۱۳۹۰ مرداد ۱۵, شنبه

əliriza fərşi cinabları azadlığa buraxılıb


Cənab Fərşi may ayının 13-ü (ordibeheştin 23-ü) öz iş yerində tutuqlanıb, onun 6 aylıq həbsinə dair çıxarılmış hökmün icrası üçün Təbriz zindanına intiqal edilmişdir.

Universitet ustadı cənab Fərşi həyat yoldaşı xanım Sima Didarla birlikdə Təbrizin Elgölü parkında “Türk dilində mədrəsə” şüarını səsləndirdikləri səbəbindən tutuqlanıb və 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

Xatırladaq ki, cənab Fərşi və həyat yoldaşı xanım Didar Azərbaycanın milli hüquqları zəminində göstərdikləri fəaliyyətlərinə görə, uzun illərdir İran rejiminin təzyiqlərinə məruz qalmaqdadırlar. Onlar dəfələrcə tutuqlanıb və həbs olunublar. Məhz bu səbəbdən cənab Fərşi ustadlıq işindən uzaqlaşdırılıb.
qaynaq ; gunaztv sitesi