcıları" olaraq qurmaq üçün tez-tez qullnılan özgül yolları dartışmaya başlamadan öncə, qadınların ürətgən rolları ilə millət qurğuları arasındakı kəsişmələr araşdırılacaq. 

Qan və Aidiyyət
"Ortaq kökən" mitinin (və ya gerçəyinin) bir çox etnik və milli topluluğun qurulmasındakı rolu və bir camaata onun içində doğularaq qatıldığı diqqətə alınsa, etnik və milli söyləmlərdə qadınların ürətgən rollarının əsas önəmi ortaya çıxmaqdadır. Bəzi durumlarda, özəlliklə milliyyətçi və ırqçı ideolojilərin möhkəm bir şəkildə iç-içə keçdiyi durumlarda, topluluq içində doğulmayanlar dışlandığı üçün bu, topluluğa qatılmanın tək yolu ola bilər. Bu tip durumlarda "dışardan olanların" camaata qatıla bilmələrinin tək yolu, qrublararası evlilikdir. Ancaq bu durumda belə, Nazı huququ örnəyindəki kimi, o birilərin (Yəhudilər, qaralar), qanı səkkizdə bir və ya on altıda bir nisbətində olsa belə "saf qan" çirklənə bilməkdədir.
Bu nədənlə ırqın "safı" ilə məşğul olanların, fərqli topluluq mənsubları arasındakı cinsi ilişkilərlə də ilgilənmələri təsadüf deyil. Bənzər şəkildə, İsrail faşist partisi Kach`ın lideri Rəbbi Kahana`nın İsrail Parlamenti üzvüykən verdiyi ilk (və tək) qanun təklifi, Yəhudilərlə Ərəblər arasında cinsi ilişkinin yasaqlanmasına ilişkindir. Güney Afrika hükümətinin apartheidi (ırq ayrımı) qaldırma yolundakı ən əhəmiyətli addımlarından biri, fərqli "ırqlardan" insanların cinsi ilişkilərinə və evlənmələrinə yasal olaraq izin vermək idi.
Millətlərin örgütləyici ilkəsi olan "ortaq kökən"in önəmi duruma görə dəyişməkdədir. İsveçrə və Beljik kimi bəzi millətlərdə, bəzi bəlli etnik qruplaşmalar "millət"i oluşturmaqdadır. Amrika Birləşmiş Dövlətləri və ya Avustrayla kimi köçmən toplumlarda, "ortaq kökən"dən çox "ortaq qədər", "millət"in quruluşunda əhəmiyyətli bir faktor ola bilər. Ancaq yenə də köçmənlik və doğum siyasətlərini də qapsayan millət qurma sürəçlərinin təməlini oluşturan "kökən" və kültürün açıqca olmasa da zimnən bir arzu ediləbirlik hiyerarisi mövcuddur (Stasiulis & Yuval-Davis, 1995). Qadınların yurdiçi yurddışı köçmən və mültəci olaraq qonumları, sınırların milliyyətçi qurğuları tərəfindən dərindən etgilənirkən, ayrımcı milli doğum siyasətləri də "millət" içindəki bütün qadınların həyatlarını etgiləyə bilməkdədir.
"Ortaq kökən", özgül milliyyətçi projelərin ən önəmli boyutu olmadığında belə, "gerçək" kökənini bilmək, adamın kimliyini və bəlli etnik və milli topluluklarla qaynaşmasını dərindən etgiliyə bilməkdədir.
Qadınların uşaq sahibi olmaya ya da -özəlliklə də doğum öncəsi uyğun testlərin gəlişməsiylə birlikdə- istədikləri cinsiyyətdən uşağa sahib olmaya təşviq edilmələri, bundan imtina etdirilmələri, bəzən də bu qonuda basqı görmələri ilə daşıyıcı analıq və övladlığa götürmə də, milliyyətçi projelərin tarixi dövrlərdə quran hegemonik söyləmlərə bağlıdır. Üç təməl söyləmdən biri və ya birdən çoxu, milliyyətçi nufus kontrolu siyasətlərinə egemen olma eyilimindədir. Bu söyləmlər, "iqtidar olaraq xalq" dediyim söyləm; öjenist söyləm və Malthusçu söyləmdir.

1. İqtidar Olaraq Xalq
Bu söyləmdə "millətin" gələcəyinin, onun davamlı böyüməsinə bağlı olduğu düşünülməkdədir. Bu böyümə bəzən yalnız daha çox uşaq doğması istənən qadınların ürətmə bacarığına bağlıdır. Vətəndaş və əsgəri çeşitli milliyyətçi amaclara yönəlik olaraq insana - özəlliklə də erkəyə - ehtiyac duyula bilməkdədir. Onlara işçi, məskunlaşmaçı, və əskər olaraq ehtiyac duyula bilməkdədir.
Örnəyin Japoniya`da hökumət, məktəb çağından kiçik hər uşaq üçün aylıq 5000 yen (38 dollar), ailənin üçüncü uşağı içinsə bunun iki qatını ödül olaraq sunmaqdadır. Japoniya bu günlərdə tarixinin ən aşağı doğum oaranına sahib olduğu üçün rahatsız bir durumdadır. Bu kampaniyanın rəsmi səbəbi "millət"in rifahıdır: Japoniya`nın əhalisinin azalması, "işgücü qıtlığına, ekonominin yavaş böyüməsinə və yaşlılara yönəlik sosyal xidmətləri dəstəkləmək üçün daha böyük vergi yükü"nə yol açacaqdır. 
Avstraliya kimi köçmən toplumlarda, "çoxal və ya yox ol" çağırısı edilməkdədir (de Lepervanche,1989). Oradakı "millət yaratma" sürəcinin yaşaya bilməsi üçün, xalqın müəyyən bir "kritik" sayida olmasının həyati olduğu düşünülməkdədir. İsrail`də də insanların ölkəyə yerləşmələrini sağlamaq üçün, dışardan köç sıx bir şəkildə təşviq edilməkdədir. Bu örnəkdə seçilən köç daha da dışlayıcıdır - yəni Eşkenazi (Batılı) və Mizrakhi (Doğulu) kimi az çox "seçim edilə bilər" Yəhudi birliklərini daxil etsə də, Yəhudi köçüdür. Yerli Filistin əhalisi, Siyonist Yəhudi yerləşim projəsinə şiddətlə etiraz etmiş və "millət yaratma" müddətinin əsgəri boyutu ağır basmıştır (Abdo və Yuval-Davis, 1995; Herlich, 1987). 
Filistinlilərlə edilən "demoqrafik yarış", İsrail tarixində önəmlidir (Portuguese, 1996; Yuval-Davis, 1989). Lübnan, Qıbrıs və (eski) Yuqoslaviya kimi eyni torpaqlar üçün mücaadele edən iki milli qrup arasında milli anlaşılmazlıqların olduğu başqa toplumlarda, "demoqrafik dəngə"yə bənzər bir önəm verilməkdədir.
"Demoqrafik yarış", yalnız mübarizə edilən torpaqlar üçün milli bir anlaşılmazlıq olduğunda deyil, eyni zamanda hegemonik topluluğun hegemoniyasını əldə tutmaq üçün etnik bir çoxunluğun həyatı görülməsi durumunda oluşabilər.
Son zamanlarda Bolqarıstanda hökumət bənzər qayğılarla, daha yüksək doğum nisbətinə sahib olan Türk və Rum azlıqlarla "demoqrafik yarış" içindəki etnik Bolqar qadınlarını daha çox uşaq sahibi olmaları yönündə edəcək siyasətlər uygulamaqdadir (Petrova, 1993).
Qadınların daha çox uşaq yetişdirmələri yönündəki basqə, milli bir fəlakətin öhdəsindən gəlmək üçün qullanılan milli bir strateji ola bilər. Örnəyin Rusiya`dakı doğum-yanlısı siyasətlər, devrim və iç savaş sonrasında əhalinin tükənməsində doğrudan bir qarşılıq idi (Riley, 1918b: 193; Portuguese içində, 1996: 48). Bənzər şəkildə İsrail`də də doğum-yanlısı ideolojilər yalnız Siyonist yerləşim projələri ilə deyil, 6 milyon Yəhudi`nin öldüyü Nazı soyqırımı ilə də bağlantılıdır. Uşaq sahibi olmamaq - və ya Yəhudi camaatının "dışından" biriylə evlənmək və uşaq etmək belə - "demokrafik soyqırım"a bir qatqı olaraq düşünülməkdədir.
Təbii ki qadınların, millət uğrunda uşaq doğmağa məcbur edilmələrinin doruk nöqtəsi, SS erkəklərin "salt saxli (saf stok)" üçün Ari qadınlardan mümkün olduğunca çox uşaq sahibi olmağa təşviq edildikləri Lebensborn proqramı ilə Nazı Almaniyası`nda gerçəkləşmişdir. Erkəklərin qadınlarla evlənməsi gözlənilmirdi və uşaqlar dövlət tərəfindən yetişdirilirdi (Koontz, 1986: 398-402). Bununla birlikdə Nazılar, müəyyən Alman qadınlarını uşaq sahibi olmağa məcbur edərkən, bəzilərini də olmamağa məcbur etmişdir. Bu, onların milli ürəməyə bağlı öjenist söyləmlərinin bir parçasıdır: "Erkəklərin qadınlar üçün mübarizəsi, yalnız ən sağlamlara çoxalma haqqını və ya fürsətini verər" (Hitler, Mein Kampf, köçürən Koontz, 1986: 402).

2. Öjenist Söyləm
Saxta - bilim olan öjenisizm, millətin böyüklüyü ilə deyil, "kalitəsi" ilə ilgilənməldədir. "Millət"in "kalitəsi"nə olan ilgi, təbii ki özlərini açıqca ifadə edən öjenistlerden daha geniş çevrələrcə də paylaşılmaqdadır. Rifah millətlərinin kalitəsini artırmaq üçün yoxsullara daha yaxşı sağlamlıq, eyitim və iqamətgah əldə etdirmə xidmətləri lazımlı görülməkdədir. Bununla birlikdə öjenik, uşaqların daha yaxşı bəslənməsiylə ilgilənməkdə, seçici ürəmə biçimində "doğal" araciliğiyla millətin kalitəsini öncədən çabası içinə girməkdədir.
Ancaq öjenist milli artıma qurğuları, gələcək nəsilin fiziki "sağlamlığı"ndan daha ötə bir şeylə ilgilənməkdədir: "milli stok" və kültürəl özəlliklərin biyolojikləşdirilməsi. Margaret Thatcher`ə Birləşmiş Krallıqdakı ilk seçki kampaniyasını qazandıran "köçmənlər tərəfindən udulma qorxusu"nun mərkəzində yer alan "kültür" və ənənənin" soykütüksel "fərqlilik" qavramına indirgenerek özselleştirildiği Powellcı/Thatchercı "yeni ırqçılıq" qavramının (Baxar, 1981) kökənləri görülə bilməkdədir.  
İndiki vaxtda nufus siyasətlərinin ən güclü öjenist qayğılarla yaradıldığı ölkə Singapur`dur. Singapur`da başbaxan, yüksək eyitimli qadınlardan, vətənpərvərlik vəzifəsi olaraq genetik baxımdan üstün uşaqlar doğurmalarını istəmiş, digər tərəfdən yoxsul, eyitimsiz qadınlara, genetik baxımdan aşağı uşaqlar doğurmağı davam etdirməyib qısırlaşdırılmağı qəbul etdikləri təqdirdə 10.000 dollarlıq nakıt ödül verilmişdir (Heng ve Devan, 1992). Hər vaxt aşkar olmasa da və hər yerdə eyni ölçüdə rast gəlinməsə də bir çox ölkədə, əhalinin sınıf, etnisitə, "ırq" və əksəriyyətlə bunların hamısına birdən dayalı fərqli qatmanlarına yönəlik ayrımcı bir şəkildə, uşaq doğmağa təşviq və caydirma siyasətləri mövcuddur.
Örnəyin Tamar Lewin (WGNRR, 1991) Kanzas`da uzun dönəmdə yavaşca qana qarışan kimyasal hamiləlik önləyici içərən Norplant çubuqlarının dəri altlarına yerləşdirilməsi üçün, toplumsal yardım alan analara (çoxu qara) 500 dolar artı ildə 50 dolar ödənməsinə dair bir plandan bəhs etməkdədir. Norplant ilə ilgili geniş çaplı təcrübələrə qatılan quzey`deki tək ölkə ABD`dır.

3. Malthusçu söyləm
Gəlişməkdə olan bir çox ölkədə və ya bəzən LACCAP ölkələri də deyilən: Latın Amerika, Karayiblər, Afriqa, Asiya və Pasifik ölkələrində durum bir az fərqlidir. Bu ölkələrdə nufusun kontrolsuz bir şəkildə davamlı artımının ("partlamasının") ulusal və ya uluslararasi bir fəlakət gətirə biləcəyi qorxusu vardır (Hartman, 1987). Buradakı nufus kontrol siyasətlərinin təməl amacı genəl böyümə nisbətinin salınmasıdır. Bu cür siyasətlər üçün qadınlar əksəriyyətlə "tutsaq" hədəf nufusdur. örnəyi Braziliya`da sezaryən edilən qadınların %45'inin qısırlaşdırıldığı bildirilmişdir (Bradiotti vs. 1994: 144).
Bir İngilis din adamıykən iqtisadçı olan Thomas Malthus, 1800-cü ildən öncə, gəzəgənin qlobal qida qaynaqlarından daha daha sürətli artan insan nufusunun uzun müddət besleyemeceği kəhanətində olmuşdur.
Bu söyləm, bir çox Üçüncü Dünya ölkəsində, ölkənin iqtisadi və toplumsal sorunlarını həll etmədə təməl bir stratejı olaraq nufus siyasətlərinin mihenktaşı halına gəlmişdir. "kontrol edilə bilməz" nufus artımının bir sonucu olaraq işgücü ərzi və tələbi arasındakı dəngə ciddi şəkildə təhdid edildiği təqdirdə, iqtisadi və siyasi sistemin sabitliksizləşməsi qorxusu mövcuddur.
Bu anlamda ən irəli gedən ölkə Çin`dir. 1950`lərdə Mao, xalqı milli iqtidarın və qaynaqların bir parçası olaraq görərkən, 1970`lərdə siyasət tamamilə tərsinə dönmüşdür. Çinli ailələrin bir çoxunun birdən çox körpə sahibi olmaları üçün (bəzi azlıqlara və çöl kəsıməndən ailələrə əgər ilk uşaqları qız isə, iki uşaq icazəsi verilmişdir) sərt tədbirlər alınmışdır. Bunlara uymaqdan qaçınmanın ən aşırı cəzası, valideynlərin işsiz buraxılması və uşağın eyitimdən məhrum edilməsidir.
Malthusçu siyasətlərin etgisi olduqca cinsiyyətçidir. Uşaq sayısının qısıtlanması yönündə güclü basqıların olduğu və oğlanlara toplumsal və iqtisadi səbəblərlə daha çox dəyər verildiyi yerlərdə, kürtaj və uşaq cinsiyyətləri əksəriyyətlə qız körpələrə yönəlmişdir. Malthusçu siyasətlər uygulanmaya başladıqdan sonra, Çin və Hindistan`ın kəndlərində doğan bəlli yaş qruplarının %100'ünün erkək olduğuna dair söyləntilər vardır.
Güney`dəki qatı nufus kontrol tədbirlərinin ardında yatan "milli çıxar" əksəriyyətlə hökumət təşəbbüsünün bir nəticəsi olmayıb, Kuzey`in özəlliklə də Amerika Birləşmiş Dövlətlər`in öz milli çıxarlarını algılayışı üzündən dışardan təşviq edilməkdədir. Bir neçə il öncə dışarya sızan bir CIA raporunda, yüksək doğum nisbətlərinin "üçüncü dünyada siyasi istiqrarsızlığa yol açdığı və bunun Birləşmiş Dövlətlər üçün güvənlik sorunları yarada biləcəyi" izah edilməkdədir (WGNRR, 1991). Reagan yönətimi, "qalxınma" yardımının parçası olaraq nufus kontrolu üçün 3 milyard dolar vermişdir! Elizabeth Sobon`un (WGNRR, 1991) belirtdiği kimi, Afrika xalqının nufus sıxlığı Avropa`nın onda biri olmasına baxmayaraq, Birləşmiş Dövlətlər Uluslararası Qalxınma Ajansı (USAID), Səhra altı Afrikası`ndakı 45 ölkə (hamısı) ilə içlərində Meksika və Filipinler də olmaq üzrə cəmi 95 ölkəyə, ailə planlaması amacıyla pul vermişdir.

Toplumsal Bağlam
Ortaq milli çıxarlar ilə fərdi çıxarlar arasında adamın sahib olduğu uşaq sayı baxımından, əksəriyyətlə ciddi uyuşmazlıqlar olduğunu diqqətə almaq önəmlidir. Yaşlılar və xəstələrə baxacaq rifah yapıları yoxsa, özlərinə baxacaq yetərli sayıda sağlam uşağa sahib olmaq insanlar üçün həyatidir.
Hartman`ın (1987: 8) də işarə etdiyi kimi, körpə ölüm oranı düşmədən, nufus artım nisbətinin düşdüyü bir durum heç olmamışdır. Bunu yapısal uyğunlaşma siyasətləri dövründə ağılda tutmaq özəlliklə önəmlidir. Çünki bir tərəfdən nufus artım sürətini kəsmək üçün basqı yaradarkən, digər tərəfdən də toplumsal sağlamlıq və baxım fondları ilə qadınlara sağlam körpələr doğurmaları və yetişdirmələri üçün verilməsi lazım olan dəstəyi qısmaqdadır.
1994 Qahirə`də BM Nufus və Qalxınma Siyasətləri Konfransı əsnasında qadınların ürəmə haqlarına qarşı sərtcə dirənən Vatikan/İran kökdənçi ittifaqının açıqca göstərmiş olduğu kimi, diqqətə alınması lazım olan tək toplumsal faktor, qamusal sağlamlıq altyapısının və rifah altyapısının yoxluğu deyil. Qadınların öz bədənlərini kontrol edə bilmələri, onlar və o biri dini liderlər üçün öz nüfuzlarına doğrudan bir təhdid olaraq algılanmaqdadır. Və bir çox qadın, qutsal dini qaydalar ilə ənənə və adətlərə xəyanət olaraq yorumlanacaq hər hansı bir şey edərkən duraqsamaqdadırlar. Bununla birlikdə dini nüfuzun, "əsl" və "özsel" dini şərtlərin bir sonucu olmaqdan çox, qadınlar və ürəmə seçimləriylə uyuşmazlıq içindəki qonumları meşrulaşdırmaq üçün başvurulan bir şey olduğunun bu bağlamda vurğulanması önəmlidir (Makhlouf Obermeyer, 1994).
İqtisadi, siyasi və toplumsal qloballaşma sürəcləri də, qadınların doğurganlıkları üzərində çəlişkili basqılar yaratmaqdadır. Bir tərəfdən qadınları işə getmələri üçün daha böyük bir basqı mövcuddur və çoxunluqla uluslararası yardım örgütləri sayəsində daha çox hamiləlik önləyiciyə çatılmaqdadır. Digər tərəfdən yüksələn etnik və dini kökdənçi kimliyə dayalı və siyasi hərəkətlər, qadınlar üzərindəki kontrolu möhkəmləşdirməkdə və hər hansı bir ürəmə haqqına qarşı müxalifəti "ənənə və adət" adına artırmaqdadır.
Bir çox qadının jinekolojik şərtlərdən zərər gördüyü -qısırlaşdırıldıqlarında və ya dəri altlarına Norplant yerləşdirildiyində baxım görmədikləri- toplumlarda, qadınların fiziki rahatsızlıqları da artmaqdadır. Qadınların qanama keçirdikləri dönəmlərdə (örnəyin Norplant tez-tez qanamağa yol açar) dini vəzifələrini yerinə yetirmələrinin yasaq olduğu və ərlərinin onlarla cinsi ilişkisi ola bilmədiyi toplumlarda bu durumun, ərləri tərəfindən tərk edilmək və ya boşanmaq da daxil olmaq üzrə qadınların həyatında dolaşıq sonucları ola bilməkdədir.
Qadınların uşaq sahibi olub olmamaları  yönündə basqı və bəzən də güc qullananların həm dini (Katolik kilsəsi kimi) həm də milli hökumət-xarici rəsmi və qeyri-rəsmi qruplaşmalar ola biləcəyini də unutmamaq lazımdır. Məsələn bir Filistinli qadının "Döyüşüb ölməsi üçün bir oğulumun, həbsə getməsi üçün bir oğulumuz, pul qazanmaq üzrə neft ölkələrinə getməsi üçün bir oğulumuz və yaşlandığımızda bizə baxması üçün bir oğulumuz olması lazımdır" dediyi kimi, Filistinli qadınlar üzərində, milli mübarizə üçün bir çox uşaq doğmaları yönündə böyük bir basqı vardır. Yaser Ərafat’ın "On ayda bir Filistinli doğuran flistinli qadın, ... İsraili içəridən havaya uçurmaqla təhdid edən biyolojik zamanlı bir bombadır" dediyi bildirilmişdir (Portuegese, 1993: 311).

Sonsöz: Ürəmə Haqları, Millətin Yenidən Ürətimi Və Feminist Siyasət
ü Qadınların milli və etnik topluluqlara üyəlikləri, cüt karakterlidir. Qadınlar bir tərəfdən kişilər kimi topluluğun üyələridir. Digər tərəfdən qadınlara yönəlik, sırf qadın oluşlarıyla ilgili özəl qaydalar və düzənləmələr mövcuddur.
ü Qadınların ürəmə haqlarına bağlı bir çox feminist söyləm, "insan haqları olaraq qadın haqları" şüarındakı kimi qadınlarla fərdi olaraq ilgilənmə eyilimindədir.
ü Correa və Petchesky`nin (1994: 109-110) irəli sürdükləri kimi, "haqlar" söyləminin tənqidləri, haqların anlam və dəyərinin, hər vaxt siyasi və toplumsal bağlama bağlı olduğuna, bəlirsiz olduğuna və insanların aid olduğu toplumsal kategorilərə və topluluqlara bağlı olduğuna işarə etməkdədirlər. Xüsusilə qadınların ürəmə haqlarıyla ilgili olaraq uluslararası quruluşlar tərəfindən bu tip şüarların seçilməsinin və haqqın, tamamilə soykırımsal olmasa da, qaraların və Üçüncü Dünya xalqlarının böyüməsini və güclənməsini əngəlləmə amacindan olan "demoqrafik döyüş"ün bir parçası olmasına yönəlik son bir neçə ildir "ağ olmayan qadınlar" arasında artan bir ilgi vardır.
ü Roza Tsagarousianou`nun (1995) irəli sürdüyü kimi, kürtajın qadağan edilməsi və ayrıca qadınların digər ürəmə haqlarının kontrolu, qadınlara dövlət malı kimi davranıldığının siqnalını verməkdədir.
ü Ürəmə haqları qadınların özgürləşmələri üçün daha genəl bir mübarizənin həyati parçası olaraq görülməkdədir. Bu, toplmudaki insanların fərqli qonumlanışını diqqətə alması gərəkən toplumun demokratikləşdirilməsinə yönəlik daha genəl mübarizənin olmazsa olmaz bir parçası olaraq görülməlidir.
Ürəmə haqlarına dair feminist siyasətin yuxarıdakı tələləri də diqqətə alan tam bir çeriəvəsini gəliştirmək üçün çox yer lazım. Bununla birlikdə belə bir çərçivə, qadınların yalnız "fərdlər" olmadığını, eyni zamanda özəl bir sınıf, cinsiyyət və həyat döngüsü qonumunun yanında milli, etnik və ırqı camaatların da mənsubu olduqlarını diqqətə almalıdır.


Əsər Adı: Gender and Nation (Cinsiyet ve Millet)
Yazar: Prof.Dr.Nira Yuval-Davis
Çevirən: Özgür

Qaynaq
Abdo, Nahla ve Yuval-Davis, Nira (1995) ‘Palestine, Israel and the Zionist settler project’, D. Stasiulis ve N.Yuval-Davis (der.) Unsettling Settler Societies içinde. Londra: Sage.s.291-322.
Bradoitti, Rosi (1994) Women, The Environment And Sustainable Development: Towards A Theoretical Synthesis. Londra: Zed.
Correa, Sonia Ve Petchesky (1994) ‘Reproductive And Social Rights: A Feminist Perspective’. Cambridge, MA: Harvard University Press.
deLepervanche, Marie (1989) ‘Women, nation and state in Australia’, N. Yuval-Davis ve F.Anthias (der.), Woman-Nation-State içinde. Londra: Macmillan.s. 36-75.
Hartman, betsy (1987) Reproductive Rights And Wrongs: The Global Politics Of Population Control And Contraceptive Choice. New York: Harper And Row.
Heng, Geraldine ve Devan, Janadas (1992) ‘State Fatherhood: The Politics On Nationalism, Sexuality And Race In Singapore’. New York: Routledge.
Koontz, Claudia (1986) Mothers In The Fatherland: Women, The Family And Nazi Politics . Londra: Cape.
Petrova, Dimitrina (1993) ‘The winding road to emancipation in Bulgaria’, N. Funk ve M. Mueller (der.), Gender, Politics and Post-Communism içinde. Londra: Routledge.
Portoguese, Jackie (1996) ‘The gendered politics of fertility politics in Israel’. Yayımlanmamış doktora tezi taslağı, University of Exeter.
Riley, Denise (1918) ‘Feminist Thougth and Reproductive Control: The State And The “Right To Choose”, Cambridge Women Studies Group (Der.), Women In Society: Interdisciplinary Essays Içinde. Londra: Virago.
Stasiulis, Daiva ve Yuval-Davis, Nira (der) (1995) Unsettling Settler Societies: Articulations of Gender, Race, Ethnicity and Class içinde. Londra: Sage.
Tsagarousianou, Roza (1995) "God, patria and home":"reproductive politics" and bationalist (re) definitions of women in East\ Central Europe\ social identities, 1 (2): 283-313.
Yuval-davis, nira (1989) ‘National Reproduction And The “Demographic Race” In Israel’, N. Yuval-Davis Ve F.Anthias (Der.), Woman-Nation-State içinde. Londra: macmillan,s. 92-109.


Sözlük:
Algılayışادراك :
Baxım fondları بودجه ي مراقبت و نگهداري :
Boyutبعد :
Çeşitliمختلف:
Dışlanmaqطرد شدن، اخراج شدن:
Egemenحاكم، مسلط:
Ənənəسنت:
Eyilimگرايش:
Hamiləlik önləyiciپيشگيري از بارداري :
İndirgəməkتنزل دادن :
Köçmənمهاجر :
Kökdənçiراديكال :
Kökən  منشاْ :
Mültəciمهاجر، پناهنده :
Nakıtنقد :
Odaqlanmaqتمركز كردن :
Ödülجايزه :
Özgülخاص :
Qamusal sağlamlıqسلامتي عمومي :
Qavramمفهوم :
Qayğıتشويش :
Qısırlaşdırmaq عقيم كردن :
Qıtlıqكمبود، قحطي :
Qonumموقعيت، جايگاه :
Sərtسخت، جدي :
Soykırımقتل عام:
Sunmaqارائه دادن:
Sürəc فرايند:
Təzəmmünشامل:
Uymaqمنطبق شدن:
Ürəmə تناسلي، توليدمثل:
Ürətim: توليد
Yasalقانوني:
Yükümlülükوظيفه، التزام:


Qaynaq: Qadın Baxışı dergisinin ikinci sayısı: